Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-09-08
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulmuşdur

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq tam aşkarlıq, bərabər imkanlar şəraitində və şəffaf prosedurlar əsasında prokurorluq orqanlarına işə qəbulla əlaqədar Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə elan olunmuş müsabiqəyə yekun vurulmuşdur. Azərbaycan Respublikasında yeni keyfiyyət müstəvisində reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarına işə qəbulun müsabiqə yolu ilə aparılması prokurorluğun kadr tərkibinin dövlət başçısı cənab İlham Əliyevin ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunmasına dair verdiyi tapşırıqların icrası istiqamətində mühüm vasitə olmuşdur.

Müsabiqənin birinci və ikinci mərhələlərində müvəffəqiyyət həddini keçərək üçüncü mərhələ olan müsahibəyə buraxılmış namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, hüquqi aktları düzgün tətbiq etmək bacarığına, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, prokurorluqda qulluq keçmək arzuları və hazırda prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla, Müsabiqə Komissiyasının təklifinə uyğun olaraq Baş Prokurorluğun Kollegiyası 117 gənc hüquqşünasın müsabiqədən keçməsi ilə əlaqədar qərar qəbul etmişdir.

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər 09 sentyabr 2016-cı ildən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi,158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə stajor  təyin ediləcəklər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və “Qəbul otağı”nda yerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün 492-06-82, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

 

