Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-05-31
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Mayın 23-24-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) İşçi Qrupunun “Səhiyyə sistemində korrupsiya – preventiv tədbirlər və istintaq, ən yaxşı təcrübələr və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilmişdir.

Tədbirdə təşkilata üzv ölkələrin səhiyyə sistemində korrupsiyanın qarşısının alınması üçün görülmüş qabaqlayıcı tədbirlər, bu sahədə dövlət satınalmalarının həyata keçirilməsi zamanı baş verən korrupsiya hüquqpozmalarının araşdırılması üsulları və mübarizə mexanizmləri ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

Konfransda ölkəmizi təmsil edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İsfəndiyar Hacıyev çıxış edərək ölkəmizdə korrupsiya qarşı mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını vurğulamaqla səhiyyə sistemində korrupsiyanın qarşısının alınması məqsədi ilə həyata keçirilmiş hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat vermiş və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.