Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2010-09-07
Azərbaycan xalqını xoşbəxtliyə çatdıran Heydər Əliyev idealları əbədidir

Azərbaycan xalqını xoşbəxtliyə çatdıran Heydər Əliyev idealları əbədidir

 

Fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüş ümummilli liderimiz Heydər Əliyev bəşər tarixində hər hansı bir dövlətin başçısının öz ölkəsi üçün edə bilmədklərini Azəbaycan üçün reallığa çevirmişdir...

 

Rusiya imperiyasının dağılması prosesindən istifadə edən demokratik qüvvələr Azərbaycan Xalq Cümhuriyyətini qurmaqla, xalqımızın uzun illər boyu həsrətində olduğu dövlət müstəqilliyini əldə etdilər. Lakin şəraitin Azərbaycan xalqına ərməüan etdiyi müstəqillik kimi ən dəyərli, ən ülvi, ən müqəddəs bir nemət Cümhuriyyət hökumətinin təcrübəsizliyi, rəhbər işçilərin səriştəsizliyi nəticəsində 23 aydan sonra könüllü surətdə Sovetlər imperiyasının ayaqları altına atıldı...

 

Tarix geri dönmür, ancaq təkrar olunur. Bəli, Azərbaycan Demokratik Respublikasının yaradıldığı tarixi şərait bir qədər başqa məzmunda, lakin daha əlverişli formada təkrarlandı: SSRİ-nin dağılmasının nəticəsi olaraq, digər müttəfiq respublikalarla yanaşı Azərbaycan da öz müstəqilliyini elan etdi: 1991-ci il oktyabrın 18-də «Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı»nı qəbul etməklə, müstəqilliyini elan və həm də bərpa etdi. Bu aktla, Azərbaycan xalqı imperiya zəncirindən rəsmən azad olsa da və ürəyində həmişə yaşatdığı, həsrətini çəkdiyi azadlıq ideallarına qovuşsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması Dahi Rəhbərimiz Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşmışdır. Belə ki, 1991-1992-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranmış vəziyyət, müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək, cinayətkarcasına səhlənkarlıq nümayiş etdirərək, fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıtdılar. Anarxiya və hər cür qanunsuzluqlar dövrü hesab edilən 1991-1993-cü illər ərzində Azərbaycan dövlətçiliyi ciddi təhlükələrə məruz qaldı. Öz xalqına qarşı ağır cinayətlər törətmiş Vəzirov və Mütəllibovun xəyanətkar əməlləri, özbaşınalığa rəvac vermiş AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti nəticəsində, əvvəllər yaradılmış qüdrətli iqtisadi potensial, demək olar ki, tam dağıdıldı, Milli sərvətlərimiz talan edildi. Həmin dövrdə qanunsuz silahlı dəstələrin yaradılmasına rəvac verildi ki, bu da separatizm meyllərinin güclənməsinə əlverişli şərait yaradırdı. Cəmiyyətdə cəzasızlıq şəraitində cinayətkarlıq görünməmiş bir həddə çatdı: vətəndaşlar öz adicə hüquqlarını qoruya bilmirdilər. Hakimiyyət uğrunda gedən çəkişmələr ona gətirib çıxartdı ki, torpaqlarımızın böyük bir hissəsi, demək olar ki, ermənilərə müharibəsiz təhvil verildi. Bir milyondan artıq soydaşlarımız öz doğma yurdlarından didərgin düşdü. Nəticədə, Azərbaycanın yenicə əldə edilmiş dövlət müstəqilliyi, ökəmizin ərazi bütövlüyü böyük təhlükə ilə üzləşdi.

 

Xalqımız üçün, onun müstəqilliyi yenicə bərpa olunmuş gənc respublikası üçün ağır bir vaxtda böyük də - kiçik də, qulluqçu da - fəhlə də, ziyalı da - savadsız da, vəzifəli də - vəzifəsiz də, iqtidar da - müxalifət də yekdil bir qərara gəldi: ölkəni fəlakətdən, yaranmış bu ağır vəziyyətdən ancaq Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin qətiyyəti və iradəsi xilas edə bilər, məhz onun ən çətin şəraitdə düzgün olan yeganə yolu seçmək bacarığı nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtula, müstəqil dövlətçiliyini qoruyub saxlaya bilər. 1993-cü il iyunun 15-də ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gələrək müstəqilliyimizin müqəddəratında çox əhəmiyyətli rol oynadığına görə, həmin gün xalqın tələbi ilə Milli Bayram kimi qeyd olunur.

 

 

 

Ölkədə ictimai-siyasi sabitliyə  nail  olunması ən  mühüm  qələbələrdəndir

 

Vətənə, xalqa məhəbbətin mahiyyəti aldadıcı təsəvvürdən başqa bir şey olmayan, bütün proseslərə, o cümlədən xalq üçün ən qiymətli nemət olan dövlət müstəqilliyinin qorunmasına şəxsi mənfəət prizmasından baxan AXC-Müsavat cütlüyünün hakimiyyəti ələ keçirmiş vəzifəli şəxsləri həm iqtisadi siyasi, həm də sosial-mədəni sahələrdə respublikanı tənəzzülə uğratmışdılar: ölkədəki vəziyyətə nəzarət edə bilməyən səlahiyyətli şəxslərin fəaliyyətsizliyi ucbatından kriminogen durum günü-gündən pisləşir, cinayətkarlıq baş alıb gedirdi; qanunun tələbləri, səlahiyyətli vəzifəli şəxslərin əmr və sərəncamları, göstərişləri icra olunmur, hər kəs öz bildiyini edirdi; xalqın iqtisadi vəziyyəti getdikcə ağırlaşırdı; ərzaq məhsullarının qiyməti, demək olar ki, hər gün bahalaşırdı, çörək isə qıtlaşmışdı - adambaşına verilən normanı almaq üçün gecədən növbə tutulmalı idi;idarəçilik qurumları arasında qarşılıqlı əlaqə qeyri-normal vəziyyətdə idi; vəzifədə olanlar özləri üçün silahlı dəstələr saxlayırdılar; istehsal dayanmış, ölkəni iqtisadi böhran bürümüşdü; siyasi qurumlar arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi, milli maraqlara xəyanət etmiş Mütəllibov rejimi, ondan səriştəsizlik estafetini qamarlamış AXC-Müsavat cütlüyü müstəqilliyimizi süquta sürükləyirdi. İctimai-siyasi proseslər nəzarətdən çıxmış, dövlətçilik üçün real təhlükə yaradan qanunsuz silahlı dəstələrin törətdiyi özbaşınalıqların həddi-hüdudu yox idi. Dövlət müstəqilliyi şəxsi ambisiyalara qurban verilir, dövlət, millət və xalq faktiki olaraq parçalanır, vətəndaş müharibəsi reallığa çevrilirdi.

 

Bütün bu proseslərin Ermənistanın hərbi təcavüzü, ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğal olunması, rayonların düşmən tərəfə könüllü, döyüşsüz təhvil verilməsi ilə müşaiyət olunduğunu, bir tərəfdən Surət Hüseynovun, digər tərəfdən Əlikram Hümbətovun dəstələrinin baş qaldırdığını nəzərə alsaq, yaranmış vəziyyətin ciddiliyi, müstəqilliyin itirilməsinin reallığı məlum olar.

 

Xaricdən erməni işğalçıları və onları dəstəkləyən qüvvələr, daxildən isə idarəçilik təcrübəsi olmayan, tabelikdə olanlarla davranmağı bacarmayan səriştəsiz AXC rəhbərlərinin ölkədə yaranmasına səbəb olduqları qarşıdurma, anarxiya Azərbaycan Respublikasının bir dövlət kimi xəritədən silinməsini şərtləndirirdi.

 

Xalqın israrlı tələbi ilə Bakıya gələn Böyük Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını aldı, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələr xalqın dəstəyi ilə zərərsizləşdirildi.

 

Ömummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və Böyük Xilaskarımızın Bakıya gəlməsindən bir neçə ay sonra vəziyyətin sabitləşməsi, daha ağır nəticələrin qarşısının alınması mümkün oldu: millət və dövlət dəhşətli bəladan qurtuldu.

 

 

 

Cinayətkarlıqla qətiyyətli mübarizə müsbət dəyişiklikləri  şərtləndirir

 
 

Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» 09 avqust 1994-cü il tarixli Fərmanı ilə cinayətkarlığa qarşı barışmaz mübarizə elan edilməklə, bütün hüquq-mühafizə orqanlarının işinin yeni müstəvidə qurulmasına təkan verilmişdir.

 

Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından ağır dövləti cinayətlərdə ittiham olunan Rəhim Qazıyev, Əlikram Hümbətov və qeyrilərinin qaçırılması, 29 sentyabr 1994-cü ildə Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov və Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun xüsusi qəddarlıq və vəhşiliklə öldürülməsi, 2 oktyabr 1994-cü ildə Azərbaycan Respublikası prokurorluğuna quldurcasına basqın törədilməsi, ümumi cinayətkar planın tərkib hissələri idi.

 

Hakimiyyəti, nəyin bahasına olursa olsun, qeyri-konstitusion yolla ələ almaq kimi cinayətkar niyyətlərini həyata keçirməyi qarşılarına məqsəd qoyan Surət Hüseynov, Rövşən və Mahir Cavadov qardaşlarının rəhbərliyi altında 1994-cü ilin oktyabr ayında Azərbaycanda dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə cəhd göstərildi.

 

Dövlət başçısının fiziki cəhətdən məhv edilməsi məqsədilə, Rövşən və Mahir Cavadov qardaşlarının birbaşa göstərişinə əsasən, 1994-cü ilin dekabr ayında Elçin Əmiraslanov və Əliyusif Tahirovun başçılıq etdiyi cinayətkar dəstə tərəfindən Sabunçu rayonu ərazisində körpünün altına içərisində partlayıcı maddələr doldurulmuş iki ədəd qurğu quraşdırılmaqla, xarici səfərdən qayıdan Ölkə Prezidentinin olduğu avtomobilin keçəcəyi anda körpünü partlatmağa cəhd göstərildi.

 

Xarici ölkələrdə olan himayədarlarının və hakimiyyətə gəlmək naminə düşmənlə də ittifaqa girməyə hazır olan müxalifət qüvvələrinin köməyi ilə, 1995-ci ilin mart ayında, Mahir və Rövşən Cavadov qardaşlarının başçılığı altında Azərbaycanda dövlət hakimiyyətini ələ keçirməyə növbəti silahlı cəhd edildi.

 

Öz xalqının mütləq dəstəyinə və etimadına arxalanan ümummilli liderimiz Heydər Əliyevin zamanın sınaqlarından çıxmış zəngin təcrübəsi və müdrikliyi, mübarizliyi və milli mənafelərə sadiqliyi sayəsində dövlətçiliyimiz əleyhinə yönəldilmiş bütün cinayətkar qəsdlərin qarşısı alınmaqla, Azərbaycanın müstəqil inkişafı yolunda olan bütün maneələrin aradan qaldırılması təmin edilmişdir.

 

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə Ayaz Mütəllibovların və Vaqif Hüseynovların, Mahir və Rövşən Cavadovların, Surət Hüseynovların, Əlikram Hümbətovların, Rəsul Quliyevlərin və onlara yarınmaq istəyənlərin cinayətləri tamamilə sübuta yetirilmiş, bir çoxları öz layiq olduqları cəzalarını almışlar: digərlərinin isə, qaçıb xarici ölkələrin ərazilərində gizlənmələrinə baxmayaraq, məsuliyyətdən yaxa qurtara bilməyəcəklər.

 

Cinayətkarlığa qarşı mübarizənin vəziyyəti çox yarıtmaz idi. Belə ki, hakimiyyətsizlik, anarxiya və cəzasızlıq şəraitində törədilmiş cinayətlərin sayı kəskin şəkildə artaraq, 1992-ci ildə ən yüksək nöqtəyə - 22 min 450-yə, o cümlədən ağır cinayətlərin sayı 6 minə çatmışdı. Həmin cinayətlərin açılması vəziyyəti də acınacaqlı olmuşdur: ümumi cinayətlərin 68,7 faizi, ağır cinayətlərin isə cəmi 57,9 faizi açılmışdı. Dünyanın ikinci elə bir ölkəsi və dövlət başçısı yoxdur ki, çoxsaylı terror aktları və cinayətkar qəsdlərə baxmayaraq, yalnız öz xalqının gücü ilə bu qədər çətinliklərin öhdəsindən gələ bilsin və öz ölkəsinin qurtuluşunu təmin etsin.

 

Tarix və qədirbilən Azərbaycan xalqı müstəqilliyimizin əleyhinə yönəldilmiş bu cinayətlərin əsil qiymətini vermişdir.

 

Lakin dövlətçiliyimizə zidd bu cinayətkar əməllərin miqyası nə qədər geniş olsa da, dahi rəhbərimiz Heydər Əliyevin gördüyü tədbirlərlə dövlətçiliyimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində ölkəmiz üçün taleyüklü məsələlərin hamısı həll olundu: qanunsuz silahlı dəstələr, terrorçu, təxribatçı qurumlar zərərsizləşdirildi, hərc-mərcliyə son qoyuldu, vətəndaş müharibəsinin qarşısı alındı, millətimiz parçalanmaqdan, ölkəmiz dağılmaqdan, torpaqlarımız itirilməkdən qurtuldu, geniş ordu quruculuğu işləri aparılaraq, Vətənimizi xarici təcavüzlərdən qorumağa qadir olan nizami ordu yaradıldı, ölkədə möhkəm ictimai-siyasi sabitlik, əmin-amanlıq yaradıldı.