Prokurorluq orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin

nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlərin

 SİYAHISI


  1. Abbasova Nazlı Azər qızı
  2. Abdullayev Coşqun Şamil oğlu
  3. Abuzərli Eldar Munis oğlu
  4. Ağabəyov Nicat Rauf oğlu
  5. Ağalarov Elşad Əli oğlu
  6. Ağayev Elşad Tahir oğlu
  7. Ağazadə Ramiz Rasim oğlu
  8. Allahverdiyev Allahşükür İslam oğlu
  9. Babayev Ramiq Tahir oğlu
  10. Babazadə Ruslan Allahverdi oğlu
  11. Bağırova Pərvin Əhliman qızı
  12. Bağırzadə Nəriman İbrahim oğlu
  13. Bayramov Ülvi İsaxan oğlu
  14. Bayramova Pərvanə Vidadi qızı
  15. Bəşirli Elvin Elçin oğlu
  16. Bəylərov Vüsal Pərviz oğlu
  17. Cabbarlı Bəhruz Qənbər oğlu
  18. Cabbarlı Elşən Firidun oğlu
  19. Cəbrayılov Elgün Gündüz oğlu
  20. Eminov Rizvan Tofiq oğlu
  21. Eyvazov Nicat Lütfəli oğlu
  22. Əfəndiyeva Ədilə Səttar qızı
  23. Əhmədov Vasif Maarif oğlu
  24. Əliyev Elturan Həsən oğlu
  25. Əliyev Mirkamal Bədəl oğlu
  26. Əliyev Nural Turab oğlu
  27. Əlizadə Elmir Nabil oğlu
  28. Əmirxanov Cəlal Arif oğlu
  29. Əmirli Nihad Telman oğlu
  30. Əmirov Fərid İlqar oğlu
  31. Əsədov Anar Varis oğlu
  32. Əzizli Əbdülsəməd Rəhbər oğlu
  33. Familzadə Selcan Natiq qızı
  34. Fərəcov Şirxan Şirməmməd oğlu
  35. Gülməmmədli Rəşad Nüsrət oğlu
  36. Hacıyev Asiman Sani oğlu
  37. Hacıyev Saleh Ruslan oğlu
  38. Həmidli Fərman Fəzail oğlu
  39. Həsənov Elvin İsmixan oğlu
  40. Həsənov Əsgər Novruz oğlu
  41. Həsənov Süleyman Ziyafət oğlu
  42. Hüseyinov Rüstəm Etibar oğlu
  43. Hüseynquliyeva Mədinə İbrahim qızı
  44. Hüseynli Rəhim Məhərrəm oğlu
  45. Hüseynli Tural Mirbahəddin oğlu
  46. Hüseynov Kənan Qurban oğlu
  47. Hüseynov Nahid Nəsir oğlu
  48. Hüseynsoy Elçin Ramiz oğlu
  49. Xəlilov Fərid Aqil oğlu
  50. İbrahimli Rahim Adif oğlu
  51. İsgəndərli Aqil Səhman oğlu
  52. İsgəndərli Anar Niyazi oğlu
  53. İsgəndərli Rauf Eldar oğlu
  54. İskəndərov İsbəndiyar Abdulla oğlu
  55. K.Səfərli Elşən Eldar oğlu
  56. Qayıbov Ayaz Mehman oğlu
  57. Qocaman Ələsgər Rəşad oğlu
  58. Qurbanlı Cabir Sabir oğlu
  59. Qurbanov Cahangir Çingiz oğlu
  60. Mahmudov Araz Arif oğlu
  61. Mahmudov Hikmət Fərhad oğlu
  62. Maqsudov Tural Musa oğlu
  63. Məhərrəmov Emil Adilşah oğlu
  64. Məmmədli İsmayıl Xələf oğlu
  65. Məmmədli Sahil Rəfail oğlu
  66. Məmmədov Abdulla Elşad oğlu
  67. Məmmədov Asif Məhərləm oğlu
  68. Məmmədov Azər Fərmail oğlu
  69. Məmmədov Məhərrəm Qəşəm oğlu
  70. Məmmədov Natiq Bayram oğlu
  71. Məmmədov Səbuhi Dilqam oğlu
  72. Məmmədov Şahin Asif oğlu 
  73. Məmmədov Yaqub Mehman oğlu
  74. Mikayılov Elman Telman oğlu
  75. Mirişova Səidə Zahir qızı
  76. Mirzəyev Məhəmmədşah Rövşən oğlu
  77. Muradov Sərxan Səttar oğlu
  78. Musayev İlkin İlham oğlu
  79. Musayev İsmayıl İlham oğlu
  80. Musayev Pərviz Ramiz oğlu
  81. Musayev Tural Səmid oğlu
  82. Mustafayev Hüseyn Hidayət oğlu
  83. Mürsəlov Oruc Qinyaz oğlu
  84. Müslümov Bəhruz Firizman oğlu
  85. Nağıyev Bəhmən Mehman oğlu
  86. Nağıyev Nicat Məhəbbət oğlu
  87. Nəcəfov Coşqun İxtiyar oğlu
  88. Nərimanlı Nəriman Nazim oğlu
  89. Nəsimiyev İsmət Aydın oğlu
  90. Nəzərov Kənan İsabala oğlu
  91. Novruzov Elxan Mirzəli oğlu
  92. Nuriyev Tural Ənvər oğlu
  93. Ocaqverdiyev Pərvin Maqsud oğlu
  94. Paşayev Zamir Zal oğlu
  95. Piriyev Fuad Fəzahim oğlu
  96. Rahmanov Nurlan Nəhmət oğlu
  97. Sadıqov Tamerlan Adil oğlu
  98. Sadıqova Fidan Vaqif qızı
  99. Sadıqzadə Şahmurad Vidadi oğlu
  100. Səmədzadə Ləman Nemət qızı
  101. Süleymanlı Elvin Şahbaz oğlu
  102. Süleymanlı Kənan Tahir oğlu
  103. Süleymanova Günay Tofiq qızı
  104. Şahniyarlı Asəf Arif oğlu
  105. Şərifov Rufan Anar oğlu
  106. Tağıyev Araz Xəqani oğlu
  107. Tağıyev İsa Elman oğlu
  108. Teymur-zadə Elvin Rasif oğlu
  109. Verdiyev Zöhrab Ədalət oğlu
  110. Vəliyev Fuad Namizəd oğlu
  111. Vəliyev Orxan İlham oğlu
  112. Vəliyev Təqan Eldar oğlu
  113. Vəlizadə Ramin Ramiz oğlu
  114. Yaqubov Tural Eldar oğlu
  115. Zakirzadə Babək Yamən oğlu
  116. Zeynalov Rüstəm Nazim oğlu
  117. Zülfüqarov Teymur Şavan oğlu