Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2006-09-30
Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 88 illiyinin qeyd edilməsi ilə əlaqədar olaraq 2006-cı il sentyabr ayının 30-da Azərbaycan Respublikası Baş Prokurorluğu, Respublika Hərbi və Bakı şəhər prokurorluğunun əməkdaşları xalqımızın Ömummilli lideri Heydər Əliyevin məzarını və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin uyuduğu Şəhidlər Xiyabanını ziyarət etmişdir.
Mərasimdə  Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun

ÇIXIŞI
 

 

 

Hörmətli həmkarlar!

 

Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bütün əməkdaşları, təqaüddə olan veteranlarımız və ölkəmizin hüquq ictimaiyyəti Azərbaycan Respublikası Prezidentinin 17 iyul 1998-ci il tarixli Sərəncamına müvafiq olaraq «Prokurorluq işçilərinin peşə bayramı günü»nü və Azərbaycan Prokurorluğunun 88 illiyini qeyd edir. Ólu öndərimiz Heydər Əliyevin dövlətçilik iradəsi ilə gerçəkləşən bu reallıq Azərbaycan Prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında olan yerini müəyyənləşdirməklə prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin təzahürü kimi hər bir əməkdaşımızda böyük qürur hissi doğurur.

 

Çox sevindirici haldır ki, Heydər Əliyev ideyalarının, onun müdrik dövlətçilik siyasətinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, mühüm dövlət təsisatlarından biri kimi onun normal fəaliyyəti üçün zəruri təminatlar yaradılması istiqamətində məqsədyönlü işlər görülür.

 

Prokurorluğun peşə bayramı günü ərəfəsində Dövlət başçısı  cənab İlham Əliyev tərəfindən böyük bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, prokurorluq işçilərinin sosial-maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində görülən tədbirlər  hamımızın hədsiz sevincinə səbəb olmuşdur. Prokurorluğa dövlət səviyyəsində göstərilən etimadın bariz təzahürü kimi fəaliyyətimizə verdiyi yüksək qiymətə görə prokurorluğun kollektivi adından Respublika Prezidenti cənab İlham Əliyevə səmimi minnətdarlığımızı çatdırmaqla, əmin edirəm ki, Azərbaycan Prokurorluğu öz işini bizə göstərilən etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində öz səylərini əsirgəməyəcəkdir.

 

Mən Respublika Baş Prokurorluğunun rəhbərliyi və Kollegiyası adından prokurorluq orqanlarının bütün əməkdaşlarını və onların ailə üzvlərini, təqaüddə olan aüsaqqal və aübirçək veteranlarımızı, vəzifə başında həlak və şəhid olmuş həmkarlarımızın ailələrini «Peşə bayramı günü» və milli prokurorluğun yaradılmasının 88 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, hamınıza ailə xoşbəxtliyi və möhkəm cansağlığı, xidməti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar diləyirəm.

 

Hörmətli həmkarlar!

 

Prokurorluğun 2005-ci ilin 1-i oktyabrında qeyd etdiyimiz peşə bayramından sonra keçən müddət ərzində ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisələr baş vermiş, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi dühasının məhsulu olan və öz inkişaf tarixinin yeni yüksəliş mərhələsini yaşayan müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi, xalqımızın həyat səviyyəsinin yüksəlməsi, demokratik dəyərlərin hərtərəfli bərqərar olması ilə nəticələnən uğurlu nailiyyətlər əldə edilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət tədbirlərinin nəticəsidir ki, bütövlükdə Azərbaycanın və ayrı-ayrılıqda hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, sivil dövlət və vətəndaş cəmiyyət formalaşdırılması yolunda irəliyə doğru inamlı addımlar atılmış, şəffaf prosedurlar əsasında Milli Məclisə seçkilər keçirilməklə Azərbaycanın demokratiyaya sadiqliyi bütün dünyaya sübut edilmiş, dünya dövlətləri birliyinə sürətlə inteqrasiya olunan ölkəmiz regionun aparıcı dövlətinə çevrilmiş, analoqu olmayan iqtisadi inkişaf göstəricilərə görə nail olunmaqla ölkəmiz dünyanın lider dövlətləri sırasına çıxmış, «Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri»nin açılışı keçirilməklə «Əsrin müqaviləsi» kimi möhtəşəm enerji layihəsinin reallaşdırılması təmin edilmiş, xalqımızın ən aürılı yeri olan Dağlıq Qarabağ probleminin ölkəmizin mənefelərinə uyğun şəkildə sülh yolu ilə tənzimlənməsi, işğal edilmiş torpaqlarımızın azad edilməsi istiqamətində məqsədyönlü siyasət tədbirləri həyata keçirilmişdir.

