Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2007-02-28
Özünə və yaxın qohumlarına qarşı ifadə verməmək hüququ: tarixi inkişafı, məzmunu, şərhi və qanunvericilikdə təsbit olunması vəziyyəti
Uzunmüddətli tarixi inkişaf nəticəsində bəşəriyyət beynəlxalq aləm tərəfindən qəbul olunmuş insan hüquq və azadlıqlarının müasir demokratik cəmiyyət üçün vacib olan həçmini müəyyən edərək beynəlxalq hüquqi sənədlərdə təsbit etmişdir. Beynəlxalq aləm tərəfindən qəbul edilmiş mühüm insan hüquqları və azadlıqları icərisində vacib yerlərdən birinidə heç kəsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinin müəyyən edilməsi tutur. Belə ki, Birləşmiş millətlər təşkilatının Baş Assambleyasının 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul olunaraq 23 mart 1976-cı ildən qüvvəyə minmiş"Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt 14-cü maddənin 3-cü hissəsində hər kəsin ona verilən cinayət ittihamına baxılarkən tam bərabərlik əsasında malik olduğu minimum təminatlar icərisində özünə qarşı ifadə verməyə və ya özünü təqsirli bilməyə məcbur edilə bilməməsi hüququnuda nəzərdə tutmuşdur. (1; 57).

Lakin, beynəlxalq aktlardan  xeyli əvvəl heç kəsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsi hüququ ayrı-ayrı ölkələrin əsas qanununda öz əksini tapmışdır. Hələ 25 sentyabr 1979-cu il tarixdə Amerika Birləşmiş Ştatlarının birinci Konqresi ölkə Konstitusiyasına təklif etdiyi ilk on düzəlişin (bu düzəlişlər"Hüquqlar haqqında bill" adlandırılmışdır) beşincisində heç kəsin cinayət işində özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsi nəzərdə tutulmuşdur."Hüquqlar haqqında billə" daxil olan düzəlişlər 15 dekabr 1791-ci il tarixdə onların ratifikasiyası başa catdıqdan sonra qüvvəyə minmişlər. (2; 391).

3 noyabr 1946-cı il tarixdə promulqasiya olunaraq 3 may 1947-ci il tarixdən qüvvəyə minmiş Yaponiya Konstitusiyasının 38-ci maddəsinə əsasən heç kəs özünə qarşı şahidlik etməyə məcbur edilə bilməz. Bununla yanaşı, Yaponiya Konstitusiyası həmin maddədə müəyyən etmişdir ki, məcburiyyət altında edilmiş etiraf sübut kimi qəbul edilə bilməz və heç kəs ona qarşı yeganə sübut öz etirafı olduqda məhkum edilə və cəzaya məruz qala bilməz. (3; 434).

26 yanvar 1950-ci il tarixdə qüvvəyə minmə prosesi başa catmış Hindistan Konstitusiyasının 20-ci maddəsinə əsasən cinayətdə ittiham edilmiş heç bir şəxs özünə qarşı şahid olmağa məcbur edilə bilməz. (2; 452).

spaniya Krallığının 27 dekabr 1978-ci il tarixdə qəbul olunmuş Konstitusiyasının 24-cü maddəsində hər kəsin özünə qarşı şahidlik etməmək və özünü günahkar hesab etməmək hüququ müəyyən edilmişdir. (2; 232).

07 noyabr 1982-ci il tarixdə qəbul olunmuş Türkiyə Respublikasının Konstitusiyasında (Türk Cumhuriyyətinin Anayasası) ifadə verməyə məcbur edilə bilməmək hüququ daha geniş şəkildə müəyyən edilərək hər kəsin özünə aid olunmaqla yanaşı onun qanunla müəyyən edilmiş yaxınlarınada aid edilmişdir. Belə ki, Türkiyə Respublikasının Konstitusiyasının 38-ci maddəsində müəyyən olunmuşdur ki,"His kimse kendisini ve kanunda gösterilen yaxınlarını suçlayan bir beyanda bulunmaya veya bu yolda delil göstermeye zorlanamaz". («Heç kəs özünü və qanunda göstərilən yaxınlarını təqsirləndirən ifadə verməyə və ya bu yolda dəlil göstərməyə məcbur edilə bilməz"). (4; 56).

