Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-01-09
Goranboy rayon sakininin intihar etməsi faktı üzrə cinayət işi başlanmışdır

Yanvarın 6-da Goranboy rayon sakini Bəxtiyar Əhmədovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə şatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırması barədə hazırkı vaxtadək istintaqa məlumat daxil olmamışdır.  Hadisə baş verən gün meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış “ölümümdə özüm günahkaram” sözləri ilə başlayan məktub aşkar edilmişdir.

B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.