Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-01-08
Prokurorluq orqanlarında işləməyə namizədlər üçün yazılı imtahan yanvarın 26-da keçiriləcəkdir

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş (23 noyabr 2007-ci il tarixli Fərmanla edilmiş dəyişikliklərlə) “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluq orqanlarında işləmək arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə müsabiqə elan etmişdir.

Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş 545 namizəd üçün test imtahanı keçirilmiş və 285 namizəd müsabiqənin ikinci mərhələsində - yazılı imtahanda iştirak etmək hüququ qazanmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, yazılı imtahan yanvarın 26-da Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5). İmtahan saat 10.00-da başlayıb 14.00-da başa çatacaqdır.

Namizədlər yalnız “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. “Yaddaş kitabçası”nda imtahanın keçirilmə qaydası barədə ətraflı məlumat verilmişdir.

İmtahana buraxılmış namizədlər “Yaddaş kitabçası”nı və “Yazılı imtahana buraxılış vərəqəsi”ni yanvarın 21-22-də saat 9.00-dan 18.00-dək Baş Prokurorluğun inzibati binasında, qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilərlər. Əlavə məlumatı 437-28-56, 492-62-23, 492-74-32 və 492-63-62 nömrəli telefonlarla əldə etmək olar.