Rusiya Federasiyasının 12 dekabr 1993-cü il tarixdə qəbul olunmuş Konstitusiyası da bu vacib insan hüququnu geniş şəkildə təsbit edərək, 51-ci maddədə aşağıdakı müddəani nəzərdə tutmuşdur: 1."Nikto ne obəzan svidetelğstvovatğ protiv sebə samoqo, svoeqo supruqa i blizkix rodstvennikov, kruq kotorıx opredeləetsə federalğnım zakonom. 2. Federalğnım zakonom moqut ustanavlivatğsə inıe sluçai osvobojdeniə ot obəzannosti davatğ svidetelğskie pokazaniə". (5; 16). Nəzərə alaraq ki, "svidetelğstvovatğ" sözü rus dilində daha geniş məzmuna malik olmaqla azərbaycan dilinə yalnız "şahidlik etmək" deyil, həm də"ifadə vermək" kimi tərcümə edilir (6; 136), Rusiya Federasiyası  Konstitusiyasının həmin maddəsi aşağıdakı mənanı vermiş olur: 1."Heç kəs özünə, öz arvadına (ərinə) və dairəsi federal qanunla müəyyən edilən yaxın qohumlarına qarşı şahidlik etməyə (ifadə verməyə) borclu deyildir. Federal qanunla şahid ifadələri vermək vəzifəsindən  azad etmənin başqa halları müəyyən edilə bilər".

İnkişaf etmiş dünya ölkələrinin insan hüquqları sahəsində ən mütərəqqi naliyyətlərini özündə birləşdirən, beynəlxalq birliyin insan hüquqlarına dair qəbul etdiyi demokratik norma və tələbləri tam şəkildə əks edirən, 12 dekabr 1995-ci il tarixdə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası digər əsas insan və vətəndaş hüquqları və azadlıqları ilə yanaşı şəxsin özünü və yaxınlarını ifşa etməkdə sərbəstliyində başqa ölkələrdə olduğundan daha geniş olaraq nəzərdə tutlmuşdur. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının"Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi" adlı 66-cı maddəsinə əsasən"heç kəs özünə, arvadına (ərinə), övladlarına,  valideyinlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz". Bununla yanaşı, Konstitusiyanın həmin maddəsində göstərilmişdir ki,"əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir". (7; 25).

Beləliklə,  Azərbaycan Respublikası Konstitusiyası əleyhinə ifadə verilməsi məcburi olmayan şəxslərə şəxsin özü ilə yanaşı onun arvadını (ərini), övladlarını, qardaşını, bacısını da aid etməklə belə şəxslərin siyahısını bitmiş hesab etməyərək, tam siyahının müəyyən edilməsini müvafiq qanunun üzərinə qoymuş və ifşa etməkdə sərbəstliyi yalnız cinayət təqibi ilə əlaqələndirməyərək bu və ya digər hüquq sahəsinə aid etməklə məhdudlaşdırmamışdır. Bir sıra ölkələrin Konstitusiyalarında (İspaniya, Yaponiya, Hindistan və sair) və Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi"Mülki və siyasi hüquqlar haqqında" beynəlxalq  paktda isə, yuxarıda qeyd olunduğu kimi, şəxsin yalnız özünə qarşı ifadə verməməkdə sərbəstliyi müəyyən edilmişdir. Mülki və siyasi hüquqlar haqqında" beynəlxalq paktda, Amerika Birləşmiş Ştatlarının, Hindistanın Konstitusiyalarında isə özünü ifşa etməkdə sərbəstlik hüququ cinayət işləri və cinayətdə  ittihamla əlaqədar nəzərdə tutulmuşdur. İspaniya Krallığının Konstitusiyası onlardan fərqli olaraq hər kəsin özünə qarşı şahidlik etməmək hüququnu yalnız cinayət təqibi ilə əlaqələndirməmişdir.

