Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-05-24
Azərbaycan Respublikası Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirilmişdir

Mayın 22-dən 23-dək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə Avropa Komissiyasının TAİEX texniki yardım aləti çərçivəsində “Korrupsiya xarakterli cinayətlərdə istintaq sazişinin tətbiqi” mövzusunda təlim keçirilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun, Hərbi Prokurorluğun, birinci və Apellyasiya instansiyaları məhkəmələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov çıxış edərək korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulayaraq bu mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını xüsusi qeyd etmiş, bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Tədbirdə İtaliya, Böyük Britaniya və Rumıniyadan olan ekspertlər  istintaq sazişinin müxtəlif hüquq sistemlərində tətbiqi xüsusiyyətləri, saziş çərçivəsində zərərçəkmişlərin hüquqlarının qorunması, eləcə də bu institutun tətbiqi ilə əlaqədar  mövcud olan məhdudiyyətlər barədə təqdimatlarla çıxış edərək,  iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırmışlar.