Sayt üzrə axtarış













Tabe prokurorluqlar





















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin:





Əsas səhifə / Baş Prokurorluğun struktur qurumları /Dövlət ittihamının müdafiəsi üzrə idarə

Dövlət ittihamının müdafiəsi üzrə idarə

Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi

Rəis – Cəfərov İlqar Xanlar oğlu
Tel: 492-15-18
E-poçt ünvanı: i.jafarov@prosecutor.gov.az 

 
Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbə

Rəis - Albəndov Elşən Vəli oğlu 
Tel: 492-67-15
E-poçt ünvanı: e.albendov@prosecutor.gov.az
 
 
 
Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbə

Rəis - Bayramlı Qəzənfər Məmməd oğlu
Tel: 497-38-62
E-poçt ünvanı: q.bayramli@prosecutor.gov.az 

Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbə

Rəis – Həsənov Mürvət Kamil oğlu
Tel: 437-28-72
E-poçt ünvanı: m.hasanov@prosecutor.gov.az 

Dövlət ittihamının müdafiəsi üzrə idarə (bundan sonra-İdarə) Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur qurumudur.

İdarənin əsas vəzifə və funksiyalarına xüsusi ittiham qaydasında cinayət təqibi halları istisna olmaqla, birinci, apellyaysiya və kassasiya  instansiyası məhkəmələrində məhkəmə baxışında dövlət ittihamçısı qismində prokurorın iştirakını; cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri əsasında Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada və hallarda birinci instansiya məhkəmələrində cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına baxılmasında ictimai və ictiami-xüsusi ittihamın müdafiə olunmasını; məhkəmənin hökm və qərarlarına apellyasiya və kassasiya qaydasında  baxılmasında dövlət ittihamçılarının iştirakını; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə hökmdən və ya məhkəmənin qərarından yuxarı məhkəməyə protest verilməsini; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə hökmdən və ya məhkəmənin qərarından Baş prokuror və Baş prokurorun müavinin adından apellyasiya və kassasiya protestlərinin layihələrinin hazırlanmasını; əlavə kassasiya qaydasında, yeni açılmış hallar üzrə və hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmənin hökm və qərarlarına Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda baxılmasında Baş prokurorun iştirakı ilə bağlı bütün məsələlərin həll olunmasını təmin etmək; Azərbaycan Respublikasının Ali Məhkəməsində, apellyasiya və birinci instansiyası məhkəmələrində ictimai və  ictimai-xüsusi ittihamın müdafiəsi işini təşkil etmək; hökmün və məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair icraatda prokurorların iştirakını təmin etmək və s. daxildir.

İdarənin tərkibində Birinci instansiya məhkəmələrində, ağır cinayətlər məhkəmələrində, apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbələr fəaliyyət göstərir. Həmin şöbələr əsasnaməyə uyğun olaraq birinci, ağır cinayətlər, apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsini həyata keçirirlər.