Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2014-01-27
Beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə güclü siyasi iradə oluğunu bildirərək, bu istiqamətdə görülən işləri yüksək qiymətləndirirlər

AzVision.az saytı Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun müsahibəsini təqdim edir:

 

“Beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə güclü siyasi iradə oluğunu bildirərək, bu istiqamətdə görülən işləri yüksək qiymətləndirirlər”.

“Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndrilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, mühüm qanunverici və praktiki tədbirlər həyata keçirilmişdir”.

 

Sual: Cənab Baş prokuror, son günlər kütləvi informasiya vasitələrində “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunlara əlavə və və dəyişikliklər edilməsi barədə qanun layihələrinin Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə verilməsi barədə informasiyalar geniş yer almışdır. Əlavə və dəyişikliklərin mahiyyəti nədən ibarədir?

Cavab: İlk öncə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Prezident Administrasiyasından Milli Məclisə daxil olmuş hər iki qanun layihəsi Azərbaycan Respublikaının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin faəliyyətinin təkmilləşdirilməsi ilə bağlıdır. Son illər Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndrilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, mühüm qanunverici və praktiki tədbirlər həyata keçirilmişdir. Həm inzibati, həm də vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsinə yönələn qabaqlayıcı tədbirlər, o cümlədən Vətəndaşlara Xidmət və sosial innovasiyalar üzrə Dövlət ağentliyinin və onun tərkibində “Asan xidmət” mərkəzlərinin yaradılaraq  bu şəbəkənin genişləndirilməsi, elektron xidmətlərin sayının atrırılması, korrupsiya hüquqpozmaları  barədə müraciətlərin təxirəsalınmadan baxılmasının təmin edilməsi məqsədilə “ 161nömrəli qaynar xətt”  əlaqə mərkəzinin yaradılması  və bu kimi çoxsaylı kompleks tədbirlər nəticəsində ölkəmiz korrupsiyaya qarşı  mübarizədə yüksək göstəricilərə nail olmuşdur.

Dövlət başçısının müvafiq Fərman və Sərəncamları, Nazirlər Kabinetinə verdiyi  tapşırıqların icrası qaydasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi artırılmış, idarənin  fəaliyyətinin səmərəli təşkili məqsədilə maddi-texniki təminatının yaxşılaşdırılması, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görülmüş, dövlət orqanlarının məlumat bazaları və informasiya sistemlərinə qoşulmanın təmin olunması ilə bağlı işlərə başlanılmışdır. Əməliyyat–axtarış fəaliyyətinin həyata keçirilməsi kimi mühüm funksiya ilə səlahiyyətlənmiş  prokurorluq orqanları  qısa müddət ərzində  korrupsiya cinayətlərinin təhlükəli növlərindən olan və əksər hallarda latent xarakter daşıyan çoxsaylı rüşvət cinayətlərini  aşkar etmək və  qarşısını almaqla  uğurlu nəticələr əldə etmişlər.

Təsadüfi deyil ki, qazanılan nailiyyətlər  nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Korrupsiyaya qarşı mübarizə sahəsində  fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatlarından olan “Transparensy İnternational”ın  təqdim etdiyi 2013-cü ilin Korrupsiya qavranma indeksində Azərbaycan  əvvəlki illə müqayisədə  xeyli, yəni 12 pillə irəliləmiş, eyni zamanda ölkəmizin  qiymətləndirmə balı 27-dən  28-ə yüksəlmişdir. 23-25 sentyabr 2013-cü il tarixdə Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci İclasında Azərbaycan Respublikası Şəbəkənin 3-cü raund dəyərləndirilməsindəsini müvəffəqiyyətlə  keçən ilk ölkə olmuşdur.17 yanvar 2014-cü ildə  Bakı şəhərində dəyərləndərmə raundunun  birinci mərhələsinin müvəffəqiyyətlə keçməsi ilə bağlı  hesabatın təqdimetmə mərasimində OECD təşkilatının rəsmiləri korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə güclü siyasi iradə oluğunu vurğulayaraq, bu istiqamətdə görülən işləri yüksək qiymətləndirmişlər.

Sual: Yeni dəyişikliklər idarənin strukturu və səlahiyyətlərində necə əks olunacaqdır?

Cavab: Nəzərdə tutulan dəyişikliklərə əsasən yeni qurum Baş idarə səlahiyyətli olmaqla, idarənin rəisi eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun yüksək statusuna uyğun olaraq vəzifəsinə görə Baş prokurorun müavini səlahiyyətlərini yerinə yetirəcəkdir. Eyni zamanda idarənin rəis müavinləri və tərkibində yaradılacaq  yeni idarələrin rəislərinin də təsnifat dərəcəsinin yüksəldilməsi nəzərdə tutulur. Mövcud dəyişikliklərdən sonra korrupsiyaya qarşı mübarizə sahəsində  ixtisaslaşmış prokurorluq funksiyasını yerinə yetirəcək Baş idarənin əməliyyat işçiləri, o cümlədən prokuror, müstəntiq, əməliyyatçı və texniki işçilərin sayında əhəmiyyətli dəyişikliklər baş verəcəkdir ki, bütün bunlar qurumun  korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətinin daha səmərəli qurmasına şərait yaradacaqdır.