 

 

 

İlk  milli  Konstitusiyanın qəbulu  hüquqi  dövlət quruculuğu  istiqamətində atılan  ilk  və  mühüm addımdır

 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğu inkişaf yolunu bəyan etsə də, bu məramın həyata keçirilməsi müstəqil Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Milli Konstitusiyanın qəbul olunması ilə reallaşdı.

 

Keçmiş SSRİ-nin dağılması prosesi ilə müşayiət olunan yeni Konstitusiya layihəsinin işlənib hazırlanması nə milli maraqları ayaqlar altına almış Mütəllibov hökuməti, nə də səriştəsiz AXC-Müsavat rejimi dövründə öz həllini tapmadı. Konstitusiyanın mahiyyətinə, onun müstəqilliyin möhkəmləndirilməsində, dövlətçiliyin inkişafında, ölkənin beynəlxalq nüfuzunun artmasında roluna və əhəmiyyətinə mövcud olan laqeyd münasibəti, xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışı ilə kökündən dəyişdirən ümummilli liderimiz Heydər Əliyev milli Konstitusiyanın layihəsinin hazırlanmasını gündəlik nəzarətdə saxladı. Layihəsi beynəlxalq ekspertlər tərəfindən demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə tam uyğun hesab edilən, mütərəqqi milli ənənələrimizə söykənən, bu günün reallıqlarını və dövlətin, cəmiyyətin inkişaf perspektivlərini böyük uzaqgörənliklə əks etdirən normaları tövsiyə və göstərişləri, diqqət və qayğısı ilə Konstitusiya layihəsinə daxil etdi.

 

Éeri gəlmişkən göstərək ki, respublikamıza başçılıq etmiş digərlərindən fərqli olaraq, dövlətin mahiyyətini, onun inkişaf problemlərini ən dərin incəliklərinə qədər bilən ulu öndərimiz Heydər Əliyevə sovetlərdən miras qalmış Konstitusiyanın mövcudluğu halında, idarəçilik rejiminin hüquqi dövlət səviyyəsinə yüksələ bilməyəcəyi və beləliklə, qarşıda duran vəzifələrin yerinə yetirilməsində Konstitusiyanın əngələ çevriləcəyi məlum idi. Buna görə də, o, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasına və qəbuluna çox ciddi problem kimi yanaşdı. Çünki Konstitusiyanın ictimai münasibətləri nizamlama keyfiyyəti və əhatəliliyi dövlət quruculuğunun inkişaf vəziyyətini, qəbul olunmuş qanunların reallığı əks etdirmə səviyyəsini və ictimai münasibətlərin nizamlanma tamlığını əks etdirir. Hər hansı sahəyə aid olan qanunlar Konstitusiyadan doğmalı, onun müddəalarını genişləndirməli, inkişaf etdirməlidirlər. Əvvəlki iqtidarların hamısı, keyfiyyətcə biri digərini inkar etsələr də, ayrı-ayrı sahələr üzrə qanunlar qəbul edildikdən sonra Konstitusiyanın hazırlanmasına başlanıla bilməsi kimi ümumi bir yanlış mövqedə dururdular. Buna görə də, onlar Konstitusiya layihəsini hazırlayan Komissiya yaratsalar da, Komissiyanın fəaliyyəti ilə maraqlanmamış, dövlət müstəqilliyinin hüquqi əsası olan bu işə ikinci dərəcəli məsələ kimi yanaşmışlar. Həmin illərin qanunvericilik fəaliyyətinin təhlili də buna dəlalət edir.

 

Siyasi-iqtisadi və sosial-mədəni sahələrdə olduğu kimi, qanunvericilik məsələlərinin həllində də zamanın nəbzini düzgün tutmağı bacaran ümummilli liderimiz Heydər Əliyev Konstitusiyanın müstəqil dövlət həyatında oynadığı rolu tam ciddiliyi ilə bilərək və onun inkişafa doğru yolda bir növ kompas olduğunu uzaqgörənliklə duyaraq, səlahiyyətli tərkibdə yeni Konstitusiya Komissiyası yaratmış, digər sahələr üzrə problemlər olduğuna, vaxt azlığına baxmayaraq layihənin müzakirəsində dəfələrlə iştirak etmiş və konkret göstərişlərini vermişdir. Hazırlanmış layihə 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda qəbul olundu və buna haqlı olaraq, el arasında «Heydər Əliyev Konstitusiyası»da deyilir.

 

Konstitusiyanın preambulasında qanunvericilik texnikasının fəndlərindən məharətlə istifadə olunaraq, Azərbaycan xalqının niyyətlərinin (Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşama və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək) bəyan edilməsi xalqımızı, dövlətimizi, millətimizi beynəlxalq aləmdə məqsədi, amalı yüksək və ali olanların sırasına daxil etdi. Bu, ulu öndərimizin peşəkar və mahir siyasətçi üçün səciyyəvi olan zəkasının məhsulu idi.

 

Qurulmasına çalışdığımız hüquqi dövlətin əsrlərin sınağından keçərək yetkinləşmiş belə bir tərifi vardır ki, demokratik cəmiyyətə xas olan prinsipləri təsbit, təmin və müdafiə edən dövlət hüquqidir. Demokratik cəmiyyətin prinsiplərindən olan hakimiyyət bölgüsünün, qanunun aliliyinin, qanunçuluğun təmininin Konstitusiyada öz əksini tapması, insanların əsas hüquq və azadlıqlarına bütöv bir bölmənin (ikinci bölmənin) - bütün müddəalarının üçdə bir hissəsindən çoxunun həsr olunması, onların həyatiliyinə möhkəm təminat verilməsi, müstəqilliyimizin genişlənməsi, sivil dövlətlər tərəfindən tanınması istiqamətində dahi Prezidentimizin çox möhtəşəm gedişlərindən olmaqla, Konstitusiya, dövlət quruculuğu sahəsində xalqımıza, millətimizə Prezidentimizin ən böyük töhfələrindəndir.

 

Konstitusiyanın qəbulundan sonra qanunvericilik sahəsində nizamlılıq, fəallıq duyulmaqdadır. Keçmiş Konstitusiya reallığı əks etdirə bilmədiyindən, o, qanunların qəbuluna istiqamət verilməsində onlar üçün mənbə rolunu oynaya bilmirdi. Bu səbəbdən də, əvvəllər qəbul edilən qanunların bir-birini təkrarlaması, eyni ictimai münasibəti ziddiyyətli formada nizamlaması, reallığı düzgün əks etdirə bilməməsi adi hala çevrilmişdi. Məhz yeni Konstitusiyamızın müddəalarına uyğun olaraq, demokratik cəmiyyətin bərqərar olduğu sivil dövlətlər səviyyəsində normaların işlənib hazırlanmasının, qəbul edilməsinin əsası qoyuldu.