 

Doğma Azərbaycanımızı gündən-günə qüdrətləndirən və gözəlləşdirən, ölkəmizin dinamik və hərtərəfli sosial-iqtisadi inkişafına istiqamətləndirilmiş yeni məzmunlu dövlətçilik siyasətini qətiyyətlə dəstəkləyən Azərbaycan Prokurorluğu orqanlarının əsas vəzifəsi ondan ibarətdir ki,  digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bu quruculuq işlərinin əsas təminatları olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsi təmin edilsin.

 

Ólu öndərimiz Heydər Əliyevin siyasi iradəsinə uyğun olaraq və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərtərəfli dəstəyi ilə həyata keçirilən mütərəqqi islahatların nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu normal fəaliyyəti üçün mütərəqqi normativ hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil dövlət təsisatına çevrilmiş, demokratik prosedurlar əsasında kadr tərkibi mütəmadi olaraq yenidən formalaşdırılan prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmış və neqativ təzahürlərin və çatışmazlıqların aradan qaldırmağa qadir olan nəzarət mexanizmi yaradılmışdır.

 

Eyni zamanda, Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli məlum Fərmanına müvafiq olaraq hazırlanmış «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi»nin müvafiq qaydada təsdiq edilməklə icraya yönəldilməsi, prokurorluq orqanlarında intizamın daha da möhkəmləndirilməsi və əməkdaşların müasir standartlara uyğun səviyyədə davranışlarının təmin edilməsi məqsədlərinə xidmət edən bu sənədin əməkdaşların fəaliyyətinə qiymətvermə meyarı kimi real işləməsi üçün müvafiq tədbirlər görülür. Hal-hazırda ekspertiza keçirilməsi üçün kodeks Avropa Şurasına təqdim edilmişdir.

 

Bütün bu görülən işlər ötən peşə bayramından sonra keçən bir illik müddət ərzində prokurorluğun fəaliyyətinin səmərə və keyfiyyətinin artırılmasına dəlalət edən müsbət iş  göstəricilərinə nail olunmuşdur.

 

Dövlət başçısının siyasi iradəsini həyata keçirərək mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin daha da gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilməklə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və idarənin kadr korpusunun təcrübəli əməkdaşlar hesabına komplektləşdirilməsi üçün müvafiq işlərin görülməsi təmin edilmiş və bütün bunlar son nəticədə bu mühüm struktur qurumun fəaliyyətinin səmərəliliyinin artırılmasına gətirib çıxarmışdır.

 

Dövlət ittihamının müdafiəsini həyata keçirən qurumların fəaliyyətində mövcud olan neqativ təzahürlərin aradan qaldırılması üçün həyata keçirilmiş kadr dəyişiklikləri və struktur islahatları, vəzifə borcuna vicdanlı və məsuliyyətli münasibət şəraitinin formalaşdırılması, görülmüş digər təşkilati tədbirlərin nəticəsidir ki, məhkəmə səhvlərinin aradan qaldırılmasında prinsipiallıq artırılmış, müsbət iş göstəricilərinə nail olunmuşdur. Hazırda Dövlət başçısı cənab İlham Əliyevin «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi» və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 19 yanvar 2006-cı il və «Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında» 17 avqust 2006-cı il tarixli Fərmanlarının icrası ilə əlaqədar məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin təşkilində zəruri dəyişikliklərin aparılması üçün müvafiq tədbirlər həyata keçirilir.

 

Bu tədbirlər çərçivəsində Dövlət ittihamının müdafiəsi üzrə idarə tərəfindən zəruri qanunvericilik bazasını özündə əks etdirən «Dövlət ittihamçısının məlumat kitabçası» çap edilmişdir.

