Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-11-23
Hüquqi şəxslərin cinayət məsuliyyəti və əmlakın bərpası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müzakirə edilmişdir 23.11.2015

Noyabrın 19-dan 20-dək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi və Avropa Şurası tərəfindən həyata keçirilən “Proqram Əməkdaşlıq Çərçivəsi” layihəsi üzrə “Hüquqi şəxslərin cinayət məsuliyyəti və əmlakın bərpası” mövzusunda təlim keçirilmişdir.

Baş Prokurorluğun müvafiq idarələrinin, Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin, Hərbi Prokurorluğun və Bakı şəhər prokurorluğunun, habelə Respublika Audirtorlar Palatası və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev çıxış edərək korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulamaqla bu mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını qeyd etmiş, bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Avropa Şurasının ekspertləri Martin Poleyn və Nimişa Aqerval hüquqi şəxslər tərəfindən törədilən korrupsiya cinayətlərinə qarşı mübarizənin aspektləri, bu kateqoriyadan olan cinayətlərlə mübarizə sahəsində müsbət təcrübə, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının hüquqi və praktiki tərəfləri barədə təqdimatlar