Sual: Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin  fəaliyyəti barədə nə deyə bilərsiniz?

Cavab: Azərbaycan Respublikasının BMT-nin “Korrupsiya əleyhinə” Konvensiyasına qoşulması ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərə müvafiq olaraq 2004-cü ildən yaradılan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi fəaliyyətə başladığı andan mütəşəkkil cinayətklarlığın ən təhlükəli təzahürlərindən bu sosial hadisəyə qarşı kəskin və barışmaz mövqeyini nümayiş etdirməkdədir. Korrupsiyaya  qarşı mübarizə sahəsində  dövlət siyasətinin formalaşdırılması funksiyasını yerinə yetirən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası ilə fəaliyyətini uğurla əlaqələndirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyətinin kəsərini ildən-ilə daha da artırmış, qurumun göstəriciləri və potensialı yüksələn xətlə inkişaf etmişdir. Korrupsiyaya məruz qalan sahələrin aşkar edilməsi, xarakterik korrupsiya hüquqpozmalarının müəyyən edilməsi,onları doğuran  səbəb və şəraitinin aradan qaldlrlması  və belə pozuntuların baş verməməsi üçün konkret təklifləri özündə əks etdirən  çoxsaylı preventiv təkliflər hazırlanaraq aidiyyatı üzrə təqdim edilmişdir. Korrupsiyaya qarşı mübarizədə vətəndaşlar üçün  ayrı-ayrı sahələr üzrə bələdçilər, maarifləndirmə nəşrləri hazırlanmışdır. Eyni zamanda müxtəlif kateqoriyadan olan korrupsiya cinayətlərinin istintaqına dair metodik tövsiyələr və müxtəlif kitablar buraxılmış, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən uğurlu siayəsti və onun nəticələrini əks etdirən və müxtəlif dillərdə hazırlanmış nəşrlərin beynəlxalq tədbirlərdə yayılması təmin edilmişdir. İstintaq olunan və tamamlanaraq məhkəməyə göndərilən işlərin sayı əhəmiyyətli dərəcədə artmış, vurulmuş ziyanın ödəmə məbləğində əhəmiyyətli artım müşaiyət olunmaqdadır. Artıq beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan modeli  müsbət qəbul edilməklə  bir nümunə kimi təqdim olunur.

Sual: Gözlənilən dəyişikliklərin zərurətivəKorrupsiyaya qarşı Mübarizə İdarəsinin gələcək fəaliyyət hədəfləri barədə fikirləriniz  maraqlı olardı.

Cavab:  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında, Azərbaycan Respublikası Prezidentinin  andiçmə mərasimində, Dünya Azərbaycanlılarının  Həmrəylik günü və yeni il münasibətilə  Azərbaycan xalqına təbrikində, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları və cəmiyyət üçün bir sıra mühüm tapşırıqlar vermişdir. Cənab Prezident cəmiyyəti ən çox narahat edən bu sosial bəla ilə  işin 2013-cü ildə daha da böyük miqyasda getdiyini, bu istiqamətdə siyasi iradə olduğunu bir daha qeyd edərək həm inzibati, həm də qabaqlayıcı tədbirləri vacibliyini vurğulamış, cəmiyyətin səyləri və dövlət siyasəti sayəsində  korrupsiyaya qarşı daha ciddi mübarizə aparılacağını bəyan etmişdir.

Son 10 ildə  həyata keçirilən  müasirləşmə strategiyası  və uğurlu  sosial-iqtisadi siyasət  nəticəsində ölkədə yüksək iqtisadi  artım dinamikası formalaşmışdır. Dayanıqlı inkişafa yönlmiş yeni strateji vəzifələrin həyata keçirildiyi respublikamızda korrupsiyaya qarşı mübarizə üsullarının daha da təkmilləşdirilməsi zərurəti yaranmışdır. Bu baxımdan korrupsiyaya qarşı mübarizənin kəsərinin daha da artırılması barədə Dövlət başçısının tapşırıqlarının daha müfəffəqiyyətlə icrası üçün korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurum olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin statusu və səlahiyyətləri ilə bağlı dəyişikliklər zamanın tələbidir.

Qarşıda duran vəzifələrin uğurla həyata keçrilməsi üçün  cinayət işlərinin istintaqının keyfiyyətinin yüksəldilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində profilaktik işin, xüsusilə də qabaqlayıcı tədbirlərin gücləndirilməsi, əməliyyat-axtarış fəaliyətinin daha səmərəli həyata keçirilməsi, antikorrupsiya mühütinin daha da yaxşılaşdırılması, vətəndaşlarda korrupsiyaya qarşı dözümsüzlük iradəsinin formalaşdırılması idarənin əsas hədəfləri sırasındadır.

Azərbaycan prokuroluğunun kollektivi göstərilən yüksək etimadı uca tutaraq  Dövlət başçısının siyasi iradəsinə  uyğun olaraq bundan sonra da korrupsiyaya qarşı mübarizə sahəsində qətiyyətli mübarizə tədbirlərinin təmin olunmasını təmin edəcəkdir.