 

Konstitusiyanın müddəalarına uyğun olaraq: demokratik yolla prezident, parlament və bələdiyyə seçkiləri keçirildi; qanunvericilik sahəsində aparılan əsaslı hüquqi islahatlar nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində başlanılmış cinayət işinin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquqi müdafiəyə təminat almışdır; ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və vicdan azadlığı, azlıqların hüququ, qanun qarşısında bərabərlik və təqsirsizlik prezumpsiyası təmin edilir. İnsan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan ölüm cəzasının tətbiqi, hansı dəlillərlə əsaslandırılmasından asılı olmayaraq, demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirilsə də, 1992-ci ildə müstəqillik və demokratiya şüarları ilə hakimiyyətə gələn AXC-Müsavat liderləri totalitar rejimlərə xas olan antihumanist, qeyri-insani qanunların icrasını davam etdirirdilər. Ólu öndərimiz Heydər Əliyev isə, faktik olaraq hakimiyyətə yenidən qayıtdıqdan sonra 1993-cü ilin iyunundan ölüm cəzasının icrasına moratorium qoymuş, sonra isə 1998-ci il 10 fevral tarixli qanunla bu cəza növünü Şərqdə ilk olaraq ləüv etmişdir. Bunun Konstitusiyada əksini tapması Avropa dəyərləri baxımından çox əhəmiyyətlidir.

 

Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, xalq hakimiyyəti və dövlətin əsasları, dövlət hakimiyyətinin qolları, yerli özünüidarəetmə orqanları, hüquq və qanun ilə əlaqədar olan ictimai münasibətlərin nizamlanması da əhatəli şəkildə təsbit edilmişdir ki, bu da ölkəmizin Əsas Qanununun demokratik prinsiplərin daşıyıcısı olan beynəlxalq aktlar sırasına daxil olmasına imkan verir.

 

 

 

Müstəqilliyi, ərazi bütövlüyünü qorumaq, ictimai-siyasi sabitliyə nail olmaq üçün qüdrətli ordunun formalaşdırılması ən zəruri məsələ idi

 
 

Ólu öndərimiz Heydər Əliyevin səyi ilə Milli Îrdumuzun formalaşması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada yaranan tarazlıqdan sonra 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma əldə olundu, beş ildən artıq bir müddət ərzində davam etmiş hərbi əməliyyatlar dayandırıldı, münaqişənin dinc yolla aradan qaldırılması üçün ilkin şərait yaradıldı, torpaqlarımızı işğaldan azad və ölkəmizi düşmənlərdən müdafiə etmək qabiliyyətinə malik ordu quruculuğu işinə başlandı. Respublikamıza ümummilli liderimizin ilk rəhbərliyi illərində özünün təşəbbüsü ilə yaradılan Naxçıvanski adına İxtisaslaşdırılmış Îrta Hərbi Məktəb Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Milli hərbi kadrlarının hazırlanmasında əhəmiyyətli rol oynadı. Ali Hərbi Dənizçilik Məktəbi və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi də təhsil səviyyəsini dünya standartları səviyyəsinə çatdırmış, hərb elminin incəliklərinə bələd məzunlar ilə Milli Îrdumuzun kadr potensialını gücləndirmişlər. SSRİ məkanında dahi rəhbərimiz Heydər Əliyevin təşəbbüsü ilə hər il 140-dan artıq hərbi məktəbə təhsil almaları üçün azərbaycanlı gənclərin göndərilməsi, habelə Heydər Əliyevin dəstəyi ilə Hərbi Akademiyanın işə başlaması ordumuzun getdikcə güclənməsinə, peşəkarlıq səviyyəsinin daha da yüksəlməsinə qüvvətli təkan olmuşdur.

 

Müstəqilliyimizin ilk illərində ordu quruculuğu sahəsində səriştəsizlikdən doğan ciddi səhvlərə yol verilməsinə, bu işə gec başlanılmasına baxmayaraq, son illərdə görülən işlər Azərbaycanda mütəşəkkil, nizami, qüdrətli Silahlı Qüvvələr yaradılmasına imkan vermişdir ki, bu da respublikamızın müstəqillik qazandığı dövrdə ən mühüm nailiyyətlərdəndir. Hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması da daim ümummilli liderimizin nəzarətində olmuşdur: aparılan islahatlar, görülən təşkilati tədbirlər, maddi-texniki təchizat məsələlərinin zəruri olan səviyyədə çevik həlli əsgər və zabitlərimizin döyüş ruhunu yüksəltmiş, Vətəni qorumaq məsuliyyətini, torpaqlarımızı işğalçılardan təmizləmək qabiliyyətini gücləndirmişdir. Îrduda aparılan tərbiyəvi işlərin nəticəsi olaraq, hər bir vətəndaş Silahlı Qüvvələr sırasında xidmət etməyi şərəfli iş saymaqla, bundan qürur duyur. Îrdu və onun ətrafında yaradılmış sağlam şərait hərbi xidmətin dövlətimiz və xalqımız tərəfindən çox yüksək dəyərləndirilməsini şərtləndirir. BMT-nin qəbul etdiyi qərar əsasında Beynəlxalq Təhlükəsizliyə Éardım Qüvvələrinin tərkibinə əsgər və zabitlərimizin də daxil edilməsi Azərbaycan Îrdusunun yüksələn nüfuzunun təzahürüdür. Azərbaycan Îrdusu qüdrətli və yenilməz olmuşdur.

 

 

 

Azərbaycanda  demokratik inkişaf  prosesi  dönməz xarakter  alır

 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət başçısı kürsüsünün sahibləri baş verən hadisələri düzgün qiymətləndirmək iqtidarında olmayaraq müstəqilliyimizin əbədiliyinə, dönməzliyinə, möhkəmləndirilməsinə təminat verəcək ən mühüm bir fəaliyyətlə - Avropa Şurasına daxil olmaq istiqamətində iş aparmaq barədə nəinki düşünürdülər, hətta bu barədə heç fikirləşmək belə istəmirdilər. Dahi Rəhbərimiz Heydər Əliyev isə, hakimiyyətə gəldiyi ilk gündən əsas diqqətini həm də Avropa Şurasına qəbul olunma istiqamətində fəaliyyətə yönəltdi,bu işi canlandırdı.

 

Siyasi-iqtisadi və sosial mədəni həyatın bütün sahələrində Avropa Şurasının tələbi baxımından dəyişikliklərə zəmin yaradıldı. Görülən çoxşaxəli işlər qısa müddət ərzində öz bəhrəsini verdi. 1996-cı ilin iyununda Azərbaycana Avropa Şurasında «xüsusi qonaq» statusu verildi. «Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 20 yanvar tarixli sərəncamı, «Birləşmiş Millətlər Təşkilatının Ömumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında» 1998-ci il 16 aprel tarixli sərəncamı, «İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramının təsdiq edilməsi haqqında» 1998-ci il 18 iyun tarixli sərəncamı Azərbaycanın bu yolla inamlı irəliləyişi idi. Bu istiqamətdə daha sonra insan hüquqlarının qorunmasının təkmilləşdirilməsinə dair dövlət proqramı həyata keçirilmiş, qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti və kütləvi informasiya vasitələrinin azadlığı təmin olunmuş, senzura götürülmüş, iqtisadiyyatda tənəzzül aradan qaldırılmış, iqtisadi fəaliyyətin liberallaşdırılmasına, inhisarçılığa son qoyulmasına və özəl sektorun inkişafına rəvac verilmiş, özəlləşdirmə prosesi davam etdirilmiş, torpaq islahatı aparılmış, investisiya prosesinin canlanması üçün əlverişli şərait yaradılmış, bir çox dövlətlərlə əməkdaşlıq şəraitində Böyük İpək Éolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına nəql edilməsi layihələrinin həyata keçirilməsi sahəsində mühüm nailiyyətlər əldə edilmiş, Avropa Birliyi ilə, Avropanın iqtisadi strukturları ilə əməkdaşlıq fəallaşdırılmışdır.

 

Dahi Rəhbərimiz Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində nail olduğumuz bu nəticələr Azərbaycanın demokratik inkişaf prosesinə dönməz xarakter vermiş, azadlığın və qanunçuluğun möhkəm təminatını yaratmış və 2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurası üzvlüyünə qəbul olunmasını şərtləndirmişdir.

 

Müstəqilliyimizdən ötən müddət ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunun təhlili göstərmişdir ki, artıq Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulmuş, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılmışdır. Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşmışdır. Sosial-iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan dövlətçiliyi möhkəmlənməkdə, gündən-günə güclənməkdədir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət artıq qurulmuşdur. Ölkəmiz intensiv inkişaf dövrünü yaşayır.

 

Dahi Rəhbərimiz Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə görülən işlər, əldə olunan nəticələr müstəqilliyimizin dönməz, sarsılmaz və əbədi olacağına dəlalət edir. Bu, Azərbaycan xalqının ən müqəddəs arzusudur.

 

 

 

 

 

İnkişaf  hüquqi  dövlət quruculuğunun  tələbidir

 
 

Respublikamızda hüquqi islahatların, o cümlədən məhəkəmə-hüquq islahatlarının ardıcıl olaraq həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə, 1996-cı ildə Dahi Rəhbərimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Hüquqi İslahatlar Komissiyası, 1998-ci ildə isə Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üçün Dövlət Komissiyası yaradıldı.

 

Məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi qanunun aliliyinin təmin olunmasını, beynəlxalq hüquq normalarının qəbul edilməsini, beynəlxalq təşkilatların təkliflərinin milli qanunvericilikdə nəzərə alınmasını; hakimiyyətin digər qolları arasındakı mübahisələrin həllində məhkəmənin arbitr rolu oynamasını; hüquq-mühafizə orqanlarının statusunun müəyyən olunmasını, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin təşkilini, hakimlərin şəffaf prosedurlar əsasında seçilib təyin edilməsini, hakimlərin müstəqilliyini və ancaq qanun əsasında fəaliyyət göstərmələrini nəzərdə tutur ki, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi və göstərişi ilə qısa zaman kəsiyində bu vəzifələr uğurla həyata keçirildi. Hüquqi İslahatlar Komissiyası tərəfindən hazırlanmış «Konstitusiya Məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Prokurorluq haqqında» qanunların, demokratik cəmiyyətin tələblərinə cavab verən, beynəlxalq standartlara uyğun yeni məcəllələrin və digər qanunların, normativ hüquqi aktların qəbulu hüquqi islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində böyük rol oynamışdır. Dahi rəhbərimiz Heydər Əliyevin «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə» 1 dekabr 1998-ci il tarixli fərmanı və həmin fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında «Məhkəmə-hüquq Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi, 24 dekabr 1998-ci il tarixli sərəncamı ilə Məhkəmə-hüquq Şurasının tərkibinin müəyyənləşdirilməsi, Azərbaycan Respublikasında hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları»nın qəbul edilməsi məhkəmə sistemində islahatların keçirilməsini gerçəkləşdirdi.

 

Məhz ümummilli liderimiz Heydər Əliyevin birbaşa rəhbərliyi və tövsiyələri ilə hazırlanan bu sənədlər hakim vəzifəsinə namizədlərin beynəlxalq tələblərə uyğun şəffaf üsullarla seçilməsinin, hakimliyə namizədlərin ümumi dünyagörüşünün, işə hazırlığının və bilik səviyyəsinin bu vəzifəyə layiq və yararlı olmasının müəyyənləşdirilməsinin üsul və metodlarını tənzimləməklə, hakimliyə namizədlər sırasına kiminsə qeyri-qanuni yolla düşməsini istisna edir.

 

Əlbəttə, belə məhkəmə sistemini yaratmaq şərəfli işdir və hər bir ölkəyə nəsib olmur. Ölkəmizdə isə bu sahədə qazanılan uğurlar göz qabağındadır. Bu uğurlar respublikamızın beynəlxalq nüfuzunu dəfələrlə artırmış, ona demokratik dövlət imicini qazandırmış, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə, pozulmuş hüquqlarının bərpasına möhkəm təminat yaratmışdır. Dahi rəhbərimiz Heydər Əliyevin birbaşa rəhbərliyi ilə reallaşması mümkün olmuş bu islahatların bəhrəsindən xalqımız həmişə faydalanacaqdır. Elə Heydər Əliyev dühasının səciyyəviliyi də onun əbədiliyində, dövlətə, xalqa, cəmiyyətə yararlılığının daimiliyindədir. Əsası dahi rəhbərimiz Heydər Əliyev tərəfindən qoyulan üçpilləli məhkəmə sisteminin fəaliyyəti ilə ədalət mühakiməsinin beynəlxalq standartlara uyğun səviyyədə və milli dəyərlərimizin tələbi nəzərə alınmaqla həyata keçirilməsi böyük nailiyyətdir və bu, hamımızı sevindirir. Ədalət mühakiməsinə inamın durmadan artması bu təsisatın daimiliyindən xəbər verməklə, Heydər Əliyev zəkasının açdığı yolun həmişə işıqlı, özü də gur işıqlı olacağını bildirir. Bu işıq, bu ziya xalqımızın yüksək zirvələrə doğru inkişafında çox etibarlı amil olmaqla, gələcəyə xalqın inam hissini də artırmaqdadır.

 

 

 

Prokurorluğun  uğurları Heydər  Əliyev  qayğısının nəticəsidir

 

Dahi rəhbərimiz Heydər Əliyevin 1998-ci il noyabrın 28-də «Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda prokurorluq orqanlarına verdiyi yüksək qiymətin təzahürü olan: «Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram» kəlamları hər yerdə və hər zaman ruh mənbəyimiz olmuşdur. Ömummilli liderimizin prokurorluq orqanlarının qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələrimizi əks etdirən: «Azərbaycan Prokurorluğunda sağlam mənəvi mühit yaratmaq lazımdır. Saülam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələbimiz isə qanundur, qanunun aliliyidir. Mənəviyyatın da hamısı qanunun içərisindədir» tövsiyəsi hər bir prokuror işçisinin insanlarla qarşılıqlı münasibətləri və davranışı üçün zəruri olan keyfiyyətləri ifadə edir.

