Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2005-12-18
18 dekabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun 

ÇIXIŞI
 

 

 

Hörmətli həmkarlar!

 

Bu gün bütün Azərbaycan xalqı öz böyük oğlu, ulu öndərimiz, müstəqil Azərbaycan dövlətçiliyinin və ən yeni tariximizin yaradıcısı olan Heydər Əliyevin vəfatının 2-ci ildönümünü qeyd edir.

 

Öz doğma xalqına sədaqətli xidmətin ən bariz nümunəsi olan Heydər Əliyev ömrünün əsas məqsədini Azərbaycan xalqını ən inkişaf etmiş dünya xalqları sırasına çıxarmaq, böyük qurbanlar hesabına əldə edilmiş müstəqil dövlətçiliyimi daha da möhkəmləndirmək və əbədi etmək kimi ulu maraqlar təşkil etmişdir.

 

1969-cu ildən başlayaraq son 30 ildən artıq olan bir tarixi dövr ərzində Azərbaycan Respublikasının və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş dirçəliş və nailiyyətlər yalnız və yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, onun tərəfindən görülmüş işlərin möhtəşəmliyinə Azərbaycan xalqı tərəfindən verilən böyük qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq bu günə qədər davam edən zaman kəsiyi «Azərbaycan tarixinin Heydər Əliyev dövrü» kimi səciyyələndirilir.

 

Azərbaycan Respublikasının SSR İttifaqı imperiya dövlətinin tərkibində olduğu, müstəqil inkişaf tarixinin əvvəllərində anarxiya və xaos vəziyyəti ilə qarşılaşdığı, ən nəhayət, məqsədyönlü quruculuq işlərinin həyata keçirildiyi illəri əhatə edən bu dövr ərzində Heydər Əliyev kimi dahi şəxsiyyətin və görkəmli siyasətçinin möhtəşəm fəaliyyəti nəticəsində Azərbaycan dövləti zamanın sərt və çətin sınaqlarından çıxa bilmiş, uzaqgörən inkişaf strategiyası əsasında qısa zaman kəsiyində respublikamızda əsaslı dəyişikliklərlə nəticələnən böyük işlər görülmüşdür.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və müdrik dövlətçilik siyasəti nəticəsində bu gün dünya dövlətləri birliyində öz layiqli yerini tutan Azərbaycan Respublikasında mütərəqqi və dünyəvi dəyərlərə uyğun islahatlar aparılmaqla demokratik, hüquqi və sivil bir dövlət qurulmuş, ölkəmizin iqtisadi müstəqilliyinə nail olunmaqla xalqımızın hərtərəfli təminatlı gələcəyi üçün bütün əsaslar yaradılmış, dönməz və dayanıqlı ictimai-siyasi sabitlik əldə edilməklə qanunun aliliyinə və insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşdırılmışdır.

 

Mərhum Prezidentimizin söylədiyi «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracam» ifadəsi onun həyatının və dövlətçilik fəaliyyətinin əsas mahiyyətini təşkil etmişdir. Bu həyat yolunun bütün mərhələləri doğma xalqına və millətinə sədaqətlə xidmətin, onun xoşbəxt gələcəyi uğrunda məqsədyönlü fəaliyyətin bariz nümunəsi kimi bütün nəsillər və hər birimiz üçün örnək kimi qəbul edilməlidir.

 

Hamımıza yaxşı məlumdur ki, 1993-cü ilin iyun ayına qədər hakimiyyətdə olan siyasi qüvvələrin milli mənafelərimizə zidd xəyanətkar hərəkətləri və düşünülməmiş addımları nəticəsində Azərbaycan hansı çətinliklər və problemlər qarşısında qalmışdı. Hakimiyyət böhranının və anarxiya vəziyyətinin ən yüksək həddə çatdığı, ölkədə vətəndaş müharibəsinin başlaması və dövlət müstəqilliyinin itirilməsi üçün real təhlükə yarandığı həmin dövrdə xalqının israrlı tələbi ilə Azərbaycanda hakimiyyətə xilasedici və tarixi qayıdış edən Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörən siyasət tədbirləri nəticəsində müstəqilliyimizin itirilməsi və ərazilərimizin parçalanması təhlükəsi birdəfəlik aradan qaldırıldı, dövlətçiliyimizin mövcudluğu üçün böyük təhlükə yaradan dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, ayrı-ayrı daxili və xarici qüvvələr tərəfindən ölkə Prezidentinin fiziki cəhətdən məhv edilməsi üçün dəfələrlə təşkil edilmiş sui-qəsd və terror aktları zərərsizləşdirildi, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyulmaqla Azərbaycanda möhkəm və dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq təmin edildi. Atəşkəsin əldə edilməsi və ərazi bütövlüyümüzü müdafiə etməyə qadir olan nizami Milli Îrdu formalaşdırılması ilə bərabər Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı.

