Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsi Respublika Prokurorluğu orqanlarının strukturunda müstəqil qurumdur. İdarə prokurorları öz vəzifələrini idarə rəisi tərəfindən aparılan ərazi bölgüsü üzrə həyata keçirir.
Prokurorluqda istintaqa nəzarət idarəsinin əsas vəzifələrinə cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin müddəalarının düzgün icrası və tətbiqinə, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər müraciətlərin nəzarət dairəsini əhatə edən prokurorluqlarda qəbulu, qeydiyyatı və həll edilməsində qanunlara riayət olunması vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək; törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər müraciətlərə baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda rəhbərlik tərəfindən təsdiq olunmaqla cinayət işinin başlanması barədə qərar çıxarmaq, ibtidai istintaqın və təhqiqatın hərtərəfli, tam, obyektiv və vaxtında aparılmasını təmin etmək; cinayət işini, yoxlama materiallarını və digər sənədləri, ibtidai araşdırmanın gedişi haqqında məlumatları tələb etmək, cinayət işlərinin materiallarını və digər sənədləri öyrənmək, yaxud onlarla yerində tanış olmaq və s. daxildir.