17 il... Bizi ən yeni tariximizin kandarında yaxalayıb çətin sınaqlara çəkən hadisələrdən ayıran zaman məsafəsi. Həqiqi müstəqilliyimizin, xilas və nicatımızın təvəllüd və ömür yolu.
Məlum olduğu kimi, korrupsiya bütün cəmiyyətlərə xas olmaqla eyni zamanda bütün cəmiyyətləri narahat edən bir bəladır. Korrupsiyaya qarşı mübarizə bütün dövlət və cəmiyyətlərin əsas vəzifələrindən biridir.
Seçki hüququnun pozulmasına görə məsuliyyət nəzərdə tutan normaların təkmilləşdirilməsi yüksək demokratik tələblərə cavab verən seçkilərin keçirilməsinin təmin edilməsinə xidmət göstərir.
Dövlət həyatında əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təminində, demokratik inkişafa törədilən maneələrin aradan qaldırılmasında, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsində, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşmasında, ictimai-siyasi həyatın bütün sahələrində dövlətin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rolu var.
Hər bir dövlət haqqında təəssürat həmin ölkənin Konstitusiyası ilə tanışlıqdan başlayır. Konstitusiya hər bir ölkənin keçmişini, bu gününü, gələcəyini, həyat və idarəçilik tərzini, insan haqlarını və dövlət rəmzlərini özündə yığcam şəkildə əks etdirən hüququ, siyasi, tarixi, bir sənəddir.
1995-ci ildə Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, cəmiyyət və gələcək nəsillər qarşısında məsuliyyətini anlayaraq ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq qəbul olunmuş Konstitusiyamız ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmış, xalqımızın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan və eyni zamanda ölkəmizdə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması işində mühüm addım olmuşdur.
Konstitusiya bütün hüquq sisteminə xas olan hüquqi tənzimləmə funksiyasını yerinə yetirir. Dövlət quruluşumuzun təməl prinsiplərini müəyyənləşdirən konstitusiya həm də cəmiyyət həyatının bütün sahələrinə dövlətin müdaxiləsinin meyarlarını, dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir. Cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün təminatçısı kimi çıxış edən konstitusiya eyni zamanda dövlətin gələcək prioritetlərini, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin çərçivələrini müəyyənləşdirir.
1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqillyi haqqında» Konstitusiya Aktının qəbul edilməsi ilə Respublikamız öz müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi dahi şəxsiyyət, ümumilli liderimiz Heydər Əliyevin yorulmaz məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. Onun tərəfindən ictimai siyasi sabitliyin bərqərar olunması, xarici siyasətin milli maraqlara uyğunlaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması inkaredilməz faktdır.
Azərbaycan xalqı özünün çoxəsrlik, zəngin və böyük təlatümlər ilə dolu tarixi bir yolunu keçərək, ötən əsrin 90-cı illərin əvvəllərində yenidən istiqlaliyyətinə qovuşaraq müstəqil və suveren dövlətini qurmuşdur. Lakin, 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra bir çox problemlərlə üzləşmiş və 1993-cü ilin əvvəllərinə qədər Azərbaycana rəhbərlik edən şəxslərin naşılıqları və dövlət idarəçilik qabiliyyətlərinin olmaması səbəbindən bu problemlər nəinki həll olunmuş, hətta bir qədər də dərinləşərək böhran həddinə çatmış və yenicə öz istiqlaliyyətini qazanan Azərbaycan uçuruma doğru yuvarlanmışdır. Məzh belə bir çətin və həlledici dövrdə dövlət müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanda mühüm siyasi və sosial-iqtisadi qərarların qəbul olunması əvəzinə hakimiyyət davası və daxili didişmələr başlanmışdır ki, bu da son nəticədə torpaqlarımızın bir çox hissəsinin itirilməsinə, yüzminlərlə soydaşlarımızın isə öz doğma yurdlarından didərgin salınmasına və Respublikamızın parçalanaraq siyasi xəritədən silinməsi təhlükəsinə gətirib çıxarmışdır
Latın dilində “constitutio”- müəyyən edirəm, təsis edirəm mənasını verən konstitusiya sözü müasir mənada vətəndaşlar, cəmiyyət və dövlət arasında ən mühüm ictimai münasibətləri tənzimləyən, konstitusiya quruluşunun, dövlət hakimiyyəti təşkilinin əsaslarını təsbit edən ən mühüm qanun kimi işlədilir.Təsadüfi deyildir ki, digər qanunlardan fərqli olaraq Konstitusiya eyni zamanda Əsas Qanun da hesab olunur və cəmiyyət həyatının bütün sahələrini əhatə edən münasibətləri nizama salır, habelə cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün, ümumi maraqların qarantı kimi çıxış edir, dövlətin statusunu, fəaliyyət konsepsiyasını, gələcək prioritetlərini əks etdirir, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil çərçivəsini müəyyən edir, cəmiyyət və dövlət quruluşunun əsaslarını, hakimiyyət orqanlarının təşkilini, onların səlahiyyətlərini və fəaliyyət qaydalarını, şəxsiyyətin statusunu, insan hüquq və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri özündə əks etdirir.
İnsanı əhatə edən bütün canlı və cansız aləm daim hərəkətdə, inkişafda və təkmilləşmədə olduğu kimi, insan özü də, onun yaratdığı cəmiyyət və qurduğu dövlət də bütün tərkib elementləri ilə birlikdə dayanmadan təkmilləşməli, daha dolğun məzmuna uyğun gələn müasir forma və metodlara yiyələnməli, qiyam, vətəndaş müharibəsi və ictimai inqilablar kimi hər cür fəlakət və sarsıntıları önləmək məqsədilə ictimai münasibətlər, sosial institutlar, dövlət hakimiyyəti orqanları, hüquq və qanunvericilik sistemi mütəmadi islahatlar yolu ilə daim inkişafda olmalıdır. Məhz yüz ildən qalma donuq ehkamların əsarətindən qurtulan, milyonlarla insan həyatının qurban verildiyi mifik “kommunizm” yuxusundan ayılıb müasir dünyanın reallıqlarına uyğunlaşa bilməməsi nəticəsində dünyanın altıda bir hissəsinə hökm etməsi, qalan hissəsini isə xofda saxlaması ilə öyünən azman sovet imperiyası ilk islahat cəhdindəcə dağılıb getdi, böyük sürətlə iflasa uğradı.
Bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi uğur gətirən amillərdəndir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə həyata keçirilən irimiqyaslı islahatlar, ardıcıllıqla reallaşan dövlət proqramları əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də ölkəmizi aparıcı, nüfuzlu dövlətlərin sırasına çıxarmışdır. Dövlət başçısının sistemli və ardıcıl fəaliyyət konsepsiyasına, elmi əsaslara söykənən məqsədyönlü sosial-iqtisadi siyasət xətti bütün sahələrdə sürətli inkişafa səbəb olmuş, ölkəmiz iqtisadi artım göstəricisinə görə dünyanın lider dövləti statusunu qoruyub saxlamışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasının ötən il ərzində uğurla davam etdirilməsi ölkənin tərəqqisinə gətirib çıxarmış, aparılan qabaqlayıcı iqtisadi tədbirlər sayəsində dünya maliyyə böhranından yan keçmək mümkün olmuş, iqtisadi imkanların artması vətəndaşların sosial durumunun adekvat yüksəlməsinə müsbət təsir göstərmişdir.
| MEQA şirkətinin istehsalı | © 2007, Azərbaycan Respublikası Baş Prokurorluğu Bütün hüquqları qorunur. E-poçt: info@genprosecutor.gov.az |
Ünvan: Nigar Rəfibəyli küç. 7
Bakı, AZ1001, Azərbaycan
Telefon: (99412) 4923032 Faks: (99412) 4930335 |