Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2008-05-08
2008-ci il mayın 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar «Heydər Əliyev müstəqil dövlətçiliyimizin və ən yeni tariximizin yaradıcısıdır» mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir
Elmi-nəzəri konfransda  Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun
 

ÇIXIŞI

 

 

 

Hörmətli həmkarlar!

 

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Qədim tarixi və dövlətçilik ənənələri olan müasir Azərbaycanın yaxın keçmişini, bü gününü və gələcəyini Heydər Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki tariximizin yaxın keçmişini və bu gününü həmin dahi şəxsiyyət özü yaratmış, onun gələcək mövcudluğunun və inkişafının strateji istiqamətlərini müəyyənləşdirmişdir.

 

Azərbaycan Respublikasının SSR İttifaqı dövlətinin tərkibində olduğu və müttəfiq respublikalarda hər vasitə ilə milli müstəqillik ideyalarının qarşısının alındığı bir dövrdə siyasi hakimiyyətə gələn Heydər Əliyev dahiyanə uzaqgörənliklə bu günkü dövlət müstəqilliyimizin ilkin əsaslarını - müstəqil yaşamağa imkan verəcək faktiki iqtisadi müstəqilliyimizi yaratdı, xalqımızın milli özünüdərk hisslərini istiqamətləndirdi. Xalqımızın imperiya dövlətinin silahlı qüvvələri ilə üz-üzə dayandığı bir dövrdə, 1990-cı ilin qanlı Éanvar faciəsindən sonra xalqımızın müstəqillik uğrunda apardığı azadlıq hərəkatının liderinə çevrildi.

 

Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə müstəqil Azərbaycan dövlətçiliyinin demokratik modelini və həmin müstəqilliyin əldə edilməsinin strateji istiqamətlərini müəyyənləşdirən Heydər Əliyev xalqının təkidli tələbi ilə 15 iyun 1993-cü ildə Azərbaycanda hakimiyyətə xilasedici qayıdış etdikdən sonra onun tərəfindən həyata keçirilən dövlətçilik tədbirləri, dünyada analoqu olmayan siyasi fəaliyyət kimi, həmişə və hamıya nümunə ola bilər.

 

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilsə də, olkədə yeni yaranmış siyasi qüvvələrin hakimiyyət uğrunda çəkişmələri nəinki siyasi, həmçinin iqtisadi və sosial sahələrdə də vəziyyəti böhran səviyyəsinə çatdırmışdı. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq, ordu quruculuğuna başlamaq əvəzinə ölkədə xaos, özbaşınalıq hökm sürür, ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara məxsus silahlı dəstələrin yaradılması Azərbaycanı vətəndaş müharibəsinə sürükləyirdi.

 

Belə bir şəraitdə xalqının təkidli tələbi ilə 1993-cü ilin iyun ayının 15-də Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdış edən Heydər Əliyev həyatının qalan hissəsini doğma millətinə bağışladığını bəyan etməklə, həyata keçirdiyi müdrik və uzaqgörən dövlətçilik siyasəti nəticəsində Azərbaycan dövlətini qarşılaşdığı sərt və çətin sınaqlardan uğurla çıxara bilmiş, gələcəyə istiqamətləndirilmiş strateji inkişaf konsepsiyasına müvafiq olaraq respublikamızda əsaslı dəyişikliklərlə nəticələnən böyük quruculuq işlərini reallaşdırmışdır. Dünya dövlətləri birliyində layiqli yerini tutan Azərbaycan Respublikasında ölkə həyatının bütün sahələrini əhatə edən mütərəqqi islahatlar aparılmaqla hüquqi və sivil bir dövlət, qanunun aliliyinə və demokratik hüquq və azadlıqlarına real təminatlar yaradan vətəndaş cəmiyyəti formalaşdırılmış, xalqımızın həyat tərzinin, maddi-sosial vəziyyətinin durmadan yaxşılaşdırılmasını təmin edəcək iqtisadi müstəqilliyə nail olunmuşdur.

