Sayt üzrə axtarış













Tabe prokurorluqlar





















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin:





Əsas səhifə / Naxçıvan MR Hərbi Prokurorluğu /Fəaliyyət istiqamətləri

Fəaliyyət istiqamətləri

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu


Maddə 4. Prokurorluğun fəaliyyət istiqamətləri

Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada: 

  • cinayət işi başlayır və ibtidai istintaq aparır;
  • ibtidai istintaqa prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir;
  • təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir;
  • məhkəmədə iddia qaldırır (ərizə verir), məlki və iqtisadi məbahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;
  • məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını mədafiə edir;
  • məhkəmə qərarlarından protest verir;
  • məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.
  • Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir.


Maddə 5. Prokurorluğun fəaliyyətinin əsas prinsipləri   

Prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: 

  • qanunçuluq;
  • hər kəsin qanun qarşısında hüquq bərabərliyi;
  • fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi;
  • obyektivlik, qərəzsizlik və faktlara əsaslanma;
  • vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının Baş prokuroruna tabe olması;
  • siyasi bitərəflik.


Maddə 14-1. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru rəhbərlik edir.

Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun müavini, böyük köməkçiləri və köməkçiləri vardır.

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda şöbələr və digər struktur bölmələri yaradıla bilər. Bu şöbələrə Naxçıvan Muxtar Respublikası hərbi prokurorunun böyük köməkçiləri hesab edilən şöbə rəisləri, prokurorlar və müstəntiqlər təyin edilə bilər.

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun işçilərini Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir. Naxçıvan Muxtar Respublikası hərbi prokuroru həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verə bilər.

Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru bu qanunda və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluq işçiləri üçün məcburidir.

Bu Qanunun 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən birləşmələrində həmçinin Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu və müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru həyata keçirir.

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarına ilk hərbi rütbələr hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun təqdimatı əsasında, ədliyyə polkovnik-leytenantı və ədliyyə polkovniki rütbələri isə Baş prokurorla razılaşdırılmaqla, Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən verilir. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarına ilk hərbi rütbələr verildikdən sonra növbəti hərbi rütbələr (ədliyyə polkovnik-leytenantı, ədliyyə polkovniki rütbələri və ali hərbi rütbələr istisna olmaqla) Naxçıvan Muxtar Respublikası Hərbi prokuroru tərəfindən verilir.

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmayan vəzifələrdə qulluq edən şəxslərin hərbi xidmətə çağırışı, onların ehtiyata və istefaya buraxılması Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir.