Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2005-01-25
25 yanvar 2005-ci il tarixdə Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyinin kinozalında Azərbaycan Prokurorluğunun veb-saytının açılışına həsr olunmuş mərasim keçirilmişdir.
Mərasimdə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun
 

ÇIXIŞI

 

 

 

Hörmətli həmkarlar!

 

Hamınıza məlum olduğu kimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Prokurorluğunda aparılan islahatlar gedişində fəaliyyətimizdə aşkarlığın təmin olunması, prokurorluğun işinin obyektiv işıqlandırılması, ictimaiyyət, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi sahəsində də xeyli işlər görülmüşdür. Baş Prokurorluqda tam yeni məzmunda İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması, «Prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin təkmilləşdirilməsi haqqında» 27 mart 2001-ci il tarixli əmrin verilməsi bu tədbirlər sırasına daxildir.

 

2003-cü ilin dekabr ayında Cenevrə şəhərində keçirilən İnformasiya cəmiyyəti üzrə Dünya sammitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə informasiya texnologiyasının yaradılması və inkişaf etdirilməsi barədə tövsiyələrinə müvafiq olaraq, prokurorluqda bu istiqamətdə görülən işlər də davam etdirilmişdir. Elmi-texniki tərəqqinin və kompüter texnikasının imkanlarından istifadə edilməklə, prokurorluğun fəaliyyətində aşkarlığın və İNTERNET şəbəkəsi vasitəsi ilə informasiya mübadiləsinin təmin olunması məqsədilə Azərbaycan Prokurorluğunun veb-saytının yaradılması qərara alınmışdır. Bu məsələ ilə əlaqədar Baş prokurorun müavini Eldar Nuriyevin sədrliyi ilə yaradılmış komissiya tərəfindən veb-saytın təşkil olunması istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, prokurorluğun fəaliyyəti barədə üç dildə - Azərbaycan, rus və ingilis dillərində olan məlumatları özündə cəmləşdirən xüsusi bölmələr və səhifələr hazırlanmış və bunun nəticəsidir ki, həmin məsələ ilə əlaqədar bu gün açılış mərasimi keçirilir. Prokurorluğun həyatında mühüm əhəmiyyət kəsb edən bu əlamətdar hadisə münasibətilə hamınızı təbrik edirəm və arzu edirəm ki, Baş Prokurorluğun bütün struktur qurumları və hər bir əməkdaş veb-saytda yerləşdirilmiş məlumatların daha da zənginləşdirilməsi və yeni məlumatların hazırlanması işində yaxından iştirak etsinlər.

 

Azərbaycan Prokurorluğunun veb-saytının yaradılması ilə əlaqədar görülmüş tədbirlər barədə daha ətraflı məlumat vermək üçün sözü Baş prokurorun müavini Eldar Nuriyevə verirəm.