 

Bir əsrə yaxın ötən müddət ərzində dövlətin ən etibarlı dayağı kimi fəaliyyət göstərsə də, digər sahələrdən fərqli olaraq, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə heç bir təşəbbüs göstərilməmişdir. Lakin 10 il öncə, dövlət başçımızın 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, tarixi reallığın bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, hüquqi dövlət quruculuğu inkişaf yolu seçmiş ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür.

 

Müstəqil dövlətlər birliyinin əhatələdiyi ölkələr içərisində, Rusiya Federasiyası da daxil olmaqla, prokurorluğun peşə bayramı gününün təsis edildiyi ilk ölkənin Azərbaycan olduğunu nəzərə alsaq, ulu öndərimizin dövlətçiliyin dayağı olan prokurorluğa doğma münasibətinin səviyyəsi bizi həddindən artıq fərəhləndirir.

 

Lakin prokurorluğun keçmiş rəhbərliyi bu yüksək etimadı doğrulda bilməmiş, daxili çəkişmələrə uyaraq, qeyri-sağlam iş şəraitinin yaranmasına rəvac vermişdir. Ayrı-ayrı prokurorluq işçilərinin vəzifələrindən sui-istifadə etmələri, qanun pozuntularına imkan yaratmaları, istintaq zamanı subyektiv meyarlara üstünlük vermələri prokurorluğun illər uzunu qazanılmış nüfuzuna ciddi xələl gətirirdi. Baş Prokurorluqda yaranmış cəzasızlıq şəraiti o dərəcəyə gəlib çatmışdı ki, ölkə prezidentinin şəxsi nəzarətində olan cinayət işləri üzrə də qanunun tələbləri kobud surətdə pozulur, təqsirli şəxslərin məsuliyyətdən kənarlaşdırılması, günahsız şəxslərin subyektiv meyarlar əsasında cinayət məsuliyyətinə cəlb olunaraq məhkum edilmələrinə yol verilirdi.

 

Prokurorluqda yaranmış böhranlı vəziyyətlə əlaqədar ulu öndərimiz 2000-ci il aprelin 26-da respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüş keçirərək, öz nitqində, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində prokurorluğun fəaliyyətini yüksək qiymətləndirmiş, onun totalitar rejimin dayağından, hüquqi dövlət quruculuğu mexanizminin tərkib hissəsinə çevrilməsini əlamətdar hadisə kimi səciyyələndirmiş və eyni zamanda, prokurorluq orqanlarında kadrların seçilib yerləşdirilməsi işinin tələb olunan səviyyədə qurulmadığını, cinayət işlərinin istintaqı zamanı hələ də qanun pozuntularına yol verildiyini vurğulamışdır. Son illərin dövlət çevrilişi cəhdlərinin qarşısının alınması, xarici ölkələrdə gizlənən cinayətkarların axtarılıb tapılması və Azərbaycan Respublikasına gətirilməsi üçün prokurorluq orqanlarının həqiqətən də xeyli iş gördüklərini nəzərə çarpdıran dahi rəhbərimiz, xüsusi qeyd etmişdir ki, bununla bərabər, prokurorluğun fəaliyyətində ciddi qanun pozuntuları və nöqsanlara, istintaq zamanı qanunsuz hərəkətlərə və ədalətsiz qərarlar qəbul olunmasına rast gəlinir. Azərbaycan Respublikasında qanunçuluğun təmini şərti ilə cinayətkarlıqla mübarizə gücləndirilməli, hər bir məsələnin araşdırılmasında ədalət prinsipi rəhbər tutulmalıdır. Azərbaycan bütün dünyaya xalqın mütləq əksəriyyətinin maraqlarına cavab verən hüquqi dövlət quruculuğu inkişaf yolu seçdiyini bəyan etdiyi üçün fəaliyyətimiz heç bir zaman hüquq normaları çərçivəsindən kənara çıxmamalı, məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilən islahatlar vətəndaşların hüquqlarının qorunmasını, cinayətkarlıqla mübarizənin səmərəsinin artırılmasını, hüquq-mühafizə orqanlarında xidmətin saf mənəviyyat əsasında qurulmasını təmin etməlidir.

 

Beləliklə, ümummilli liderimiz Heydər Əliyev 2000-ci il 26 aprel tarixli nitqində prokurorluğun çoxşaxəli fəaliyyətini bütün təfərrüatı ilə təhlil edərək,onları doğuran səbəbləri və aradan qaldırılması yollarını, islahatların keçirilməsi və onun məqsədlərini göstərmiş prokurorluq işçisinə zəruri olan keyfiyyətləri açıqlamışdır. Həmin tarixi gündən başlayaraq, prokurorluğun rəhbərliyi bu tövsiyələri həyata keçirmək üçün ixtiyarlarında olan bütün imkanlardan var qüvvə ilə istifadə edir.

 

Azərbaycan Prokurorluğu mövcudluğu tarixində ilk dəfə olaraq, fəaliyyətini tam əhatə edən, incəliklərinə qədər nizama salan normativ hüquqi baza əsasında işləyir ki, bu da onun demokratik dəyərlərə uyğunluğunun, fəaliyyətinin müvəffəqiyyətli olmasının qarantıdır. Struktur dəyişiklikləri, vəzifə və səlahiyyət yeniləşmələri nəticəsində prokurorluğun insan və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən bir orqana çevrilməsi artıq reallıqdır.

 

Baş Prokurorluğun rəhbərliyi Prokurorluğun mənəviyyatca saflaşdırılması istiqamətindəki fəaliyyətində öz davranış və əxlaqi keyfiyyətləri ilə prokurorluğa yadlaşmış, dövlətin və xalqın göstərdiyi etimaddan, tutduğu yüksək vəzifədən şəxsi mənafe üçün istifadə edənlərə qarşı kəskin mövqe tutmaqla yanaşı, xidməti vəzifəsinin icrasına məsuliyyətlə yanaşan, ona göstərilən etimadın ağırlığını başa düşən, xalqına, dövlətinə sədaqətlə qulluq edən şəxslərin əməyini yüksək qiymətləndirir. Ónudulmaz rəhbərimiz Heydər Əliyev prokurorluq orqanlarının gələcəyinə təminatın möhkəm olmasına xüsusi qayğı göstərərək, kadr potensialının gücləndirilməsi və mənəviyyatca saflaşdırılması prosesinin fasiləsizliyi məqsədilə təsdiq etdiyi normativ sənədlərlə prokurorluğa mənəvi cəhətdən saf, nəzəri hazırlıqlı, əhatəli, dünyagörüşlü şəxslərin tam aşkarlıq şəraitində, şəffaf prosedurlarla qəbulunun əsasını qoymuşdur ki, bu da böyük nailiyyətdir.

