Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2007-12-11
2007-ci il dekabrın 11-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda ulu öndər Heydər Əliyevin vəfatının 4-cü ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Anma  mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun  
 

ÇIXIŞI

 

 

 

Hörmətli həmkarlar!

 

Qədirbilən xalqımız bu günlərdə ölkəmizin hər yerində anma mərasimləri keçirməklə Ólu öndərimiz Heydər Əliyevin əziz xatirəsini, Azərbaycan dövləti və millət naminə onun gördüyü möhtəşəm işləri böyük ehtiramla yad edir. Bu mərasimlər eyni zamanda onu göstərir ki, xalqımızın öz Ólu Öndərinə və əbədi Prezidentinə olan sevgisi tükənməzdir və millətimizin bütün səyləri onun vəsiyyətlərinin həyata keçirilməsinə, siyasi kursunun reallaşdırılmasına istiqamətləndirilmişdir.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm.

 

Azərbaycanın müasir tarixini xalqımızın ümummilli lideri Heydər Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. Ölkəmizin keçən əsrin 60-cı illərindən başlamaqla 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. «Azərbaycan tarixinin Heydər Əliyev dövrü» kimi tarixə düşən bu müddət ərzində Ólu Öndər tərəfindən həyata keçirilən «xilaskarlıq və quruculuq» missiyasının nəticəsidir ki, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə xoşbəxt yaşamaq imkanı əldə etmişdir.

 

Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, SSR İttifaqı dövlətinin tərkibində olan Azərbaycan Respublikasının gələcək müstəqilliyinin ilkin əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamış, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaratmış, daha sonra isə Azərbaycanı inkişaf etmiş bir ölkəyə çevirən misli görünməmiş quruculuq işlərini həyata keçirmişdir.

 

Müdrik Heydər Əliyev dövlətçilik siyasətinin və bu siyasəti yeni məzmunda uğurla davam etdirən Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan xalqı ən mütərəqqi qanunlarla tənzimlənən və demokratik hüquq və azadlıqlar üçün real təminatlar yaradan vətəndaş cəmiyyətində yaşayır, mütərəqqi islahatlar nəticəsində formalaşmış demokratik, sivil və hüquqi dövlətdə fəaliyyət göstərir.

 

Ólu öndər Heydər Əliyevin keçdiyi həyat yolu və dövlətçilik fəaliyyəti indiki və gələcək nəsillər üçün ibrətamiz bir nümunədir. Bu nümunə hər bir azərbaycanlıya xalqına sədaqətlə xidmət etməyi, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda xidmətlər göstərməyi öyrədir.

 

Doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik etmişdir.

 

Keçən əsrin 90-cı illərinin əvvəllərində xalqına düşmən qüvvələrin qısamüddətli hakimiyyəti dövründə yaranmış anarxiya və idarəolunmaz xaos vəziyyəti vətəndaş müharibəsi astanasında olan Azərbaycanı öz dövlət müstəqilliyini birdəfəlik itirmək təhlükəsi qarşısında qoymuş, öz vətəndaşlarının qanunla qorunan hüquqlarını kütləvi şəkildə pozan bu «üzdəniraq» hakimiyyətin xəyanətkar siyasəti nəticəsində öz torpaqlarının böyük bir hissəsini itirən xalqımız məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

 

Məhz taleyüklü belə bir çətin dövrdə doğma xalqının israrlı çağırışlarına cavab verməklə Azərbaycan Respublikasına siyasi rəhbərliyi öz üzərinə götürən ulu öndər Heydər Əliyevin «xilaskarlıq» missiyası nəticəsində müstəqilliyimizin itirilməsi və ərazilərimizin parçalanması təhlükəsi birdəfəlik aradan qaldırıldı, dövlətçiliyimizə qəsd edən çevriliş cəhdlərinin qarşısı alındı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyulmaqla Azərbaycanda möhkəm və dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq təmin edildi.

 

Bu yolda çox böyük maneələrlə rastlaşmasına, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsası - xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı və onun müstəqilliyini məhv olma təhlükəsindən xilas etdi.

