Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-01-29
ASC-nin Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə  həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində  araşdırılmışdır. 

Araşdırmalar zamanı qeyd olunan ASC-nin Göygöl rayon filialının rəisi Aqil Mustafayevin vəzifə səlahiyyətlərindən  sui-istifadə edərək tanışı Akif Abbasov və digərləri vasitəsi ilə saxta sənədlər tərtib etməklə cəmiyyətə məxsus “Qonaq evi”nin 47.6 kvadrat metr sahəsini öz adına rəsmiləşdirməklə özgə əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri  ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.