Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-01-12
Cəzaçəkmə müəssisəsində baş vermiş hadisə araşdırılır

22 dekabr 2014-cü il tarixdə saat 07 radələrində Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsindən məhkum Babayev Elşad Səid oğlunun ölümü ilə bağlı daxil olmuş məlumata əsasən Qaradağ rayon Prokurorluğunun müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir.

İlkin araşdırma ilə müəyyən edilmişdir ki, müəssisədə cəza çəkən bir qrup məhkum baş vermiş hadisədən istifadə edərək rejim qaydalarını pozmuş, əməkdaşların tələblərinə əməl etməyək müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlərə yol vermişlər.

Bununla əlaqədar E.Babayevin ölümünün səbəblərinin, habelə həmin məhkumların qeyd olunan hərəkətləri nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilmiş, eləcə də müəssisə əməkdaşları və məhkumlardan izahatlar alınmış, E.Babayev barədə aidiyyəti sənədlər, o cümlədən tibbi sənədlər götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Penitensiar Xidmət tərəfindən hadisə üzrə xidməti yoxlama və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilmiş, toplanmış sənədlər aidiyyəti üzrə prokurorluğa göndərilmişdir.

Qaradağ rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanmış, hazırda istintaq hərəkətləri davam etdirilir.