Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2006-10-09
2006-cı il mayın 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 83 illiyi ilə əlaqədar «Heydər Əliyev Azərbaycanın ən yeni tarixinin yaradıcısıdır» mövzusunda elmi-praktiki konfrans keçirilmiş və müəllifi Baş Prokurorluğun şöbə rəisi Eldar Əfəndiyev olan «Planetimizin bütün dövrlərdə ən görkəmli şəxsiyyəti» kitabının təqdimat mərasimi olmuşdur.

Elmi-praktiki  konfransda  Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun

ÇIXIŞI

 

Hörmətli həmkarlar və qonaqlar!

Bu günlərdə xalqımız Azərbaycanın ən yeni tarixinin və müstəqil dövlətçiliyimizin yaradıcısı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 83 illiyini təntənəli şəkildə qeyd edir.

Tarixi bir reallıqdır ki, son 30 ildən artıq bir müddəti əhatə edən dövr ərzində Azərbaycan Respublikasının və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlər Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə sıx bağlı olmuşdur. Qədirbilən xalqımızın öz böyük oğlu Heydər Əliyevin Azərbaycan və millət naminə gördüyü möhtəşəm işlərə və bizlərə müstəqil dövlətdə yaşamaq imkanı yaradan xilaskarlıq missiyasına verdiyi böyük qiymətin nəticəsidir ki, həmin zaman kəsiyi «Azərbaycan tarixinin Heydər Əliyev dövrü» kimi dəyərləndirilir.

Azərbaycan Respublikasının və xalqımızın çətin sınaqlarla qarşılaşdığı həmin dövr ərzində Ólu Öndər Heydər Əliyev SSR İttifaqı imperiya dövlətinin tərkibində ölkəmizin faktiki müstəqilliyini qoruyub saxlamış, müstəqilliyimizə düşmən qüvvələrin ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş məkrli cinayətkar hərəkətlərinin qarşısını almış, özünün yaratdığı sabitlik və əmin-amanlıq şəraitindən istifadə etməklə misli görünməmiş möhtəşəm quruculuq işlərini həyata keçirmişdir.

Öz həyatını doğma xalqına xidmətə həsr edən Heydər Əliyevin müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycan dövləti qarşılaşdığı sərt və çətin sınaqlardan uğurla çıxa bilmiş, gələcəyə istiqamətləndirilmiş strateji inkişaf konsepsiyasına müvafiq olaraq respublikamızda əsaslı dəyişikliklərlə nəticələnən böyük quruculuq işləri həyata keçirilmişdir.

Müdrik və uzaqgörən Heydər Əliyev dövlətçilik siyasətinin məntiqi nəticəsidir ki, dünya dövlətləri birliyində layiqli yerini tutan Azərbaycan Respublikasında ölkə həyatının bütün sahələrini əhatə edən mütərəqqi islahatlar aparılmaqla hüquqi və sivil bir dövlət, qanunun aliliyinə və demokratik hüquq və azadlıqlarına real təminatlar yaradan vətəndaş cəmiyyəti formalaşdırılmış, xalqımızın həyat tərzinin, maddi-sosial vəziyyətinin durmadan yaxşılaşdırılmasını təmin edəcək iqtisadi müstəqilliyə nail olunmuşdur.

Ólu Öndər Heydər Əliyevin bütün nəsillərə örnək ola biləcək mənalı həyat yolu və müdrik dövlətçilik fəaliyyətinin əsas qayəsi doğma xalqına və millətinə sədaqətlə xidmətdən, onun xoşbəxt gələcəyi uğrunda məqsədyönlü mübarizədən ibarət olmuşdur. Înun həyatının bütün mərhələləri bu istiqamətlərdə mübarizəyə həsr olunmuşdur.