 

Öz xilaskarlıq missiyası nəticəsində Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitini formalaşdıran Heydər Əliyev ölkəmizdə möhtəşəm quruculuq işlərinə başladı, «Azərbaycanın strateji inkişaf konsepsiyası»nı işləyib hazırlamaqla, onun mərhələ-mərhələ həyata keçirilməsinə başladı, ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi və əhalinin rifah halının dünya standartları səviyyəsinə qaldırılması istiqamətində böyük işlər gördü. Həm daxili, həm də xarici qüvvələrin yaratdığı maneələri aradan qaldırmaqla, 1994-cü ilin sentyabr ayında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqavilələrinin imzalanması və ümumdünya kommunikasiya proqramının mühüm tərkib hissəsi olan tarixi «İpək Éolu»nun bərpasına başlanılması nəticəsində milyardlarla dollar məbləüində irimiqyaslı xarici investisiyaların respublikamıza axını başladı, hərtərəfli iqtisadi islahatlar həyata keçirilməklə, bazar iqtisadiyyatının və azad sahibkarlığın bərqərar olması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və aqrar islahatlar prosesi prioritet istiqamətlərə çevrildi.

 

Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatları aparıldı. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşdırılması, siyasi plüralizm, söz və mətbuat azadlığı üçün, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar kimi vətəndaş cəmiyyətinin formalaşdırılması ilə nəticələnmişdir.

 

Azərbaycan və azərbaycan xalqı üçün əlindən gələni və qeyri-mümkün olanları etmiş Heydər Əliyev kimi nadir bir şəxsiyyət haqqında keçmiş zamanda danışmaq hamımız üçün çox aürılı və üzüntülü bir məsələdir. Lakin, 12 dekabr 2003-cü il tarixdə haqq dünyasında ölməzliyə qovuşan Heydər Əliyevin dəfn mərasimi əyani şəkildə bütün dünyaya göstərdi ki, Azərbaycan xalqının öz dahi rəhbərinə olan böyük etimad və ehtiramı ölçüyəgəlməzdir və tarix kitabımıza öz şanlı səhifələrini yazan bu şəxsiyyətin parlaq və unudulmaz xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaqdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 10 mart 2004-cü il tarixdə imzalanmış və ölkə vətəndaşlarının öz yığıncaqlarında, kütləvi informasiya vasitələrində və müxtəlif tədbirlərdə qaldırdıqları vəsatətlərə müvafiq olaraq hazırlanmış «Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında» Fərman da məhz öz dahi rəhbərinə ümumxalq məhəbbətinin təzahürü kimi qiymətləndirilməlidir.

 

Hörmətli həmkarlar!

 

Müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bu günkü vəziyyətdə mövcudluğuna və formalaşmasına görə də, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə, onun tərəfindən həyata keçirilən dövlətçilik siyasətinə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.

 

Məhz Dövlət başçısı kimi ulu öndər Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi tarixi əhəmiyyətli görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla, onun tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması mümkün olmuşdur.

 

Prokurorluğun kollektivi üçün müstəsna əhəmiyyət kəsb edən haldır ki, Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Prokurorluğun dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi, prokurorluq işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər prokurorluq orqanlarına Dövlət başçısı və dövlət səviyyəsində göstərilən inam və etimadın təzahürüdür.

 

Hörmətli mərasim iştirakçıları!

 

Müstəqil Azərbaycanın ən yeni tarixinin yaradıcısı olan, ölkəmizi hərtərəfli inkişaf etmiş qüdrətli bir dövlətə çevirən Ólu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, ölkəmizin gələcək inkişafının strateji istiqamətlərini işləyib hazırlamış və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətlərdə ölkəmizin hərtərəfli inkişafını təmin edən məqsədyönlü daxili və xarici siyasət tədbirləri həyata keçirilir. Heydər Əliyev siyasi irsindən qaynaqlanan, onun dövlətçilik və idarəçilik məktəbinin əsaslarını mükəmməl mənimsəyən cənab İlham Əliyevin Dövlət başçısı kimi fəaliyyəti əyani şəkildə xalqımıza və bütün beynəlxalq aləmə onu göstərir ki, Heydər Əliyev ideyaları əbədi yaşayacaq və xalqımızın gələcəyə olan yolunu daima işıqlandıracaqdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi yeni məzmunlu dövlətçilik siyasəti, Heydər Əliyevin unudulmaz xatirəsini əbədiləşdirən möhtəşəm tədbirlər kimi, onun müəyyənləşdirdiyi strateji inkişaf istiqamətlərinin mərhələ-mərhələ reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir.

