Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-01-10
Respublika Prokurorluğunun əməkdaşları ekologiyanın da qayğısına qalırlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edilmişdir. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim diqqət yetirən dövlətimizin başçısının bu təklifi ölkə ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi və rəğbətlə qarşılanmaqla genişmiqyaslı yaşıllaşdırma kampaniyalarına start verilmişdir.

Respublika Prokurorluğu orqanları öz növbəsində ölkəmizdə həyata keçirilən ekoloji mühitin təmizlənməsi kampaniyasına qoşularaq yanvarın 9-da Əzizbəyov dairəsi - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında 1 hektar sahədə Abşeron yarımadasının iqliminə dözümlü və ölkəmizin təbiətinə uyğun mindən artıq Eldar şamı və zeytun ağacları əkmişlər. Bu xeyirxah və nəcib təşəbbüsə respublika Prokurorluğunun bütün əməkdaşları böyük ruh yüksəkliyi ilə qoşulmuşlar. Əkilən hər bir ağacın küləkdən mühafizəsi və onların yaz aylarına qədər qidalanması üçün mineral gübrələrdən istifadə edilmişdir. Nəzərdə tutulmuşdur ki, dövlətimizin başçısının irəli sürdüyü bu təşəbbüsün reallaşması üçün bütün tədbirlər görüləcək, əkilən ağacların qorunması və ilboyu onlara qulluq göstərilməsi üçün bütün imkanlardan istifadə ediləcəkdir.

İnsanların sağlamlığına, Azərbaycanın ekoloji durumuna müsbət təsir göstərəcək bu cür tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.