Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-01-13
Azərbaycan Respublikası Baş Prokurorluğu 2015-ci ildə inventarların, mal-materialların, avadanlıqların, iş və xidmətlərin satın alınması ilə əlaqədar açıq tender elan edir

Tender 7 (yeddi) lot üzrə keçirilir:

Lot – 1. Dəftərxana ləvazimatlarının satın alınması ;

Lot – 2. Təsərrüfat mallarının satın alınması ;

Lot – 3. Geyim formasının satın alınması ;

Lot – 4. Ofis və kabinet mebellərinin satın alınması ;

Lot – 5. Avadanlıqların satın alıması ;

Lot – 6. Tikinti materiallarının satın alınması ;

Lot – 7 . Katriclərin satın alınması ;

Tender iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər.Malların təchiz olunma müddəti - il ərzində

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: səmərəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinəyetirilməsi, iddiaçının maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 500 AZN məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu  Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7 ünvandan (Əlaqələndirici şəxs: Mikayılov İmran Mirzəağa oğlu, telefon: 492-93-79) ala bilərlər.

Təşkilat:Azərbaycan Respublikası Baş Prokurorluğu;

VÖEN    1700354471

H/h:AZ11CTRE00000000000003118570  VÖEN:  1700986181

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005 VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.I.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

tenderdə iştirak etməüçün yazılı müracət;

tenderdə iştirak haqqınıödənilməsi barədə bank sənədi;

tender təklifi (zərflərin açıldığı tarixdəən azı 30 bank günü qüvvədə olmalıdır);

tender təklifinin dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdəən azı 60 bank günü qüvvədə olmalıdır).

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərədair öhdəliklərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqandan arayış;

iddiaçının   son   bir  ildəki   fəaliyyəti   haqqında   vergi   orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

- İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 25 fevral 2015-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 05 mart 2015-ci  il saat 17.00-a qədər, Azərbaycan Respublikasının Baş prokurorluğuna (ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 06 mart 2015-ci  il tarixdə, saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI