Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-02-17
Cinayət işi məhkəməyə göndərilmişdir

“Ulu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq direktorunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.

İstintaq zamanı cəmiyyətin sabiq direktoru İlham Səfərovun qulluq mövqeyindən istifadə etməklə Binəqədi rayonu ərazisində qaz xəttinin çəkilişi ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış podrat müqaviləsinə əsasən  həmin işlərin görülməsini subpodraçılara həvalə etməklə görülmüş işlərin müqabilində birliyin “Bank of Azərbaycan”ASC-dəki bank hesabından çıxardığı 455 min manat məbləğində pulu subpodratçılara ödəməyərək mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilmişdir.

İstintaq zamanı vurulmuş ziyanın əhəmiyyətli hissəsinin - 319 min  manatın ödətdirilməsi təmin edilmişdir.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.