Türkiyə Respublikasının və Rusiya Federasiyasının Konstitusiyaları hər kəsin yalnız özünü deyil, həmdə, müvafiq olaraq yaxınlarını və yaxın qohumlarını ifşa etməkdə sərbəstliyini təsbit edərək, bu hüququn bu və ya digər hallara, o cümlədən cinayət təqibinə aid edilməsi və sair haqqında hər hansı məhdudlaşdırıcı qeyd, yaxud  göstəriş nəzərdə tutmamışlar. Azərbaycan Respublikasının Konstitusiyasıda məsələyə daha geniş mövqedən yanaşaraq, əleyhinə ifadə verilməsi məcburi olmayan şəxslərə həmin şəxsin özündən başqa onun bir sıra qohumlarını aid etməklə yanaşı, bu hüququn cinayət təqibi ilə, yaxud hansısa digər hallar ilə əlaqədar olması barədə hər hansı göstəriş, qeyd, məhdudiyyət müəyyən etməmişdir. Bu isə o, deməkdir ki, özünə və bir sıra qohumlarına qarşı ifadə verilməsinin məcburi olmaması haqqında müddəanı Konstitusiyamız yalnız cinayət təqibi ilə əlaqədar yaranan hüquqi münasibətlərə aid etməyərək, hüququn bu və digər sahəsi üzrə məhdudlaşdırmır. Yəni, özünə və qohumlarına qarşı ifadə verilməsinin məcburi olmaması haqqında Azərbaycan Respublikası Konstitusiyasının müddəası hüququn bütün sahələrinə, o cümlədən cinayət, cinayət-prosessual, inzibati, mülki, mülki-prosessual və digər sahələrinədə aiddir.

Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin məzmunu qohumlar arasında olan və eyni zamanda ailə münasibətlərindən yaranan, hər bir insan üçün mühüm əhəmiyyət kəsb edən bağlılıq münasibətlərinin dövlət tərəfindən qorunması istəyindən irəli gəlir. Konstitusiyamızın 34-cü maddəsində müəyyən olunduğu kimi, nigah və ailə dövlətin himayəsindədir; analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin hüquqi əhəmiyyəti ilk  növbədə onun əxlaqi dəyərlərə əsaslanmasındadır. Baxmayaraq ki, şəxsin ifadə verməsi bütün hallarda bu və digər hüquqi məsələnin aydınlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edə bilər və dövlət hər bir hüquqi məsələnin, yaxud yaranmış mübahisənin hüquqi cəhətdən düzgün həll edilməsində maraqlıdır (8); o əxlaqi dəyərləri, o cümlədən hər kəsin öz şəxsi mənafeyini və maraqlarını, qohumlar, ailə üzvləri arasında olan etibar, sədaqət, inam və  məhəbbəti daha vacib hesab edərək, onlara üstünlük verir, prioritet münasibətlə yanaşır. Göstərilən əxlaqi və mənəvi dəyərlərin itirilmək təhlükəsi qarşısında olması cəmiyyətin özəyri, əsası olan ailənin və qohumluq əlaqələrinin itirilməsinə gətirib cıxara bilər. Konstitusiyada öz yaxın adamlarına - ərinə (arvadına), övladına, valideyninə, qardaşına, bacısına qarşı ifadə verməyin məcburiliyinin qadağan olunması dövlət tərəfindən ailənin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində müəyyən edilən vacib hüquqi təminatlardan biridir. (9; 195).

Azənbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsi iki müddəadan ibarətdir. Maddənin birinci müddəasında heç kəsin özünə, arvadına (ərinə), övladına, valideyninə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməməsi müəyyən edilmişdir. Konstitusiyanın bu maddəsində nəzərdə tutulmuş ikinci müddəa olmasa idi belə nəticəyə gəlmək olardı ki, əleyhinə ifadə verilməsi məcburi olmayan şəxslərin siyahısına əsas qanun şəxsin özünü, arvadını (ərini), övladlarını, valideynlərini, qardaşını, bacısını daxil edərək, bu şəxslərin siyahısını bitmiş hesab edir. Belə nəticənin cıxarılmasına Konstitusiyanın həmin müddəasında"və digər qohumlarına" ifadəsinin nəzərdə tutulmaması əsas vermiş olur. Lakin, əsas qanunun 66-cı maddəsinin ikinci müddəasında nəzərdə tutulmuşdur ki,"əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir". Bu isə o deməkdir  ki, əleyhinə ifadə verilməsi məcburi olmayan şəxslərin Konstitusiyada müəyyən edilmiş siyahısı tam deyildir.

Konstitusiyanın 66-cı maddəsinə əsasən"əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir". Göründüyü kimi, əsas qanun əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısının qanunlarla deyil, bir vahid qanunla, yəni bütün hüquq sahələri üçün, o cümlədən mülkü prosessual hüquq, inzibati hüquq, cinayət hüququ, cinayət-prosessual hüquq, digər hüquq sahələri üçün vahid formada müəyyən edilməsini tələb edir. Hazırda isə bu məsələyə hüququn ayrı-ayrı sahələrində fərqli münasibət vardır.

Qüvvədə olan Mülki Prosessual Məcəllənin 104.5-ci maddəsinə müvafiq olaraq şəxs özünə qarşı, ər-arvad bir-birinə qarşı, uşaqlar valideynlərinə, valideynlər  uşaqlarına, qardaş və bacılar bir-birinə qarşı, nənə-baba nəvələrinə, nəvələr baba-nənələrinə qarşı ifadə verməkdən imtina edə bilərlər. Bununla yanaşı, Milki Prosessual Məcəllə 104.5.4-cü maddədə Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatlarının vəzifələrini yerinə yetirmələri ilə əlaqədar olaraq, onlara məlum olan məlumatlar üzrə ifadə verməkdən imtina edə bilmələrini də nəzərdə tutmuşdur.  MPM-nin 104.5-ci maddəsində əleyhinə ifadə verilməsi imtina edilə bilən şəxslərin siyahısının sonunda"və digər","və sair" kimi siyahının bitmədiyini ifadə edən sözlərin işlədilməməsi həmin siyahının bitmiş olduğunu söyləməyə əsas verir. Lakin, qeyd etmək lazımdır ki, əleyhinə ifadə verilməsi imtina edilə bilən qohumların  siyahısına Mülki Prosessual Məcəllə Konstitusiyanın 66-cı maddəsində sadalanan qohumların siyahısında göstərilmiş eyni şəxsləri daxil etmişdir. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların  Konstitusiyanın 66-cı maddəsində göstərilən siyahısı isə əsas qanunun həmin maddəsinin məzmununa əsasən tam deyildir. Deməli, əleyhinə ifadə verilməsi imtina edilə bilən qohumların MPM-nin 104.5-ci maddəsində nəzərdə tutulmuş siyahısı tam hesab edilə bilməz və əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı bu məcəllədə  müəyyən edilməmişdir.

Mülki Prosessual Məcəllənin əleyhinə ifadə verilməsindən imtina edilə bilən şəxslərin siyahısını müəyyən edən müddəası şahid ifadəsinə həsr olunmuş 104-cü maddədə nəzərdə tutulmuşdur ki, bu da həmin müddəanın yalnız şahid ifadəsinə aid edildiyi kimi qəbul oluna bilər. Belə bir fikrin yaranmasına həm də o əsas verir  ki, Mülki  Prosessual Məcəllənin tərəflərə, üçüncü şəxslərə, ərizəcilərə, işdə iştirak edən digər şəxslərə (MPM-nin 46-cı maddəsi) və şahidlərdən başqa prosesin digər iştirakçılarına həsr edilmiş maddə və normalarında onların özlərinə və müvafiq qohumlarına qarşı ifadə verməkdən imtina edə bilmələri haqqında müddəaya rast gəlmirik. Belə bir hal, fikirimizcə, Azənbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə ziddir. Əsas qanunun həmin  maddəsinin tələbləri yalnız şahidlərə deyil, eyni zamanda bütün mülki proses iştirakçılarına aid edilməlidir. Buna görə də, hesab edirik ki, əleyhinə ifadə verilməsindən imtina edilə bilən şəxslərin siyahısı MPM-də şahid ifadələrinə həsr olunmuş maddədə deyil, sübutlara həsr edilmiş ümumi maddələrin birində müəyyən edilməlidir.

