Maddi-texniki təminat şöbəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur bölməsidir və öz fəaliyyətini Baş prokurorun və onun bu sahəni kuratoru olan müavininin rəhbərliyi altında həyata keçirir.
Şöbənin vəzifəsi Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətinin maddi-texniki, sosial-məişət və nəqliyyat cəhətdən təmin etmək, həmçinin əsaslı tikinti və prokurorluğa mənsub olan bina və tikintilərin təmiri məsələlərini həll etməkdən ibarətdir.