 

Prokurorluqda çalışan kadrların nəzəri hazırlığını və peşəkarlıq səviyyəsini real şəraitlə vəhdətdə qiymətləndirsək, belə bir obyektiv nəticəyə gələ bilərik ki, prokurorluq həmişə ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolla uğurla addımlayacaq, onun etimadını doğruldacaq.

 

 

 

 

 

Möhtərəm  Prezidentimiz cənab  İlham  Əliyev Azərbaycanın  hər  bir  vətəndaşının  yaxşı prezidentidir

 

Vətənimizin hər bir sakininə, ölkəmizin hüdudlarından kənarda isə, çoxlarına məlumdur ki, Azərbaycanın mövcudluğu tarixində xalqımızın birləşməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi, insanların rifahınn yaxşılaşdırılması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparan və uğurlu, dayanıqlı nəticələrə nail olan Azərbaycanın Milli qürurunu özünə qaytaran, dövlətimizi öz tükənməz sərvətlərinin sahibi edən ən müdrik və ən cəsarətli rəhbər ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə, Azərbaycan xalqının müdriklik, mərdlik və cəsarət simvolu Heydər Əliyev kursunun layiqli davamçısı olmaqla, respublikamızın siyasi hakimiyyətinə rəhbər seçilməyi ilə xalqı gələcəyə inamlı etdi; müstəqilliyimizin əbədiliyinin, dövlətçiliyimizin inkişaf səviyyəsinin və beynəlxalq nüfuzunun daim artmasının, xalqın rifah halının durmadan yaxşılaşmasının təminatlarını daha da möhkəmləndirdi.

 

Müstəqil Azərbaycan dövlətinin Qurucusu, Böyük Xilaskar Heydər Əliyevin dahiyanəlik və uzaqgörənliklə işləyib hazırladığı inkişaf xəttinin ən böyük uğuru 2003-cü il 15 oktyabr tarixli Azərbaycan Respublikası Prezidentinin seçkilərində tam üstünlüklə qələbə çalmağı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başladığı hər hansı işi, həcmindən, mahiyyətindən asılı olmayaraq, həmişə ən yüksək nəticə ilə sona yetirmək iqtidarında olduğunu tam şəffaf prosedurlarla təzahür etdirdi və xalqımıza bir daha bəlli oldu ki, müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı, əhalinin rifahının yaxşılaşdırılması sahəsində Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinin təminatı etibarlı əllərdədir.

 

Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetişdirməsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də prokurorluğa daima dövlət səviyyəsində diqqət və qayğı göstərilir, fəaliyyətimizin daha da təkmilləşdirilməsi, əməkdaşlarımızın maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Mütəmadi olaraq prokurorluq əməkdaşlarının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, sosial-maddi vəziyyətinin yaxşılaşdırılması və strukturunun daha da təkmilləşdirilməsi, maddi-texniki bazasının daha da möhkəmləndirilməsi prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında öz əhəmiyyətli rolunu oynamışdır.

 

Möhtərəm Prezidentimizin 03 mart 2004-cü il tarixli «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması ölkə rəhbəri tərəfindən dövlət səviyyəsində prokurorluğa göstərilən böyük etimad və inamın təzahürü kimi müstəsna əhəmiyyət kəsb edir.

 

Azərbaycan ictimaiyyətinin nəzərində müasir dünyada gedən qloballaşma prosesinin və yeni geosiyasi reallıqlardan irəli gələn problemlərin həlli tələblərinə cavab verən, milli maraqları və mənəvi dəyərləri ümumbəşəri sərvətlərə uzlaşdırmaq bacarığına, yüksək intellektual səviyyəyə, siyasi proseslərə təmkinli münasibətə, demokratiya prinsiplərinə, xüsusən insan hüquq və azadlıqlarının müdafiəsinə yüksək səviyyədə diqqət göstərmək xüsusiyyətinə, güclü məntiqi təfəkkürə və tükənməyən enerjiyə malik olan, dünyanın ən nüfuzlu siyasətçiləri sırasında durmaqla ali şəxsiyyət kimi formalaşan dövlət başçımız bütün fəaliyyətində xalqın və dövlətin mənafeyini ön plana çəkmiş, «Əsrin müqaviləsi»nin imzalanmasında, onun əhatə dairəsinin sonradan genişlənməsində xüsusi əhəmiyyətli rol oynamış, Azərbaycan neftindən həmişə Azərbaycan xalqının, müstəqil Azərbaycan dövlətinin mənafeyi naminə istifadə etmiş, sahibkarlığın inkişafına göstərdiyi xüsusi qayğı dövlətimizin iqtisadi qüdrətinin güclənməsinə, beynəlxalq nüfuzunun yüksəlməsinə, son dövrdə əmək haqlarının dəfələrlə artırılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində keçirdiyi çoxsaylı tədbirlər, idmanın inkişafına göstərilən xüsusi qayğı, abadlıq işlərinin böyük vüsət alması ölkədə rifah halının durmadan yaxşılaşmasına əhəmiyyətli təsir edən amillərdəndir. Son bir il ərzində Azərbaycanda görülən və bu gün də müvəffəqiyyətlə davam etdirilən quruculuq işləri, Azərbaycan Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafı, xalqımızın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş siyasi tədbirlər Heydər Əliyev şəxsiyyətinin unudulmaz xatirəsinə ən qiymətli hədiyyədir.

 

Ólu ödərimiz Heydər Əliyev tərəfindən başlanmış və müvəffəqiyyətlə davam etdirilən islahatlar ölkəmizə böyük uğurlar gətirmiş, Azərbaycan regionda iqtisadi inkişaf dinamikasına görə ən qabaqcıl yerlərdən birinə keçmişdir. Bu, bütün sahələrdə özünü göstərir. Ərazi bütövlüyümüzün təmin edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ölkə rəhbərinin apardığı uğurlu fəaliyyətin də xalqımızın gözlədiyi sonluqla nəticələnəcəyi gün uzaqda deyil. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan milli həmrəyliyin və mütəşəkkilliyin, milli özünüdərk və azərbaycançılıq ideyalarının formalaşması, milli diasporumuzun güclənməsi istiqamətində fəaliyyətə möhtərəm Prezidentimizin xarici ölkə səfərlərində xüsusi diqqət yetirməyi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların öz imkan və güclərini doğma Azərbaycanın qüdrətlənməsinə yönəltmələri üçün mühüm əhəmiyyətlidir. Dahi Rəhbərimiz Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının milli həmrəylik və birliyi soydaşlarımızın təşkilatlanmasında, azərbaycançılıq ideyasının yayılmasında mühüm rol oynamaqla, azərbaycanlıların daha sıx birləşmələri, fəaliyyət dairələrini genişləndirilmələri, dövlətimizin və xalqımızın qarşısını kəsən maneələrin aradan qaldırılması işinə böyük töhfədir. Hər bir azərbaycanlı Heydər Əliyev ideyalarının tam həyata keçirilməsində möhtərəm Prezidentimiz, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevin qüdrətinə inamlıdır.