Əleyhinə  ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı Azərbaycan Respublikası Cinayət Məcəlləsində də müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 297  və 298-ci maddələrinin qeydlərinə əsasən şəxs özünə,  arvadına (ərinə), övladlarına, valideyinlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə və ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlbb oluna bilməz. Cinayət Məcəlləsinin 307-ci maddəsinin qeydində isə arvadı (əri), övladları, valideyinləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış və ya törədilmiş ağır və ya xüsusilə ağır cinayət barədə bilərək onun barəsində xəbər verməyən şəxsin cinayət məsuliyyətinə cəlb oluna bilməməsi müəyyən edilmişdir. Göründüyü kimi, əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısını müəyyən etməməklə yanaşı Cinayət Məcəlləsi"arvadı (əri), övladları, valideyinləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarfı" ifadəsini istifadə edərək, bu məsələnin həllini digər qanunvericiliyin üzərində saxlamışdır.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 377.3-cü maddəsinə əsasən şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək hüququ vardır. Məcəllənin 377-ci maddəsinin qeydində göstərildiyi kimi,"yaxın qohumlar" dedikdə valideynlər, uşaqlar, övladlığa götürənlər, övladlığa götürülənlər, doğma qardaş və bacılar, babalar, nənələr, nəvələr, habelə ər-arvad başa düşülür. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi Mülki Prosessual Məcəlləyə nisbətən əleyhinə izahat verilməsi məcburi olmayan qohumların siyahısını bir qədər genişləndirərək, onların sırasına düzgün olaraq övladlığa götürənlərlə  övladlığa götürülənləri də daxil etmişdir. İnzibati Xətalar Məcəlləsində, eyni zamanda, Konstitusiyada müəyyən olunduğu kimi, qardaş və bacıların hamısına qarşı deyil, yalnız doğma qardaş və bacılara qarşı izahat verməmək hüququ müəyyən edilmişdir. Qeyd etməliyik ki, qardaş və bacılara, digər yaxın qohumlara qarşı ifadə verməyə heç kəsin məcbur edilə bilməməsini müəyyən edərək Azərbaycan Respublikasının Konstitusiyası hər hansı məhdudiyyət nəzərdə tutmamışdır. Bu isə o deməkdir ki, heç kəsin qardaş və bacılarına qarşı ifadə verməsinə məcbur edilə bilməməsini müəyyən edərkən əsas qanun bunu həm doğma, həm də ki, ögey qardaş və bacılara aid etmişdir. Konstitusiyanın müddəasi əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısını müəyyən etməyərək, qohumların bitməmiş siyahısını təsbit etsədə, həmin siyahıda nəzərdə tutulanların məhdudlaşdırılmasına yol vermir. Buradan isə belə nəticə hasil olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin şahidin yalnız doğma qardaş və bacılarına qarşı izahat verməmək hüququnu müəyyən edən müddəası Konstitusiyanın 66-cı maddəsinə ziddir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinin məzmunundan belə cıxır ki, şahidin doğma qardaş və bacılarına qarşı izahat verməmək hüququ vardır, ögey qardaş və bacılarına qarşı isə izahat verməmək hüququ yoxdur və sonunculara qarşı izahat verməyə borcludur. Bununla əlaqədar olaraq, hesab edirik ki, İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinin qeydində"qardaş" sözünün əvvəlində olan"doğma" sözü qanunun mətnindən cıxarılmalıdır.

İnzibati Xətalar Məcəlləsi şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək hüququnu müəyyən etsədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər cəkmiş şəxsin hüquqları icərisində həmin hüququ nəzərdə tutmamışdır. Məcəllənin barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin, zərər cəkmiş şəxsin və şahidin hüquqi vəziyyətini müəyyən edən müvafiq olaraq 371, 372 və 377-ci maddələrinin müqayisə edilməsi nəticəsində belə fikir yaranır ki, şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək hüququ var, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərər cəkmiş şəxsin isə bu hüququ yoxdur. Bu isə Konstitusiyanın 66-cı maddəsinin məzmununa ziddiyyət təşkil etmiş olur. Əsas qanunun həmin müddəası inzibati prosesin bütün iştirakçılarına  eyni  dərəcədə aid olduğundan özünə və müvafiq qohumlarına qarşı izahat verməmək hüququnun İnzibati  Xətalar Məcəlləsinin bu və digər proses iştirakçısının hüquqi vəziyyətini müəyyən edən maddədə deyil, bütün iştirakçılar üçün əhəmiyyətli olan, sübutlara aid ümumi xarakterli maddədə nəzərdə tutulması daha düzgün olardı.

İnzibati Xətalar Məcəlləsinin 377.5-ci maddəsinə əsasən bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında şahidə xəbərdarlıq edilir. Şahid öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya cağırış üzrə gəlməkdən boyun qacırdıqda o, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir. Məcəllənin 314-cü maddəsi inzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər cəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə görə xəbərdarlıq və inzibati cərimə növündə inzibati tənbehlərin tətbiq edilməsini nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 315.2-ci maddəsi isə inzibati xətalar haqqında işlər üzrə icraat zamanı cağırılmış şəxslərin (şahidin, zərər cəkmiş şəxsin, mütəxəssisin) izahat verməkdən imtina etməsinə görə inzibati məsuliyyət müəyyən edir. Lakin, qeyd olunan şəxslər Konstitusiyanın 66-cı maddəsinə müvafiq olaraq özünə,  arvadına (ərinə), övladlarına, valideyinlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər qohumlarına qarşı izahat verməyə məcbur edilərək bilə-bilə yalan izahat verdikdə və izahat verməkdən imtina etdikdə inzibati məsuliyyətə cəlb oluna bilməzlər. Buna görədə, əsas qanunun həmin maddəsində müəyyən edilmiş mühüm insan hüququnu ardıcıl olaraq həyata keçirilməsinin təmin edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 314 və 315-ci maddələrində Cinayət Məcəlləsinin 297 və 298-ci maddələrində hazırda olduğu kimi, müvafiq qeydlərin nəzərdə tutulması, fikrimizcə zəruridir.

Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısının müəyyən edilməsi məsələsi qanunvericiliyin digər sahələrinə nisbətən daha düzgün olaraq cinayət-prosessual qanunvericiliyində həll edilmişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin"Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri" adlı ikinci fəslinin ayrıca bir maddəsi bütövlükdə şəxsin özünün və qohumlarının ifşa etməkdə sərbəstliyinə həsr edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin həmin"Özünü və qohumlarını ifşa etməkdə sərbəstlik" adlanan 20-ci maddəsinə əsasən""heç kəs  şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs  bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır".

Məcəllənin 7.0.32-ci maddəsində göstərilmişdir ki, “yaxın qohumlara” “babalar,nənələr,valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa  götürülənlər, nəvələr” aiddirlər.

Lakin,qeyd etməliyik ki, əleyhinə ifadə verilməsi məcburi olmayan şəxslərin dairəsi cinayət-prosessual qanunvericiliyində daha dəqiq müəyyən edilsədə, özünü və yaxın qohumlarını ifşa etməkdə sərbəstlik hüququnun həyata keçirilməsini təmin və tənzim edən normalarda müəyyən boşluqlar,həll edilməli olan məsələlər də vardır.Belə ki, Cinayət-prosessual Məcəllənin 20.1-ci maddəsində müəyyən olunmuşdur ki,"heç kəs  şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz".Burada istifadə edilmiş"buna görə hər hansı təqibə məruz qala bilməz" ifadəsinin nəyə aid olduğu qanunun bu müddəasından, fikrimizcə, aydın deyildir. Aydın deyildir, heç kəs nəyə görə hər hansı təqibə məruz qala bilməz: 1. Özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə görə;  2. Özünün və yaxın qohumlarının əleyhinə ifadə verməməyə görə  yaxud 3. Özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilməyə görə. CPM-nin qeyd  olunan maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına daha uyğun olması və birmənalı şəkildə qəbul edilməsi üçün onun aşağıdakı qaydada ifadə edilməsini təklif edirik:"Heç kəs  şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz. Özünün və yaxın qohumlarının əleyhinə ifadə verilməməsi hər hansı təqibə səbəb və əsas ola bilməz".

Özünü və qohumlarının ifşa etməmək hüququ Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatının vəzifələrini, əsas prinsiplərini və  şərtlərini müəyyən edən ikinci fəslinin ayrıca maddəsində təsbit olunduğundan cinayət prosesində iştirak edən bütün şəxslərə aid olunmasına baxmayaraq, məcəllənin cinayət prosesinin bu və digər subyektlərinin hüquqi vəziyyətini tənzim edən bir neçə normalarında da nəzərdə tutulmuşdur. Belə ki, Cinayət-Prosessual Məcəllədə şübhəli şəxsin tutulduğu və ya ona qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan digər hüquqlarla yanaşı"ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək" hüququ da  nəzərdə tutulmuşdur  (maddə 90.7.10). Təqsirləndirilən şəxsin həyata keçirdiyi hüquqlar icərisində məcəllə onun"ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək" hüququnu da nəzərdə tutmuşdur. (maddə 91.5  .10). Şahidin də malik olduğu hüquqlardan biri kimi onun"özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək" hüququ müəyyən edilmişdir. (CPM-nin 95.6.4-cü mad.)

Qanunvericilikdə müəyyən edilən hər hansı hüququn real olması üçün qanunda onun həyata keçirilməsini təmin edən vasitələr, o cümlədən prosessual təminatlar, hüququn realizə edilməsi ilə əlaqədar yaranan hüquqi münasibətlərin digər tərəflərinin müvafiq öhdəliyi və vəzifələri nəzərdə tutulmalıdır. Özünü və qohumlarını ifşa etməkdə sərbəstlik hüququnun təmin olunması üçün qüvvədə olan Cinayət-Prosessual Məcəllədə aşağıdakı prosessual təminatlar nəzərdə tutulmuşdur. Belə ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün Cinayət-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsində cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin"tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək" vəzifələri müəyyən edilmişdir. Məcəllənin 227.4-cü maddəsində müstəntiqin dindirmədən əvvəl"şahidə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə borclu olmadığı barədə məlumat" verməsi təsbit olunmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 235.3-cü maddəsinə əsasən üzləşdirmə aparıldıqda"şahidlər ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qacırmağa və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında, habelə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ barədə xəbərdar olunurlar". Məcəllənin 239.4-cü maddəsində şəxsin tanınması aparılarkən tanıyan şəxs şahid və ya zərər cəkmiş şəxs olduqda onun əvvəlcədən"özünün, yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ haqqında" xəbərdar edilməsi nəzərdə tutulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 240.4-cü maddəsində isə əşyaların tanınması aparılarkən tanıyan şəxs şahid və ya zərər cəkmiş şəxs olduqda ona qabaqcadan"özünün və yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ barədə" xəbərdarlıq edilməsi müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı, Cinayət-Prosessual Məcəllənin 328.2.1-ci maddəsində məhkəmə iclasında şahidin dindirilməsindən əvvəl ona sədrlik edən tərəfindən"özünün və yaxın qohumlarının əleyhinə ifadə verməkdən imtina etmək" hüququnun izah edilməsi nəzərdə tutulmuşdur.

Cinayət-prosessual qanunvericiliyinin şəxsin özünü və qohumlarını ifşa etməmək hüququnu tənzim və təmin edən müddəalarının nəzərdən keçirilməsi aşağıdakı fikirləri söyləməyə əsas verir. Cinayət-Prosessual Məcəllə özünü və qohumlarını ifşa etməmək hüququnu Ümümi hissənin ikinci fəslində təsbit edərək cinayət prosesində iştirak edən bütün şəxslərə aid etməsinə baxmayaraq, bu hüququn reallaşmasını təmin etmək üçün onun həyata keçirilməsini şübhəli, təqsirləndirilən şəxslərin və şahidlərin dindirilməsi zamanı mütləq olduğunu onlara aid olan maddələrdə bir daha nəzərdə tutaraq bu barədə müvafiq müddəalar müəyyən etmişdir. (CPM-nin 90.7.10; 91.5.10 və 95.6.4-cü maddələri). Lakin, özünü və qohumlarını ifşa etməmək hüququ yalnız şübhəli, təqsirləndirilən şəxslərə və şahidlərə deyil, eyni zamanada prosesdə iştirak edən digər şəxslərə (məsələn nümayəndələrə və qanuni nümayəndələrə) aid olmasına baxmayaraq, CPM-də sonuncuların hüquqi vəziyyətini müəyyən edən normalarda onların özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək hüququ nəzərdə tutulmamışdır. Belə ki, CPM-nin 101.5.5-ci maddəsində zərər cəkmiş, şübhəli və ya təqsirləndirilən  şəxsin, mülki iddiacının və cavabdehin qanuni nümayəndəsinin, 102.6.3-cü maddəsində isə zərər cəkmiş şəxsin, mülki iddiacının və cavabdehin nümayəndəsinin izahatlar vermək hüququ nəzərdə tutulsada, məcəllənin 90.7.10; 91.5.10 və 95.6.4-cü maddələrindən fərqli olaraq onların özlərini və yaxın qohumlarını ifşa etməmək hüququ olduğu müəyyən edilməmişdir. CPM-nin göstərilən maddələrinin müqayisəli təhlili qeyd olunan şəxslərin qanuni nümayəndələrinin və nümayəndələrinin izahat verərkən özünü və yaxın qohumlarını ifşa etməmək hüququna malik olmadıqları fikrini yarada bilər ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin məzmununa zidd olardı. Göstərilənləri nəzərə alaraq, özünü və yaxın qohumlarını ifşa etməmək hüququnun CPM-nin 101.5.5 və 102.6.3-cü maddələrindədə nəzərdə tutulması məqsədə müvafiq olardı.