 

Heydər Əliyevin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də ondan ibarət olmuşdur ki, o, özünün yaratdığı dayanıqlı sabitlik şəraitindən məharətlə istifadə edərək, ölkəmizin iqtisadi müstəqilliyinin və əhalinin rifahının təmin edilməsinə yönəldilmiş Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını işləyib hazırlamaqla onun mərhələ-mərhələ həyata keçirilməsini təmin etdi.

 

Ölkəmizin uğurlu və gələcəyə hesablanmış neft strategiyasının həyata keçirilməsi sayəsində 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqavilələrinin imzalanması və Prezidentimizin şəxsi təşəbbüsü və nüfuzu sayəsində ümumdünya kommunikasiya proqramının mühüm tərkib hissəsi olan tarixi «İpək Éolu»nun bərpasına başlanılması nəticəsində milyardlarla dollar məbləüində irimiqyaslı xarici investisiyaların respublikamıza axını başladı, hərtərəfli iqtisadi islahatlar həyata keçirilməklə, bazar iqtisadiyyatının və azad sahibkarlığın bərqərar olması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və aqrar islahatlar prosesi prioritet istiqamətlərə çevrildi.

 

Gələcəyə istiqamətləndirilmiş uğurlu Heydər Əliyev iqtisadi siyasətinin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın coğrafi-strateji mövqeyi və beynəlxalq siyasət aləmində rolu əhəmiyyətli dərəcədə yüksəlmiş, Azərbaycan ölkəmizin hərtərəfli inkişafı üçün stimul yaradan, günü-gündən xalqımızın maddi rifah halı və həyat səviyyəsini yüksəltməyə imkan verən, daim inkişaf edən və möhkəmlənən iqtisadi potensiala malik bir dövlətə çevrilmişdir.

 

1993-cü ilin ikinci yarısından etibarən Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlətçilik siyasətinin aparıcı və əsas istiqamətlərindən olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda görülən tədbirlər və milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları nəticəsində demokratiyanın və insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaradılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident və parlament seçkiləri təcrübəsinin formalaşdırılması, siyasi plüralizm və söz və mətbuat azadlığı üçün, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar kimi vətəndaş cəmiyyətinin formalaşdırılması ilə nəticələnmişdir.

 

 

 

Hörmətli həmkarlar!

 

 

 

Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra respublikamızın hüquq-mühafizə orqanlarının fəaliyyətində də əsaslı dönüş yaranmış, ciddi intizam və tələbkarlıq şəraiti formalaşdırılmaqla dövlət mənafeyi amilləri ön plana çəkilmişdir. Məhz xalqımızın ümummilli liderinin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz müharibə elan edilməklə, bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər edilmişdir.

 

Müstəqil Azərbaycan Respublikasının milli prokurorluğunun dövlətçiliyin maraqlarına və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil bir qurum kimi formalaşması da ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların, o cümlədən, məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti, onun qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin 26 aprel 2000-ci ildə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluğun həyatında müstəsna rol oynamış tarixi görüşdən sonra Azərbaycan Respublikası prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla, Dövlət başçısının tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edilmişdir.

 

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bütün hüquq-mühafizə orqanları kimi prokurorluğa da daim dövlət səviyyəsində diqqət və qayğı göstərilir, prokurorluq orqanlarına olan inam və etimadın nəticəsi olaraq onun kollektivinin əməyinə qiymət verilir.

 

Qısaca da olsa dediklərimi ümumiləşdirməklə, onu bildirmək istəyirəm ki, müasir Azərbaycan tarixinin 1969-cu ildə başlayan və 30 ildən artıq bir müddət ərzində davam edən taleyüklü mərhələsində ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətlər, demokratik və hüquqi bir dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşdırılması yolunda həyata keçirilmiş inqilabi dəyişikliklər, xalqımızın xoşbəxt gələcəyinə real təminatlar yaradılması istiqamətində görülən böyük işlər, ölkəmizin gələcək inkişafının strateji konsepsiyasının işlənilib hazırlanması yalnız və yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna fəaliyyəti nəticəsində mümkün olmuşdur.