 

Bu kitab 27 aprel 2006-cı il tarixdə dövlət ittihamının müdafiəsi sahəsində mövcud olan problemlərin müzakirəsinə həsr edilmiş Azərbaycan Respublikası Baş prokurorunun yanında keçirilən əməliyyat müşavirəsinin qərarına əsasən dövlət ittihamçılarının fəaliyyətinin səmərəliliyinin artırılması və onların zəruri informasiya əldə etmələri işinin asanlaşdırılması məqsədilə hazırlanmışdır.

 

Hesab edirəm ki, bu kitab prokurorluq işçilərinin stolüstü ədəbiyyatına çevrilərək ümumi fəaliyyətimizin səmərəliliyinin daha da artırılmasına böyük zəmin yaradacaqdır.

 

Vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin yenidən təşkili sahəsində həyata keçirilən islahatların, o cümlədən «Qaynar xətt» adlı əlaqə mərkəzinin, «Azərbaycan Prokurorluğunun veb-saytı»nda elektron poçt vasitəsilə birbaşa Baş prokurora müraciət etmək imkanının yaradılması kimi tədbirlərin davamı olaraq, Dövlət başçısı cənab İlham Əliyevin yeni informasiya texnologiyalarının tətbiqi barədə göstərişlərinə müvafiq olaraq,  Baş Prokurorluqda vətəndaşların müraciətlərinə baxılması üzrə lokal kompüter şəbəkəsi yaradılmış və hazırda Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarında da belə şəbəkələrin yaradılması üzrə tədbirlər həyata keçirilir.

 

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin tələblərinə, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə göstərişlərinə müvafiq olaraq, şəffaf prosedurlar əsasında keçirilən müsabiqə yolu ilə 32 gənc hüquqşünasın prokurorluqda qulluğa qəbul edilməsi islahatların uğurlu nəticəsi kimi mühüm əhəmiyyət kəsb edir. Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən cari ildə 80 ştat vahidi üzrə elan edilmiş müsabiqənin də tam şəffaflıq və obyektivlik şəraitində keçirilməsi, sıralarımızın layiqli gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunmalıdır.

 

Prokurorluq orqanlarının fəaliyyətində aşkarlığın təmin edilməsi, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin tamamilə yeni müstəvidə qurulması istiqamətində görülən tədbirlər də həyata keçirilən islahatların mühüm tərkib hissələrindən olmuşdur.

 

Prokurorluğun istintaq fəaliyyətinin daha da təkmilləşdirilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, «Prokurorluq haqqında» Qanunla müəyyənləşdirilmiş digər fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili məqsədilə həyata keçirilən tədbirlər də öz real nəticələrini vermişdir.

 

Ötən dövrdə Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə məqsədyönlü və yüksək peşəkarlıqla birgə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində bir sıra xüsusi təhlükəli və ölkə ictimaiyyətini narahat edən cinayətlər açılmış, cinayətkar dəstələr ifşa edilmiş,  məsuliyyətə cəlb edilərək məhkəməyə verilmişdir.

 

Erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş cinayətlərin istintaqı ilə əlaqədar prokurorluq, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən məqsədyönlü və səmərəli tədbirlərin həyata keçirildiyini xüsusi qeyd etmək istərdim.

 

Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilərək onların bir qisminin öldürülməsi və şikəst edilməsi, habelə ermənilərin törətdikləri təxribat, terrorizm və başqa ağır cinayət faktları ilə əlaqədar son illərdə xeyli işlər görülmüş: 20100 şəxs şahid kimi dindirilmiş, erməni millətindən olan 74 nəfər şəxs barəsində cinayət məsuliyyətinə cəlb etmə qərarları çıxarılmış, onların 56-sı haqqında həbs qətimkan tədbiri seçilmiş, dünyanın 188 ölkəsində beynəlxalq axtarış elan edilməsi təmin edilmişdir.

 

Bu işlərin məntiqi nəticəsi kimi erməni terrorizminin vəhşi simasını ortaya qoyan Xocalı faciəsinin siyasi-hüquqi qiymətini verən «Genosid və ekosid» adlı kitabın nəşri təmin edilərək bu gün sizlərə təqdim olunmuşdur.