 

Dövlət başçısı cənab İlham Əliyevin məqsədyönlü dövlətçilik siyasətinin nəticəsidir ki, Heydər Əliyevin yaratdığı şah əsəri olan Azərbaycanın bütövlükdə və ayrı-ayrılıqda hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, sivil dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması yolunda irəliyə doğru inamlı addımlar atılmış, Azərbaycanın demokratiyaya sadiqliyi bütün dünyaya sübut edən mütərəqqi islahatlar davam etdirilmiş, dünya dövlətləri birliyinə sürətlə inteqrasiya olunan ölkəmiz regionun aparıcı dövlətinə çevrilmiş, analoqu olmayan iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla ölkəmiz dünyanın lider dövlətləri sırasına çıxmış, «Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri»nin istismarına başlanılmaqla «Əsrin müqaviləsi» kimi möhtəşəm enerji layihəsinin reallaşdırılması təmin edilmiş, Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Azərbaycan qazının Avropaya nəql edilməsi əsaslarının yaradılması, ölkəmizin dünya kommunikasiya sisteminə qoşulmasının mühüm vasitəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi barədə Azərbaycan, Türkiyə və Gürcüstan arasında baülanan saziş kimi gələcək inkişaf strategiyamızı müəyyənləşdirəcək tarixi nailiyyətlər əldə edilmişdir. Eyni zamanda, xalqımızın ən aürılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsiplərinə, ölkəmizin mənafelərinə uyğun şəkildə sülh yolu ilə tənzimlənməsi, işğal edilmiş torpaqlarımızın azad edilməsi istiqamətində məqsədyönlü siyasət tədbirləri həyata keçirilmişdir.

 

Bütün qeyd edilənlər əsası Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik dövlətçilik siyasətinin nəticəsidir, Heydər Əliyev siyasətinin təntənəsidir.

 

Ólu öndərimizin Azərbaycan tarixindəki rolunun hərtərəfli öyrənilməsində cari ilin sentyabr ayının 10-da Bakı şəhərinin Nərimanov rayonu ərazisində təməlqoyma mərasimi keçirilmiş «Heydər Əliyev Mərkəzi»nin müstəsna əhəmiyyəti olacaqdır. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir ki, «Ólu öndərimiz Heydər Əliyev bütün dövrlərdə - həm 1970-80-ci illərdə, həm də müasirlik dövründə Azərbaycan xalqının inkişafında, ölkəmizin inkişafında, potensialın möhkəmləndirilməsində çox mühüm rol oynamışdır... Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Azərbaycanda çox güclü iqtisadi və sənaye potensialı yaradılır. Bütün bu uğurların təməli məhz ulu öndər tərəfindən qoyulmuşdur. Azərbaycanda məhz onun uzaqgörənliyi, rəhbərliyi ilə başlanmış uğurlu neft strategiyası nəticəsində ölkəmiz qarşısında yeni üfüqlər açılır».

 

Çıxışımın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etmək istəyirəm ki, Azərbaycan Prokurorluğunun kollektivi Ólu öndər Heydər Əliyevin ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

 

Hörmətli həmkarlar! Bu günkü tədbirimizin davamı olaraq hamınızı Xalq şairi Zəlimxan Éaqubun Ólu öndərimizin xatirəsinə həsr olunmuş «Böyük ömrün davamı» adlı poeması əsasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış film-tamaşaya baxmağa dəvət edirəm.

 

Diqqətinizə görə sağ olun!