 

Tarix üçün qısa bir zaman kəsiyi olan bu keşməkeşli, ziddiyyətlərlə və təhlükələrlə dolu olan, Azərbaycan xalqının təhlükəli sınaqlara çəkildiyi bir dövrdə Heydər Əliyev tərəfindən görülən işləri, onun tərəfindən həyata keçirilən siyasət tədbirlərini əsil möcüzə adlandırmaq olar. Xalqına və Azərbaycana xidməti həyatının ən ali məqsədi hesab edən Heydər Əliyevin müdrik və titanik siyasi fəaliyyəti nəticəsində, yaşadığımız bu dövrün canlı şahidləri kimi bizim gözlərimiz qarşısında yaradılan müstəqil, demokratik və sivil Azərbaycan Respublikasını mübaliğəsiz ümummilli liderimizin şah əsəri hesab etmək olar.

 

Müstəqil Azərbaycan Respublikasının yaradılması yolunda ən qətiyyətli tədbirlərin görülməsini təmin edən Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlətçilik siyasətinin ən əsas prioritet istiqamətlərindən biri də demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatlarının aparılması, bütün bunların nəticəsi olaraq demokratiyanın və insan hüquq və azadlıqlarının hərtərəfli bərqərar olması təmin edilmişdir.

 

Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlət quruculuğunun əsaslarını qoydu. Éeni qəbul olunmuş Konstitusiya dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olduğunu, dövlətin demokratik, hüquqi, dünyəvi və unitar respublika olmasını, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu bəyan etmiş, hakimiyyətlərin bölünməsi, konstitusiya nəzarəti, siyasi plüralizm kimi prinsipləri özündə ehtiva etmişdir. Əvvəlki konstitusiyalardan fərqli olaraq ölkənin yeni əsas qanununda insan hüquqlarına və azadlıqlarına geniş yer verilmişdir. Heç təsadüfi deyildir ki, sənədin böyük bir fəsli insan hüquq və azadlıqlarına aid edilmişdir.

 

Konstitusiyanın verdiyi imkanlar sayəsində Azərbaycanda çox qısa bir vaxtda siyasi, iqtisadi, sosial və hüquqi islahatların həyata keçirilməsi mümkün olmuş, islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətlərinin təmin edilməsi məqsədi ilə xeyli tədbirlər həyata keçirilmişdir.

 

Hüquq islahatları sahəsində çox əhəmiyyətli sənədlərdən biri möhtərəm Heydər Əliyevin 1996-cı il iyun ayının 8-də imzaladığı «Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında» Sərəncamdır. Həmin Sərəncama əsasən beynəlxalq standartlara uyğun «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında», «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Îmbudsman) haqqında» Konstitusiya qanunları, Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual məcəllələri, həmçinin «Konstitusiya Məhkəməsi haqqında», «Prokurorluq haqqında», «Məhkəmə və hakimlər haqqında», «Polis haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında» və sair qanunların qəbul edilməsi insan hüquqlarının təminatının hüquqi bazası olmaqla ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına necə böyük əhəmiyyət verilməsinin əyani təsdiqidir.

 

 

 

Hörmətli həmkarlar!

 

 

 

Mühüm dövlət təsisatı kimi Azərbaycan Respublikasının milli prokurorluğunun sivil və demokratik məzmunlu bir qurum kimi formalaşması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin 26 aprel 2000-ci ildə Respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluğun həyatında müstəsna rol oynamış tarixi görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla, Dövlət başçısının tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edilmişdir.

 

Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetişdirməsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bütün hüquq-mühafizə orqanlarına, o cümlədən, prokurorluğa daima dövlət səviyyəsində diqqət və qayğı göstərilir, fəaliyyətimizin daha da təkmilləşdirilməsi, əməkdaşlarımızın maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Mütəmadi olaraq prokurorluq əməkdaşlarının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, onların sosial-maddi vəziyyətinin yaxşılaşdırılması və prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki bazası daha da möhkəmləndirilməklə son 3 il ərzində tabe prokurorluqlar üçün respublika üzrə 10, o cümlədən Naxçıvan Muxtar Respublikasında 5 inzibati binanın tikintisi istiqamətində görülən tədbirlər dediklərimin əyani sübutu olmaqla yanaşı, prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında da öz əhəmiyyətli rolunu oynamışdır.