Çıxışımın əvvəlində qeyd etdiyim kimi, biz ölkəmizin müstəqillik yolunda qısamüddətli inkişafı tarixinin canlı şahidləri olduğumuz üçün çox gözəl bilirik ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan hansı vəziyyətdə idi və nə kimi məhvedici təhlükələrlə üzləşmişdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının SSR İttifaqı dövlətinin tərkibində olduğu müddətdə yaradılmış böyük iqtisadi potensialı qısa müddətlər ərzində dağıdan üzdəniraq müxalifət qüvvələrinin bir illik hakimiyyəti dövründə ölkədə siyasi böhran və idarəolunmaz xaos vəziyyəti ən yüksək həddə çatmış, vətəndaş müharibəsinin başlanması astanasında olan Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi üçün real təhlükələr yaranmış, vətəndaşların hüquqlarının kütləvi şəkildə pozulması adi hala çevrilmişdi.

Məhz Ólu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin məhvolma təhlükəsi qarşısında qaldığı belə bir dövrdə doğma xalqının israrlı tələbi ilə siyasi hakimiyyətə tarixi bir qayıdış edərək öz xilaskarlıq missiyasına başladı. Fiziki cəhətdən məhv edilməsi üçün çoxsaylı sui-qəsdlər və terror aktlarının planlaşdırıldığını bildiyi halda, həyatını təhlükəyə ataraq xalqının naminə bu müqəddəs missiyanı öz üzərinə götürən Heydər Əliyevin siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri nəticəsində müstəqilliyimizin itirilməsi və ərazilərimizin parçalanması təhlükəsi birdəfəlik aradan qaldırıldı, dövlətçiliyimizə qəsd edən çevriliş cəhdlərinin qarşısı alındı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyulmaqla Azərbaycanda möhkəm və dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq təmin edildi. Atəşkəsin əldə edilməsi və ərazi bütövlüyümüzü müdafiə etməyə qadir olan nizami Milli Îrdu formalaşdırılması ilə bərabər Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı.

Məhz bundan sonra özünün yaratdığı dayanıqlı sabitlik şəraitindən məharətlə istifadə edən Heydər Əliyev öz böyük quruculuq missiyasına başlamaqla, ölkəmizin iqtisadi müstəqilliyinin və əhalinin yüksək rifah halını təmin edəcək Azərbaycanın iqtisadi inkişaf strategiyasını işləyib hazırladı və onun mərhələ-mərhələ həyata keçirilməsini təmin etdi. Müəllifi Ólu Öndərimiz olan möhtəşəm neft strategiyasının həyata keçirilməsi yolundakı maneələr aradan qaldırılmaqla, 1994-cü ilin sentyabr ayında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqavilələrinin imzalanması və Prezidentimizin şəxsi təşəbbüsü və nüfuzu sayəsində ümumdünya kommunikasiya proqramının mühüm tərkib hissəsi olan tarixi «İpək Éolu»nun bərpasına başlanılması nəticəsində milyardlarla dollar məbləüində irimiqyaslı xarici investisiyaların respublikamıza axını başladı, hərtərəfli iqtisadi islahatlar həyata keçirilməklə, bazar iqtisadiyyatının və azad sahibkarlığın bərqərar olması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və aqrar islahatlar prosesi prioritet istiqamətlərə çevrildi.

Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişaf konsepsiyasına müvafiq olaraq həyata keçirilən siyasət tədbirlərinin nəticəsidir ki, bu gün ölkəmizin coğrafi-strateji mövqeyi və beynəlxalq siyasət aləmində rolu əhəmiyyətli dərəcədə yüksəlmiş, hərtərəfli inkişaf üçün stimul yaradan, günü-gündən xalqımızın maddi-sosial rifah halını yüksəltməyə imkan verən və günü-gündən qüdrətlənən iqtisadi potensiala malik bir dövlətə çevrilmişdir.

1993-cü ilin ikinci yarısından etibarən Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlətçilik siyasətinin aparıcı və əsas istiqamətlərindən olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda görülən tədbirlər və milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları nəticəsində demokratiyanın və insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaradılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident və parlament seçkiləri təcrübəsinin formalaşdırılması, siyasi plüralizm, söz və mətbuat azadlığı üçün, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar kimi vətəndaş cəmiyyətinin formalaşdırılması ilə nəticələnmişdir.

 

Hörmətli həmkarlar!

