Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-01-12
Sürücü barəsində həbs qətimkan tədbiri seçilmişdir

Yanvarın 9-da saat 09 radələrində Cabbarov Yasin Çərkəz oğlu idarə etdiyi “Nexia” markalı 25-BE-270 dövlət nömrə nişanlı avtomobillə Qaradağ rayonu ərazisində, Bakı-Salyan yolunun 14-cü km-də Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobili yolun sağ kənarında quraşdırılmış dəmir yolayrıcına vurmuş, nəticədə avtomaşında olan sərnişinlər Sadıqov Altay Elman oğlu və Hacıyeva Yasəmən Talıb qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölmüş, avtomobildə olan digər sərnişin Bayramova Həcər Faiq qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Y.Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.