Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-05-31
Baş Prokurorluğun nümayəndə heyəti Niderland Krallığında işgüzar səfərdə olmuşdur

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Vüqar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 21-dən 25-dək Haaqada Avropa İttifaqı tərəfindən həyata keçirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində tədbirdə iştirak etmişdir.

 

“Hüquqi şəxslərin cinayət məsuliyyəti” mövzusunda keçirilən tədbirdə Azərbaycan nümayəndə heyəti Niderland Krallığının Təhlükəsizlik və Ədliyyə Nazirliyi, Dövlət İstintaq İdarəsi, Apellyasiya məhkəməsinin nümayəndələri ilə görüşlər keçirmiş, Beynəlxalq Cinayət Məhkəməsi və keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalının (İCTY) fəaliyyəti ilə yaxından tanış olmuşdur.

        

Görüşlərdə Niderland Krallığının və həmin ölkədə fəaliyyət göstərən beynəlxalq qurumların rəsmilərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan məqsədyönlü qanunvericilik və institusional islahatlar, bu sahədə ixtisaslaşmış qurumların fəaliyyəti barədə ətraflı məlumat verilmiş, eyni zamanda iştirakçılara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən kitablar təqdim edilmişdir.

 

Tədbirdə hüquqi şəxslərin cinayət məsuliyyətinə dair Niderland Krallığının qanunvericiliyi, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının üsul və vasitələri,  habelə bu sahədə mövcud olan beynəlxalq standartlar ətrafında geniş fikir mübadiləsi aparılmışdır.