CPM-nin 239.4-cü maddəsində şəxsin tanınması aparılarkən tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda onun əvvəlcədən"özünün,yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ haqqında" xəbərdar edilməsi nəzərdə tutulmuşdur. Qanunda istifadə edilmiş"özünün,yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ" ifadəsi, fikrimizcə, Azərbayhan Respublikası Konstitusiyasının 66-cı maddəsinə və Cinayət-Prosessual Məcəllənin 20-ci maddəsinə uyğun deyildir və hətta onlara ziddiyyət təşkil edir. CPM-nın 239.4-cü maddəsinin məzmunundan belə çıxır ki, şəxsin tanınması aparılarkən tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda onun  özünün, yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ vardır. Yəni, həm özünün, həm yaxın qohumlarının əleyhinə yox, ikisindən birinin əleyhinə ifadə verməmək hüququ vardır. Buna görədə CPM-nin 239.4-cü maddəsində"yaxud" sözü"və" bağlayıcısı ilə əvəz edilməlidir. Qeyd etməliyik ki, CPM-nin 240.4-cü maddəsində əşyanın tanınması aparılarkən tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda ona qabaqcadan digər hüquqlarla yanaşı"özünün və yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ barədə xəbərdarlıq" edilməsi nəzərdə tutulmuşdur.
 
Mahir Tağıyev
Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat şöbəsinin prokuroru,
ədliyyə  müşaviri
hüquq elmləri namizədi, dosent.

Ədəbiyyat .

1. Международный пакт о гражданских и политических правах. Международные акты о правах человека. Сборник документов. Ðœ.: Изд-во «ÐÐ¾Ñ€Ð¼Ð°» (Издательская группа Норма-Инфра. Ðœ.), 2000  
2. Конституции зарубежных государств: Учебное пособие., сост. Проф. Ð’.Ð’.Маклаков.- 4-е изд. Перераб. И доп. Ðœ.: «Ð’олтерс Клувер», 2003.
3. Конституции зарубежных стран. Сост. Дубровин Ð’.Н. – Ðœ.: ООО. Изд-во «Ð®Ñ€Ð»Ð¸Ñ‚информ», 2001.
4. Türkiye Cumhuriyeti Anayasası.,Seckin yayinesi. Ankara.- 1998.,231 s.
5. Конституция Российской Федерации. – Ðœ.: Ось-89., 2004.
6. Rusca- azərbaycanca lüğət., 3-cü cild., Bakı., «Gənclik», 1983.,  555 s.
7. Azərbaycan Respublikasının Konstitusiyası., «Hüquq ədəbiyyatı» nəşriyyatı.,Bakı., 2002., 84 s.
8. Təsadüfi deyildir ki, qüvvədə olan cinayət- prosessual və mülki- prosessual qanunvericiliyi 60-cı illərin ortalarınadək qüvvədə olmuş qanunvericilikdən fərqli olaraq şahidə etiraz verilməsi haqqında müddəalar nəzərdə tutmur. Yəni, işin düzgün araşdırılması üçün şahidin məlumatları əhəmiyyətli olduğundan, hətta işin nəticə etibarı ilə həllində müəyyən marağı olan şahidlərin dindirilməsindən imtina edilməsini qanun məqsədə müvafiq hesab etmir.
9. Cəfərov İ.M.  Azərbaycan Respublikası Konstitusiyasının şərhi., «Hüquq ədəbiyyatı» nəşriyyatı., Bakı., 2003., 552 s.

Махир Тагиев,
прокурор Отдела правового обеспечения Генеральной Прокуратуры Азербайджанской Республики,
советник юстиции,
кандидат юридических наук, доцент.


Право не свидетельствовать против самого себя и близких родственников: историческое развитие, содержание, комментарий и состояние регламентации в законодательстве.

РЕЗЮМЕ.

Статья посвящена рассмотрению одной из важных конституционных прав человека- права не свидетельствовать против самого себя и близких родственников.
На основе сравнительного исследования содержания норм международных актов и конституций ряда государств автор отмечает  положительные стороны статьи  66  Конституции Азербайджанской Республики, устанавливающей и гарантирующей право человека не свидетельствовать против самого себя и близких родственников.
Анализируя регламентирующие право человека не свидетельствовать против самого себя и близких родственников положения закона, автор выдвигает и обосновывает ряд  интересных, заслуживающих внимания предложений по совершенствованию соответствующих норм действующего законодательства республики.

“Dövlət idarəçiliyi: nəzriyyə və təcrübə.”  Elmi-nəzəri jurnal 2007., ,â„– 3 (19), Bakı, “Azərbaycan” nəşriyyatı, 2007