Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-05-17
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak etmişlər

Mayın 9-dan 12-dək Çin Xalq Respublikasının xüsusi statuslu inzibati bölgəsi Honkonqun Korrupsiyaya qarşı Mübarizə Komissiyası (ICAC) tərəfindən maliyyə cinayətlərinin istintaqı mövzusu üzrə beynəlxalq seminar keçirilmişdir.

 Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Anar Nəsibov və Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru İsfəndiyar Hacıyevdən ibarət nümayəndə heyəti iştirak etmişdir.

          Seminarda  bir sıra dövlətlərin  korrupsiya və maliyyə cinayətlərinin istintaqı sahəsində fəaliyyət göstərən nümayəndələri çıxış edərək bu sahədə əldə edilmiş müsbət iş təcrübələri barədə ətraflı məlumat vermişlər.

Azərbaycan nümayəndə heyətinin üzvləri mövzular ətrafında aparılan müzakirələrdə fəal çıxış edərək, son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş hüquqi və institusional tədbirlər, həmçinin maliyyə cinayətlərinin istintaqının aparılması və cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası metodikası barədə, o cümlədən Baş İdarə tərəfindən fəaliyyəti təmin edilən Beynəlxalq Prokurorlar Assosiasiyasının Korrupsiyaya qarşı Prokurorlar Şəbəkəsi (NACP) layihəsi barədə məlumat vermişlər.

Bundan başqa nümayəndə heyəti ICAC tərəfindən maliyyə cinayətlərinin istintaqının aparılması və cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası üzrə hazırlanmış xüsusi təlim kurslarında iştrak etmişlər.