Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-02-09
Zaqatala rayonunda sürücünün özünə xəsarət yetirməsi ilə bağlı araşdırmalara başlanılıb

Fevralın 8-də saat 19 radələrində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti alayının Zaqatala rayonu ərazisində yerləşən postunda saxlanılan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Nəbiyev Emil Rafiq oğlunun idarə etdiyi “Daewo” markalı avtomobilin salonuna baxış keçirilərkən polietilen torbada qurudulmuş halda çəkisi 160 qram olan narkotik vasitə - marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür.

E.Nəbiyev məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə qaçmağa cəhd göstərərkən üzərində gəzdirdiyi bıçaqla özünün qarın nahiyəsinə kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan xəsarət yetirmişdir. O tibbi yardım göstərilməsi üçün Zaqatala Mərkəzi rayon xəstəxanasına yerləşdirilmiş və üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.

Hazırda E.Nəbiyevin idarə etdiyi avtomobilin salonundan narkotik vasitə aşkar olunması faktı üzrə Zaqatala rayon Polis Şöbəsinin Təhqiqat Qrupunda araşdırma aparılır. Eyni zamanda E.Nəbiyevin özünə bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.