Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-08-31
Hadisə yerindən qaçan sürücü həbs edilmişdir

Tərtər rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək tutulmuşdur.

Belə ki, avqustun 27-də saat 23 radələrində Tərtər şəhəri, E.Səfərov küçəsində naməlum sürücü yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçən piyada - 1928-ci il təvəllüdlü Fərman İbrahimovu vuraraq hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi faktına görə rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes-Benz” markalı, 90-PD-279 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Tərtər rayonunun Sarıcallı kənd sakini, 1979-cu il təvəllüdlü Elçin Abdullayev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o,  tutularaq istintaqa cəlb olunmuşdur.

E.Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.