Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-06-02
Azərbaycan Respublikasının Baş Prokurorluğu kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir

Mayın 23-dən 25-dək Fransanın Strasburq şəhərində Avropa Şurasının Kibercinayətkarlıq üzrə Konvensiya Komitəsinin (TC-Y) 15-ci plenar iclası keçirilmişdir.

Avropa Şurasına üzv dövlətlərin, “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına tərəfdar çıxmış 70-dən artıq dövlətin və beynəlxalq təşkilatların iştirak etdiyi tədbirdə komitənin icraçı katibi Aleksandr Seger və müavini Kristina Şulman məruzə ilə çıxış edərək beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsilə cəmiyyətin kibercinayətkarlıqdan qorumağa yönəlmiş cinayət hüququ sahəsində ümumi siyasətin prioritet qaydada aparılmasının zəruriliyi barədə geniş məlumat vermişlər. Bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmış, informasiyaların qorunması və mübadiləsi, hüquqi yardım haqqında istintaq sorğularının icrası, ekstradisiya məsələləri və s. müzakirə edilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov kibercinayətkarlıqla mübarizə sahəsində ölkəmizdə həyata keçirilən işlər, o cümlədən konvensiyadan irəli gələn və milli qanunvericiliyə inkorporasiya edilmiş müddəalar haqqında ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı tətbiq olunması planlaşdırılan vahid formalarla bağlı təkliflər irəli sürülmüşdür.