 

1993-cü ilin iyun ayında Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə xilasedici qayıdış edən Ólu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də ondan ibarət olmuşdur ki, qanunun aliliyini təmin edəcək bir cəmiyyət formalaşdırılmaqla, respublika miqyasında ciddi nizam-intizam yaradıldı və cinayətkarlığa qarşı barışmaz müharibə elan edildi, bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı mübarizəyə istiqamətləndirildi. Bütün bunlar öz növbəsində respublikanın hüquq-mühafizə orqanlarının fəaliyyətində əsaslı dönüş yaradılması, ciddi tələbkarlıq şəraiti formalaşdırılmaqla dövlət mənafelərinin qorunması amillərinin ön plana çəkilməsi ilə nəticələndi.

Müstəqil Azərbaycan Respublikası mühüm dövlət təsisatlarından biri olan milli prokurorluğun bu günkü vəziyyətdə mövcudluğuna və formalaşmasına görə biz prokurorluq əməkdaşları, ilk növbədə, Ólu Öndərimiz Heydər Əliyev şəxsiyyətinə borcluyuq. Çünki prokurorluğun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Məhz ümummilli liderimiz Heydər Əliyevin 26 aprel 2000-ci ildə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluğun həyatında müstəsna rol oynamış tarixi görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla, Dövlət başçısının tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edilmişdir.

Çox sevindirici və müsbət haldır ki, Heydər Əliyevin siyasi varisi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bütün hüquq-mühafizə orqanlarına, o cümlədən, prokurorluğa daim dövlət səviyyəsində diqqət və qayğı göstərilir, fəaliyyətimizin daha da təkmilləşdirilməsi, əməkdaşlarımızın maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

 

Hörmətli qonaqlar və həmkarlar!

 

Hamımızın gözləri qarşısında reallaşan gerçəklik və danılmaz həqiqətdir ki, müasir Azərbaycan tarixinin 1969-cu ildə başlayaraq 30 ildən artıq bir müddət ərzində davam edən taleyüklü mərhələsində ölkə həyatının bütün sahələrində əldə edilən böyük uğurlar, ölkəmizdə demokratik və hüquqi dövlət yaradılması və vətəndaş cəmiyyətinin formalaşdırılması ilə nəticələnən möhtəşəm islahatlar xalqımızın ümummilli lideri Heydər Əliyevin titanik və müdrik dövlətçilik fəaliyyəti nəticəsində mümkün olmuşdur.

Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə xilaskarlıq missiyasını öz üzərinə götürən, yeni demokratik və qüdrətli Azərbaycanı yaratmaq üçün böyük quruculuq missiyasını həyata keçirən, indiki və gələcək nəsillərə yadigar olaraq Azərbaycanın gələcək inkişafının strateji konsepsiyasını işləyib hazırlayan Heydər Əliyevin dühası və siyasi irsi bundan sonra da xalqımızın xoşbəxt gələcəyə olan yolunu daima işıqlandıracaqdır və bu dahi şəxsiyyətin parlaq və unudulmaz xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dahi rəhbərimizin həyat amalını əks etdirən belə bir ifadə işlətmişdir ki, «Heydər Əliyev, 1993-cü ildə öz həyatını təhlükə altına qoyaraq ikinci dəfə hakimiyyətə gəldikdə, qarşısında bir məqsəd var idi - xalqına xidmət etmək. Î demişdi ki, «Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram». Bizim məqsədimiz bu ideyaları yaşatmaqdır, onun siyasətini davam etdirməkdir».

 

Hörmətli qonaqlar və həmkarlar!

 

2003-cü ilin oktyabr ayında tam demokratik prosedurlar əsasında keçirilən prezident seçkilərinin nəticələrinə görə xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin dövlətçilik tədbirləri əyani şəkildə onu göstərir ki, Ólu Öndər Heydər Əliyevin ideyaları yaşayır və onun müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq bu ideyaların həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Son iki il yarım ərzində Azərbaycanda görülən və bu gün də müvəffəqiyyətlə davam etdirilən quruculuq işləri, Azərbaycan Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafı, xalqımızın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş siyasət tədbirləri Heydər Əliyev şəxsiyyətinin unudulmaz xatirəsinə ən qiymətli hədiyyədir.

