Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-06-01
“İdeal-İ İnşaat” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri istintaq yolu ilə araşdırılır

“İdeal-İ İnşaat” MMC-nin direktorunun müqavilə əsasında satılmış mənzilləri təkrarən başqa şəxslərə satması faktlarına görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanmış  cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq tədbirləri davam etdirilir.

  Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Xətai rayonu ərazisində Xocalı prospekti 29 saylı ünvanda cəmiyyət tərəfindən yeni tikilmiş binaların müqavilə əsasında satışını həyata keçirən direktoru Çingiz Məmmədovun vətəndaşlara satılmış mənzilləri təkrarən başqa şəxslərə sataraq onlara ümumilikdə 641 min manat məbləğində ziyan vurmasında əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

          Hazırda yol verilmiş qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.