Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-05-01
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

Aprelin 23-dən 27-dək Avropa Kommisiyasının TAİEX aləti çərçivəsində Paris şəhərində korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsi mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi vəzifəsini icra edən Heydər Məmmədov, həmin idarənin böyük prokuroru Əmir Ocaqverdiyev və Baş İdarənin böyük prokuroru Mövlud Mirzəliyevdən ibarət nümayəndə heyəti təmsil etmişdir.

         Səfər çərçivəsində nümayəndə heyəti Fransa Respublikasının Milli Antikorrupsiya Agentliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluğu, Maliyyə və İqtisadiyyat Nazirliyi və Dövlət Sektorunda Şəffaflıq üzrə Ali Qurumunun nümayəndələri ilə bir sıra görüşlər keçirmişdir.

         Görüşlərdə korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsinə dair Fransa Respublikasının qanunvericiliyi, bu sahədə mövcud olan beynəlxalq standartların tətbiqi, məlumat verən şəxslərin müdafiə metodları, habelə dövlət qulluqçularının fəaliyyətində şəffaflığın və dürüstlüyün təmin olunması kimi mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan nümayəndə heyəti Fransa Respublikasının rəsmilərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan məqsədyönlü qanunvericilik və institusional islahatlar, bu sahədə ixtisaslaşmış qurumların fəaliyyəti və korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsinə dair qəbul edilmiş milli qanunvericilik və bu istiqamətdə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermişdir.