Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2014-11-19
Zakir Qaralov: Çalışacağıq ki, İACA Assambleyasına sədrliyimizi layiqincə yerinə yetirək

Azertag.com saytı Zakir Qaralovun müsahibəsini təqdim edir

Bakıda mühüm tədbirin - Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının 3-cü sessiyasının keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun təsdiqidir. Bu, eyni zamanda, beynəlxalq təşkilatların Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə verdikləri qiymətdir. Bu fikirləri Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov noyabrın 19-da jurnalistlərə açıqlamasında deyib.

Baş prokuror bildirib ki, Beynəlxalq Antikorrupsiya Akademiyası yarandığı ilk gündən Azərbaycan onunla çox sıx əməkdaşlıq edir, üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir, davamlı şəkildə müxtəlif tədris proqramları və beynəlxalq tədbirlər həyata keçirir. Zakir Qaralov bu ilin iyununda “Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Avropa ölkələrinin, korrupsiyaya qarşı mübarizə aparan təşkilatların nümayəndələrinin təcrübələrini bölüşdüklərini xatırladıb.

Baş prokuror deyib: “Azərbaycan Prezidentinin tələbi ondan ibarətdir ki, korrupsiya ilə mübarizə bütün sahələrdə aparılmalıdır. Bununla əlaqədar qarşımızda ilk növbədə beynəlxalq təcrübənin öyrənilməsi durur. Beynəlxalq Antikorrupsiya Akademiyasının əsas məqsədi belə təcrübələri öyrənmək, digər dövlətlərə göndərmək, ekspertlər hazırlamaq və yay kursları təşkil etməkdir. Çalışacağıq ki, Beynəlxalq Antikorrupsiya Akademiyası Assambleyasına sədrliyimizi layiqincə yerinə yetirək”.