 

Daim yüksələn xətlə artan iqtisadi inkişaf 2008-ci ildə də keyfiyyət və kəmiyyət göstəricilərinə görə yeni mərhələyə qədəm qoymuşdur. Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında Prezident cənab İlham Əliyevin çıxışında gətirdiyi statistik rəqəmlərdən də göründüyü kimi, Azərbaycan Respublikası ciddi inkişafa nail ola bilmişdir. Belə ki, birinci rübün yekunlarına görə ölkəmizdə iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsul 14 faiz, son dörd il ərzində büdcə gəlirləri 10 dəfə artmış, 2008-ci ilin icmal büdcəsi 12 milyard dollarlıq səviyyəyə qalxmışdır. «Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri»nin tam gücü ilə işləməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, ölkənin qaz hasilatının, o cümlədən «Şahdəniz» yatağından çıxarılan təbii qazın həcminin əhəmiyyətli dərəcədə artması, ölkəmizin dünya kommunikasiya sisteminə qoşulmasının mühüm vasitəsi olan Bakı-Tbilisi-Qars dəmin yolunun inşa edilməsi kimi gələcək inkişaf strategiyamızı müəyyənləşdirəcək tarixi nailiyyətlər əldə edilmişdir.

 

Eyni zamanda, əhalinin pul gəlirlərinin 33 faizlik artımına, yoxsulluq şəraitində yaşayanların sayının 16 faizə düşməsinə, valyuta ehtiyatlarının 7 milyard ABŞ dollarını ötməsinə, 2003-cü ilin oktyabr ayından bu günə kimi 640 mindən artıq yeni iş yerlərinin açılmasına nail olunmuşdur.

 

Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin həlli istiqamətində qlobal tədbirlər həyata keçirilməklə, 2007-ci ildə sonuncu çadır şəhərciyi ləüv edilmiş və orada yaşayan insanlar yeni inşa edilmiş evlərə köçürülmüşlər.

 

Bütün bu göstəricilər əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyasının Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən müdrik və gələcəyə istiqamətləndirilmiş dövlətçilik siyasətinin məntiqi nəticəsidir.

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ erməni qəsbkarlarından azad ediləcək, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Hərbi xərclərə ayrılan maliyyə vəsaitinin ilbəil artmaqla 2008-ci ildə 1 milyard 200 milyon dollarlıq bir səviyyəyə çatdığı, dünya standartları səviyyəsində ordu quruculuğunun həyata keçirildiyi bir şəraitdə tam formalaşan Azərbaycan Îrdusu öz Ali Baş Komandanının rəhbərliyi altında doğma torpaqlarımızı azad etməyə hazırdır.

 

Qarşıdan ölkənin ictimai-siyasi həyatında mühüm hadisə - Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü gəlir. Demokratiyanın ən önəmli göstəricisi olan bu prosesdə, qələbəni Vətənimiz Azərbaycanda sabitliyi qoruyub-saxlayan və onu daha da dayanıqlı edən, insanların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə nail olan, əhalinin rifah halını durmadan yaxşılaşdıran və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu gündən-günə yüksəldən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əldə edəcəyi şübhəsizdir.

 

Heç kimə sirr deyildir ki, hər bir insan ona bəxş olunmuş həyatı həm cismən, həm də ruhən yaşayır. Ömrünü təbiətin əta etdiyi və həyat üçün zəruri olan amillərin sona yetməsi ilə başa vuran şəxs əbədiyyətə qovuşmaqla, ruhən yaşamalı olduğu həyata qədəm qoyur - xatirələrə çevrilir.

 

Hər bir insanın xatirələrdə yaşamasının müddəti və əhatə dairəsi onun cismən yaşadığı ömür illərinin kəmiyyətindən, əmlak vəziyyətindən və bu kimi digər xüsusatlardan deyil, ancaq həyatının mahiyyətindən, Vətənə və xalqa, cəmiyyət üzvlərinə yararlılıq səviyyəsindən birbaşa asılı olur. Əlbəttə ki, dövrün zaman-zaman yetirdiyi, ərsəyə gətirdiyi nadir şəxsiyyətlər cismani ömür illərinin müddətindən asılı olmayaraq, tarixin yaddaşında yüzillərlə, minillərlə qalır, gələcək nəsillər tərəfindən xoş xatirələrlə yada salınırlar. Fəaliyyətinin səciyyəvi göstəriciləri, nail olduğu nəticələr Dahi Rəhbərimiz Heydər Əliyevin nadir şəxsiyyətlər sırasında öndə durmasını şərtləndirir. Dünyanın ən məşhur ictimai-siyasi xadimləri, çox nüfuzlu dövlət başçıları və digər görkəmli şəxsiyyətlər tərəfindən yüksək dəyərləndirilən Heydər Əliyevin tarixin yaddaşına əbədi həkk olunması şübhəsizdir. Özü də bu, zaman hüdudu ilə məhdudlaşmadığı kimi məkan sərhədi də ona yaddır. Heydər Əliyev nüfuzu təkcə Azərbaycanda, MDB dövlətlərində deyil, dünyanın, istisnasız olaraq, bütün ölkələrinin insanları arasında böyük vüsətlə yayılmaqda, əhatə dairəsi gündən-günə genişlənməkdədir. Bu hamıya gün kimi aydın olan danılmaz bir reallıqdır.

 

Heydər Əliyev azərbaycanlı olduğu üçün özünü xoşbəxt sanırdı. Azərbaycan xalqı da, bütün dünyanın qibtə edəcəyi Heydər Əliyev kimi Prezidenti olduğu üçün xoşbəxt idi. İndi də ona görə xoşbəxtdir ki, əsası ulu öndərimiz tərəfindən qoyulan bu xoşbəxtliyə Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən möhkəm və sarsılmaz təminat yaradılmışdır.

 

Vətən qarşısında xidmətlərinə görə Azərbaycan xalqı, Azərbaycan dövləti ulu öndərimiz Heydər Əliyevi heç zaman unutmayacaq. Azərbaycan xalqı, Azərbaycan dövləti mövcud olduqca Heydər Əliyev də qəlblərdə yaşayacaqdır. Azərbaycan xalqı, Azərbaycan dövləti isə həmişə olacaqdır!

 

Bəli, Heydər Əliyev həyatını cismən başa vursa da, ruhən bizimlədir, fəaliyyətimizin, nailiyyətlərimizin istiqamətvericisidir. Heydər Əliyev əbədiyaşardır, o,dünya durduqca Azərbaycan xalqının qəlbində yaşayacaq, bütün insanlar tərəfindən həmişə ən görkəmli ictimai-siyasi və dövlət xadimi kimi xatırlanacaq - əsil əbədiləşmiş ömür, bax, elə budur!

 

 

 

Zakir Qaralov,

Azərbaycan Respublikasının Baş prokuroru,
I dərəcəli dövlət ədliyyə müşaviri