 

Azərbaycan Respublikasının çətin sınaqlar qarşısında qaldığı və həlledilməz problemlərlə üzləşdiyi taleyüklü bir məqamda xilaskarlıq missiyasını öz üzərinə götürməklə, siyasi müdrikliyi və xalqına olan dərin məhəbbətinə arxalanaraq yeni Azərbaycanı, həyatımızın mövcud gerçəkliklərini yaradan Heydər Əliyev dühası, onun yaratdığı zəngin dövlət idarəçilik məktəbi və ölkəmizin gələcək inkişafının strateji istiqamətləri xoşbəxt gələcəyimizə təminat verən əsaslar kimi xalqımızın yolunu daima işıqlandıracaqdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi sözlər də dahi rəhbərimizin həyat amalını çox düzgün əks elətdirir: «Heydər Əliyev, 1993-cü ildə öz həyatını təhlükə altına qoyaraq ikinci dəfə hakimiyyətə gəldikdə, qarşısında bir məqsəd var idi - xalqına xidmət etmək. Î demişdi ki, «Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram». Bizim məqsədimiz bu ideyaları yaşatmaqdır, onun siyasətini davam etdirməkdir».

 

Öz müdrik dövlətçilik siyasəti ilə yeni müstəqil Azərbaycanı yaradan ulu öndərimiz Heydər Əliyevin şəxsiyyətinə xalqımızın ehtiramı ölçüyəgəlməzdir və bu şəxsiyyətin parlaq və unudulmaz xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq və onun dühası ölkəmizin gələcək inkişaf yollarını daima işıqlandıracaqdır.

 

2003-cü ilin oktyabr ayında tam demokratik prosedurlar əsasında keçirilən prezident seçkilərinin nəticələrinə görə xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin dövlətçilik siyasəti əyani şəkildə sübuta yetirmişdir ki, Heydər Əliyev siyasəti və ideyaları yaşayır və onun müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq bu ideyaların həyata keçirilməsi istiqamətində ardıcıl olaraq və məqsədyönlü şəkildə müvafiq tədbirlər həyata keçirilir. Və son iki il ərzində Azərbaycanda görülən və bu gün də müvəffəqiyyətlə davam etdirilən quruculuq işləri, Azərbaycan Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafı, xalqımızın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş siyasət tədbirləri Heydər Əliyev şəxsiyyətinin unudulmaz xatirəsinə ən qiymətli hədiyyədir.

 

Heydər Əliyev siyasi kursunun davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əsas məqsədi öz millətinə xidmət etməkdən, dövlətçiliyimizin əbədiliyi və daimiliyini təmin etməkdən, Azərbaycan Respublikasını daha da inkişaf etmiş və iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevirməkdən, xalqın həyat səviyyəsini durmadan yüksəltməkdən ibarətdir. Dövlət başçısının siyasəti və gündəlik fəaliyyəti, ilk növbədə, dahi rəhbərimiz Heydər Əliyevin ideyalarının və onun müəyyənləşdirdiyi strateji məqsədlərin həyata keçirilməsinə, demokratik yenidənqurma proseslərinin daha da inkişaf etdirilməsinə, xalqımızın maddi-sosial vəziyyətinin durmadan yaxşılaşdırılmasına, hərtərəfli iqtisadi yüksəlişin təmin olunmasına, xalqımızın ən aürılı yeri olan Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsinə istiqamətləndirilmişdir.

 

 

 

Hörmətli həmkarlar!

 

 

 

Çıxışımın sonunda mən bildirmək istəyirəm ki, xalqımızın ümummilli liderinin etimad və qayğısı sayəsində demokratik məzmunda tamamilə yenidən formalaşmış Respublika Prokurorluğunun kollektivi Ólu öndərimiz Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, onun əbədiliyi və daimiliyi üçün bütün təminatlar yaratdığı dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasında bu kursun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində həmişə yaxından iştirak edəcəkdir.

 

 

 

Diqqətinizə görə sağ olun!