 

 Möhtərəm Prezidentimizin 03 mart 2004-cü il tarixli «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Sərəncamına müvafiq olaraq Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması ölkə rəhbəri tərəfindən və dövlət səviyyəsində prokurorluğa göstərilən böyük etimad və inamın təzahürü kimi müstəsna əhəmiyyət kəsb edir.

 

 

 

Hörmətli həmkarlar!

 

 

 

Ólu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikası və azərbaycan xalqı naminə gördüyü möhtəşəm işləri sadalamaqla qurtarmaq qeyri-mümkündür. Həyatının mənasını xalqına xidmətdə görən ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin nəticəsidir ki, qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, bu gün müstəqil və demokratik mahiyyətli Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir, regionumuzun qabaqcıl ölkəsi kimi misli görünməmiş iqtisadi inkişafa nail olan Respublikamızda xalqımızın qayğısız və təminatlı yaşayıb fəaliyyət göstərməsi üçün bütün imkanlar yaradılmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci ilin sentyabr ayının 10-da Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində demişdir ki «Ólu öndərimiz Heydər Əliyev bütün dövrlərdə - həm 1970-80-ci illərdə, həm də müstəqillik dövründə Azərbaycan xalqının inkişafında, ölkəmizin inkişafında, potensialın möhkəmləndirilməsində çox mühüm rol oynamışdır.»

 

Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə xilaskarlıq missiyasını öz üzərinə götürən, yeni demokratik və qüdrətli Azərbaycanı yaratmaq üçün böyük quruculuq missiyasını həyata keçirən, indiki və gələcək nəsillərə yadigar olaraq ölkəmizin gələcək inkişafının strateji konsepsiyasını işləyib hazırlayan Heydər Əliyevin dühası və siyasi irsi bundan sonra da xalqımızın təminatlı xoşbəxt gələcəyə istiqamətləndirilmiş yolunu daima işıqlandıracaq və bu dahi şəxsiyyətin parlaq və unudulmaz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

 

 

 

Hörmətli həmkarlar!

 

 

 

«Böyük qurucu» kimi yaratdığı dayanıqlı sabitlik şəraitindən məharətlə istifadə edən Heydər Əliyev ölkəmizin iqtisadi müstəqilliyinin və əhalinin yüksək rifah halını təmin edəcək Azərbaycanın iqtisadi inkişaf strategiyasını işləyib hazırladı və onun mərhələ-mərhələ həyata keçirilməsini təmin etdi. Müəllifi ulu öndərimiz olan möhtəşəm neft strategiyasının uğurla həyata keçirilməsi, ümumdünya kommunikasiya proqramının mühüm tərkib hissəsi olan tarixi «İpək Éolu»nun bərpasına başlanılması və digər möhtəşəm iqtisadi layihələrin reallaşması nəticəsində irimiqyaslı xarici investisiyaların respublikamıza axını başladı, hərtərəfli iqtisadi islahatlar həyata keçirilməklə, bazar iqtisadiyyatının və azad sahibkarlığın bərqərar olması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və aqrar islahatlar prosesi prioritet istiqamətlərə çevrildi.

 

Ömummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji sosial-iqtisadi xəttin ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, iqtisadiyyatın bütün sahələri üzrə böyük nailiyyətlər əldə edilmiş, o cümlədən ölkənin iqtisadi qüdrəti sürətlə artmış, qeyri-neft sektorunun, regionların, sosial sferanın və digər sahələrin inkişafını təmin edən kompleks tədbirlərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi təmin olunmuş, enerji təhlükəsizliyi, xalqın rifah halının yaxşılaşdırılması, işsizlik probleminin həlli və dünya iqtisadi sistemində layiqli yerini tutulması üçün əhəmiyyətli işlər görülmüşdür.

