Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-06-25
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Anti-Korrupsiya Şəbəkəsinin (ACN) İstanbul Fəaliyyət Planı çərçivəsində IV Monitorinq mərhələsi ilə əlaqədar ekspert qrupu Azərbaycan Respublikasında səfərdə olmuşdur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları bugün bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Anti-Korrupsiya Şəbəkəsi (ACN)  ilə səmərəli  əməkdaşlığını uğurla davam etdirir.

Əvvəllər məlumat verildiyi kimi cari ilin 21-22 aprel tarixlərində Fransa Respublikasının paytaxtı Paris şəhərində İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Anti-Korrupsiya Şəbəkəsinin (ACN) Rəhbər Qrupunun 20-ci görüşündə  IV Monitorinq Raundu üzrə qabaqcıl ölkələr kimi Azərbaycan Respublikasının Gürcüstanla yanaşı monitorinq mərhələsinə daxil olması müəyyən edilmişdir.

20-24 iyun 2016-cı il tarixlərində Şəbəkənin on nəfərdən ibarət ekspert qrupunun ölkəmizdə səfərdə olmuşdur.

 IV Monitorinq mərhələsi çərçivəsində  ekspert qrupunun üzvləri ilə bir sıra dövlət orqanlarının nümayəndələri,eləcə də müxtəlif rayon (şəhər) və apellyasiya məhkəmələrinin hakimləri arasında anti-korrupsiya siyasəti və qurumları,  biznesdə dürüstlük, korrupsiyaya dair cinayət qanunvericiliyi və onun praktikada tətbiqi, dövlət qulluğunda dürüstlük, korrupsiya cinayətlərinin ibtidai istintaqı, dövlət ittihamının müdafiə edilməsi və cəzalandırılma, dövlət rəsmilərinin dürüstlüyü, məhkəmə sistemində və prokurorluqda dürüstlük, təhsil sektorunun ətraflı qiymətləndirilməsi, dövlət idarəçiliyində məsuliyyət və şəffaflıq, dövlət satınalmalarında şəffaflıq adlı müzakirə panellərində görüşlər və müzakirələr keçirilmişdir.

Bundan əlavə, ekspert qrupunun üzvləri Azərbaycan Respublikasının Milli Məclisi, Təhsil Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasına səfər edərək bir sıra görüşlər keçirmiş,  5 saylı ASAN xidmət mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Sonda Azərbaycan üzrə müvafiq monitorinq hesabatın Şəbəkənin 2016-cı ilin 14-16 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçirəcək növbəti iclasında qəbul edilməsi nəzərdə tutulmuşdur.