Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-06-06
Azərbaycanla İran İslam Respublikası arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclası çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri, Baş Təftiş Təşkilatının sədri Naser Serac ilə görüşmüşdür.

Görüşdə Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin dünyada, o cümlədən İslam aləmində qarşılıqlı əməkdaşlığa mühüm töhfə verdiyini diqqətə çatdıraraq qonaqlara ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən hərtərəfli islahatlar, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasının yüksək səviyyədə təşkil edildiyini bildirən cənab Naser Serac ölkələrimiz arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, müsbət iş təcrübəsi və məlumat mübadiləsinin, qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini vurğulamışdır. Qonaq rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırmışdır.

Görüşdə hüquq mühafizə və ədliyyə orqanları arasında yaranmış işgüzar əlaqələrin daha da genişlənməsi, o cümlədən cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələləri, terrorizmə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikası və İran İslam Respublikasının hüquq mühafizə orqanlarının səylərinin məqsədyönlü şəkildə əlaqələndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Görüşdə İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə iştirak etmişdir.