 

Daim yüksələn xətlə artan iqtisadi inkişaf 2008-ci ildə də keyfiyyət və kəmiyyət göstəricilərinə görə yeni mərhələyə qədəm qoymuşdur. Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında Prezident cənab İlham Əliyevin çıxışında gətirdiyi statistik rəqəmlərdən də göründüyü kimi Azərbaycan Respublikası ciddi inkişafa nail ola bilmişdir. Belə ki, birinci rübün yekunlarına görə ölkəmiz iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun 14 faizlik artımına nail olmuş, son dörd il ərzində büdcə gəlirləri 10 dəfə artmaqla 2008-ci ilin icmal büdcəsinin 12 milyard dollarlıq səviyyəyə qalxmasına nail olunmuş, «Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neftin əsas ixrac boru kəməri»nin tam gücü ilə işləməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, ölkənin qaz hasilatının, o cümlədən «Şahdəniz» yatağından çıxarılan təbii qazın həcminin əhəmiyyətli dərəcədə artması, ölkəmizin dünya kommunikasiya sisteminə qoşulmasının mühüm vasitəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun inşa edilməsi kimi gələcək inkişaf strategiyamızı müəyyənləşdirəcək tarixi nailiyyətlər əldə edilmişdir.

 

Eyni zamanda, əhalinin pul gəlirlərinin 33 faizlik artımına, yoxsulluq şəraitində yaşayanların sayının 16 faizə düşməsinə, valyuta ehtiyatlarının 7 milyard ABŞ dollarını ötməsinə, 2003-cü ilin oktyabr ayından bu günə kimi 640 mindən artıq yeni iş yerlərinin açılmasına nail olunmuşdur.

 

Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin həlli istiqamətində qlobal tədbirlər həyata keçirilməklə, 2007-ci ildə sonuncu çadır şəhərciyinin ləüv edilməsi və orada yaşayan insanların yeni inşa edilmiş evlərə köçürülməsi təmin olunmuşdur.

 

Bütün bu göstəricilər əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyasının Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən müdrik və gələcəyə istiqamətləndirilmiş dövlətçilik siyasətinin məntiqi nəticəsidir.

 

Hörmətli həmkarlar!

 

 

 

Bu gün Azərbaycanın ən qədim mərkəzlərindən biri olan Şuşa şəhərinin işğalının 16 illiyinə təsadüf edir. AXCP-Müsavat cütlüyünün xəyanəti nəticəsində erməni qəsbkarları tərəfindən işğal olunmuş Şuşa faciəsinin qurbanlarının xatirəsini yad etməklə yanaşı, tam əmin olduğumu bildirmək istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ, o cümlədən Şuşa şəhəri erməni qəsbkarlarından azad ediləcək, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Hərbi xərclərə ayrılan maliyyə vəsaitinin ilbə-il artmaqla 2008-ci ildə 1 milyard 200 milyon dollarlıq bir səviyyəyə çatdığı, dünya standartları səviyyəsində ordu quruculuğunun həyata keçirildiyi bir şəraitdə tam formalaşan Azərbaycan Îrdusu öz Ali Baş Komandanının rəhbərliyi altında doğma torpaqlarımızı azad etməyə hazırdır.

 

 

 

Hörmətli həmkarlar!

 

 

 

Ömummilli liderimiz Heydər Əliyevin dövlətçilik tədbirləri nəticəsində sivil və demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşmış Azərbaycan Respublikası Prokurorluğunun kollektivi dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasında, bu siyasətin davamçısı olan Dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasəti qətiyyətlə dəstəkləyir və həmişə bu kursa sadiq olacaqdır.

 

Və tam əminlik ifadə edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilməklə Heydər Əliyev ideyalarını yaşadan və reallaşdıran, doğma Azərbaycanımızın hərtərəfli inkişafını təmin edən yeni məzmunlu dövlətçilik siyasəti davam edəcəkdir. Cari ilin oktyabr ayında keçiriləcək seçkilər zamanı xalqımızın alternativsiz bir namizədi-Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olacaqdır.

 

Diqqətinizə görə sağ olun!