Təkcə onu göstərmək kifayətdir ki, Heydər Əliyevin yaratdığı şah əsəri olan müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı barədə strateji konsepsiyaya sadiqlik nümayiş etdirən Dövlət başçısı cənab İlham Əliyevin məqsədyönlü dövlətçilik siyasəti nəticəsində 2005-ci ildə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilmiş, Azərbaycan dünyada analoqu olmayan bir nəticəyə - ümumi daxili məhsul artımının 26 faizlik inkişaf tempinə nail olmuş, sənaye istehsalı 33, əhalinin pul gəlirləri 27, əmək haqları 22 faiz artırılmaqla, son iki il ərzində 340 min yeni iş yerlərinin açılması təmin edilmişdir. 2005-ci ildə həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, cari ildə dövrümüzün nəhəng enerji layihələri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tam istismara verilməsi üçün bütün hazırlıq işləri görülmüşdür.

Möhtərəm Prezidentimizin qətiyyətli hərəkətləri nəticəsində 2005-ci ildə, eyni zamanda, xalqımızın qazandığı uğurları gözü götürməyən destruktiv qüvvələrin Azərbaycanda siyasi hakimiyyəti qeyri-konstitusion yolla ələ keçirmək cəhdlərinin qarşısı alınmaqla müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, şəffaf prosedurlar əsasında Ali qanunverici orqan olan Milli Məclisə seçkilər keçirilməklə ölkəmizdə ümumbəşəri dəyərlərə əsaslanan demokratikləşmə proseslərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının dünya dövlətlərinin hesablaşmaq məcburiyyətində qalacağı qüdrətli bir dövlətə çevrilməsi istiqamətində Ólu Öndər Heydər Əliyevin vəsiyyətlərinin uğurla həyata keçirilməsinin nəticəsidir ki, Amerika Birləşmiş Ştatları kimi super bir dövlətin prezidenti Corc Buş 28 aprel 2006-cı il tarixdə cənab İlham Əliyevi Aü evdə qəbul edərkən demişdir ki, «Cənab Prezident, mən Sizin rəhbərliyinizi yüksək dəyərləndirirəm. Mən bu dünyada istədiyimiz məqsədə - enerji təhlükəsizliyinə nail olmaqda Prezidentin və onun hökumətinin mövqeyinə görə minnətdaram. Mənimlə fikirləri bölüşdürdüyünüzə görə minnətdaram. Bizimlə birgə olduğunuza görə minnətdaram».

Bu günlərdə respublikamızın paytaxtı Bakı şəhərində 10 dövləti təmsil edən 3 prezident, 4 hökumət rəhbəri və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu zirvə toplantısının keçirilməsi Azərbaycanın bölgədə günü-gündən artan siyasi nüfuzunun təsdiqi kimi çox böyük əhəmiyyətə malikdir.

Bütün bunlar əsası Ólu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən müdrik və gələcəyə istiqamətləndirilmiş dövlətçilik siyasətinin nəticəsidir, Heydər Əliyev siyasətinin təntənəsidir.

 

Hörmətli qonaqlar və həmkarlar!

 

Əsl həyat məktəbi olan Heydər Əliyev irsinin öyrənilməsi hər bir azərbaycanlının, o cümlədən prokurorluq əməkdaşlarının əsas vəzifələrindən biridir. Hesab edirəm ki, bu gün sizlərə təqdim etdiyimiz, müəllifi Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldar Əfəndiyev olan «Planetimizin bütün dövrlərdə ən görkəmli şəxsiyyəti» adlı kitabın həmin irsin öyrənilməsində böyük rolu olacaqdır.

Çıxışımın sonunda tam əmin olduğumu bildirmək istəyirəm ki, sivil və demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşmasına görə Ólu Öndərimiz Heydər Əliyevə borclu olan Azərbaycan Prokurorluğunun kollektivi onun siyasi kursunun davam etdirilməsində, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasında, bu siyasətin davamçısı olan Dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində həmişə yaxından iştirak edəcəkdir.

Diqqətinizə görə sağ olun!