Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-06-06
İqtisadi Əməkdaşlıq Təşkilatı korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclası çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov həmin təşkilatın Baş katibinin müavini Seyed Calaluddin Ələvinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqların etibarlı müdafiəsi, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər və bu prosesdə beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti ilə aparılan işlər, eləcə də ECO-ya üzv olan dövlətlərlə bütün istiqamətlər üzrə səmərəli əməkdaşlığın qurulması və hüquqi sahədə əlaqələrin inkişafı barədə qonaqlara ətraflı məlumat verilmişdir.

ECO ilə Azərbaycan Respublikası arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Seyed Calaluddin Ələvi Bakıda keçirilən iclasın əhəmiyyətini vurğulayaraq korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. O, təmsil etdiyi qurumun korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.