Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-06-23
Ekstradisiya və hüquqi yardım məsələlərinə həsr edilmiş beynəlxalq seminar keçirilmişdir

İyunun 21-dən 23-dək Bakıda BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsinin təşkilatçılığı ilə cinayət işlərində qarşılıqlı hüquqi yardımın göstərilməsi və ekstradisiya məsələlərində yaranan maneələrin praktiki həlli mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Tədbirdə Azərbaycan, Rusiya, ABŞ, Almaniya, Birləşmiş Krallıq, İsveçrə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın hüquq mühafizə orqanlarının, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin, EUROJUST və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov seminarda çıxış edərək transmilli cinayətkarlıqla mübarizədə xarici dövlətlərin hüquq mühafizə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlığın ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək Azərbaycanın hüquqi yardım və ekstradisiya sahəsində çoxtərəfli beynəlxalq müqavilələrə qoşulduğunu diqqətə çatdırmış və bu sənədlərdən irəli gələn öhdəliklərin tam, vaxtında və keyfiyyətlə icrasının təmin olunduğunu bildirmişdir.

Xüsusi vurğulanmışdır ki, Erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və digər ərazilərin  işğalı nəticəsində Azərbaycanın dövlət sərhədlərinin bir hissəsinə hazırda işğalçılar tərəfindən nəzarət edilməklə işğal edilmiş ərazilər terrorçu qruplaşmaların hazırlığı üçün “azad zonaya” çevrilmiş, nüvə materialları, narkotik vasitələr, silah və sursatlar da daxil olmaqla müxtəlif növ malların qanunsuz ötürülməsi və ticarəti üçün istifadə edilir.

Seminarda ölkəmizin nümayəndə heyəti ilə iştirakçı ölkələrin nümayəndə heyətləri arasında ekstradisiya və hüquqi yardım sahəsində mövcud vəziyyət, bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması və qarşıda duran perspektivlər müzakirə edilmişdir.