 

Bu kitab Azərbaycanın erməni terroruna məruz qalmasından və Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal olunmuş Qarabağ bölgəsinə həsr olunub. Kitabda on altı ildə əldə olunmuş materialların, fakt və sənədlərin ən lazımlısı və gərəklisi verilib. Kitabda toplanmış faktlar, sənədlər və tədqiqat materialları beynəlxalq terrorizmin bir qolu olan erməni terrorizminin və onun tərəfdarlarının əsl simasını açıb göstərir.

 

Hesab edirəm ki, bu kitab erməni separatçılığının və terrorizminin beynəlxalq aləmdə əsl simasını açmaq üçün mühüm rol oynaya bilər. Îna görə də beynəlxalq dillərə tərcümə etməsini, ziyalıları, ictimai və beynəlxalq qurumların, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə geniş şəkildə kitabın təqdimatı keçirilməlidir.

 

Görülən işlərlə yanaşı açıq etiraf edilməlidir ki, prokurorluq orqanlarının işində müəyyən çatışmazlıqlar hələ də qalmaqdadır. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, əlaqədar digər dövlət təsisatlarının istintaq, təhqiqat və əməliyyat-axtarış  fəaliyyətinə nəzarətin həyata keçirilməsində, dövlət ittihamının müdafiəsi üzrə qurumlar tərəfindən məhkəmə səhvlərinin aradan qaldırılmasında, möhkəm nizam-intizam yaradılması sahəsində həyata keçirilən tədbirlərin kifayət qədər səmərəli olmaması və bu sahələrdə nöqsanlara yol verilməsi halları mövcuddur. Saülam tənqidi qəbul edən Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi fəaliyyətimizdə mövcud olan bu neqativ halları görür və onların təxirəsalınmadan aradan qaldırılması üçün prinsipial tədbirlər həyata keçirir və bundan sonra həmin tədbirlər davam etdiriləcəkdir.

 

Əldə etdiyimiz və dövlət səviyyəsində yüksək qiymətləndirilən uğurlarımıza baxmayaraq, qarşımızda çox mühüm vəzifələr durur. Sivil dövlət təsisatı kimi milli prokurorluğun daha da təkmilləşdirilməsi üçün islahatlar bundan sonra da davam etdirilməli, «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işimizin keyfiyyət və səmərəliliyinin daha da artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirməli, fəaliyyətimizin səmərəliliyinə mənfi təsir göstərən neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılması üçün qəti tədbirlər görülməli və son nəticədə işimizin dövlət tərəfindən bizə göstərilən etimad və beynəlxalq standartlar səviyyəsində qurulması, qanunun aliliyi və insan hüquqlarının  etibarlı müdafiəsi, cinayətkarlığa qarşı prinsipial və barışmaz mübarizə aparılması  təmin olunmalıdır. Baş Prokurorluqda və tabe struktur qurumlarda möhkəm nizam-intizam yaradılması, vətəndaşların müraciətlərinə baxılması və onların prokurorluq orqanlarında qəbulu işinin düzgün təşkili, prokurorluğun istintaq işinin, ibtidai araşdırmaya prosessual rəhbərliyin, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülməlidir.

 

 

 

Hörmətli həmkarlar!

 

Müasir dövrdə Azərbaycan Respublikasının qarşısında duran möhtəşəm vəzifələrin uğurla həyata keçirilməsi hər bir dövlət təsisatından, o cümlədən prokurorluq orqanları və onun hər bir əməkdaşından yüksək məsuliyyət və fəal vətəndaşlıq mövqeyi tələb edir. Əminəm ki, bu gün öz peşə bayramını qeyd edən Azərbaycan Respublikası Prokurorluğu  kollektivi öz məsuliyyətini dərindən dərk etməklə, fəaliyyətinin dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, Dövlət başçısı cənab İlham Əliyevin  rəhbərliyi altında respublikamızın demokratik dəyərlər əsasında dinamik inkişafına istiqamətləndirilmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında səlahiyyət hədləri daxilində öz xidmətlərini  göstərəcəkdir.

 

Mən bir daha prokurorluq orqanlarının bütün əməkdaşlarını və veteranlarımızı Azərbaycan Respublikasının milli prokurorluğunun yaradılmasının 88 illiyi və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər birinizə şəxsi həyatınızda və xidməti fəaliyyətinizdə uğurlar diləyirəm.

 

 

 

Diqqətinizə görə sağ olun!