Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-06-21
Lənkəran şəhəri, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il iyunun 30-da saat 10:00-da Lənkəran şəhər prokurorluğunun inzibati binasında Lənkəran şəhəri, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.