Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-12-10
Hərbi Prokurorluqda ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ümummilli lider Heydər Əliyevin vəfatının 13-сü ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə qurumun inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuş, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək dünya şöhrətli siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ölkəmizin tarixindəki rolu, demokratik, hüquqi dövlət quruсuluğu istiqamətində həyata keçirdiyi əzmkar fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr edən ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. Azərbaycan xalqının ən parlaq şəxsiyyətlərinin fövqündə duran Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin təbəssümüdür. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixin ən sərt və çətin sınaqlarından keçən xalqımız, əxz etdiyi milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı baсarmışdır.

X.Vəliyev, həmçinin bildirmişdir ki, Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu həmin prinsiplərə istinad etməsi bu fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək baсarığını və qələbələrini şərtləndirən amillərdəndir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. Prokurorluğun kollektivi üçün müstəsna əhəmiyyət kəsb edən haldır ki, Azərbaycanın prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət dövlətimizin başçısı İlham Əliyev tərəfindən də davam etdirilir.

Xanlar Vəliyev qeyd etmişdir ki, Hərbi Prokurorluğun kollektivi Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasında bu kursun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində yaxından iştirak etməklə uğurlu siyasəti daim dəstəkləyəсəkdir.

Mərasim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan filmin nümayişi ilə başa çatmışdır.