Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-06-08
Ekstradisiya və hüquqi yardım sahəsində əməkdaşlıq beynəlxalq tədbirdə müzakirə olunmuşdur

İyunun 2-3-də Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı olan TAIEX alətinin 20 illiyi ilə əlaqədar Varşavada Polşa Respublikasının Ədliyyə və Xarici İşlər nazirliklərinin təşkilatçılığı ilə “Cinayət işləri üzrə məhkəmə əməkdaşlığı” mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Avropa İttifaqının üzv ölkələrinin, EUROJUST təşkilatının və Cənub-Şərgi Avropa dövlətlərinin yüksək vəzifəli şəxslərin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasını Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Sahib İsmayılov və Beynəlxalq əlaqələr idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsini icra edən Anar Məmmədov təmsil etmişlər.

Polşanın ədliyyə nazirinin müavini Marsin Vorxotun rəhbərliyi ilə keçirilən tədbirdə Avropa İttifaqı ölkələrinin nümayəndələri tərəfindən “Avropa həbs orderi” (European Arrest Warrant) barədə geniş məlumat verilmiş, prosedur məsələləri, konkret cinayət işləri üzrə şəxslərin verilmə mexanizmi, hüquqi yardım göstərilməsi prosesi zamanı ölkələrin məhkəmə orqanları arasında qarşılıqlı tanınma və bir-birinə etibarlıq prinsipləri qeyd edilmişdir.

Tədbir zamanı ölkəmizin nümayəndə heyəti ilə iştirakçı ölkələrin nümayəndə heyətləri arasında ekstradisiya və hüquqi yardım sahəsində mövcud vəziyyət və qarşıda duran perspektivlər müzakirə edilmişdir.