Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-05-03
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeniliyə imza atılmışdır

Azərbaycan Respublikasının prokurorluq orqanları Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) ilə səmərəli əməkdaşlığını daha da genişləndirir.

Mayın 2-də IAP-ın Dünya Prokurorları üzrə Elekton Cinayət Şəbəkəsi (GPEN) çərçivəsində internet vasitəsi ilə real vaxt rejimdə mühazirə - vebinar təşkil edilmişdir. Ölkəmizdə ilk dəfə həyata keçirilən bu tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Səbuhi Alıyev mühazirəçi qismində “Korrupsiyaya qarşı mübarizədə Azərbaycan təcrübəsi” mövzusunda təqdimatla çıxış edərək, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş hüquqi və institusional tədbirlər, eləcə də Baş İdarənin fəaliyyəti barədə dinləyicilərə ətraflı məlumat vermişdir.

Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru İsfəndiyar Hacıyev çıxış edərək Azərbaycan Prokurorluğu ilə IAP arasında uğurla həyata keçirilən əməkdaşlıq, həmçinin fəaliyyəti Baş İdarə tərəfindən təmin edilən Assosiasiyanın Korrupsiyaya qarşı Prokurorlar Şəbəkəsi (NACP) layihəsi barədə məlumat vermişdir. Dünyanın 20-dən artıq ölkəsinin prokurorluq və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarının qoşulduğu mühazirə böyük marağa səbəb olmuşdur. Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi uğurlara  dair çoxsaylı suallar cavablandırılmışdır.

Beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığın nümunəsi olaraq bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.