Sayt üzrə axtarış

















Tabe prokurorluqlar





















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin:





Əsas səhifə / MÜRACİƏTLƏR /Müraciətlərə baxılması qaydası

Müraciətlərə baxılması qaydası

Azərbaycan Respublikası Prokurorluğu orqanlarına poçt, teleqraf, faksimil rabitə və ya elektron poçt ilə göndərilmiş, eləcə də digər qəbul olunmuş müraciət formasında (o cümlədən prokurorluğun nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə) və ya kütləvi informasiya vasitələrindən daxil olmuş fərdi və ya kollektiv təklif, ərizə və şikayətlərə, şəxsi qəbul zamanı şifahi və ya yazılı formada edilmiş müraciətlərə baxılması, habelə prokurorluqda vətəndaşların qəbulu işi müvafiq qanunvericiliyin, bu əmrin və Baş prokurorun göstərilən məsələlərə dair digər əmr, göstəriş və sərəncamlarının tələblərinə uyğun olaraq həyata keçirilsin

2.Azərbaycan Respublikası Baş Prokurorluğunun struktur qurumlarının rəhbərlərindən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisindən, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi, Bakı şəhər, bütün rayon (şəhər) və ərazi hərbi prokurorlarından tələb olunsun ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda və digər qanunvericilik aktlarında təsbit edilmiş Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququnun reallaşdırılmasının təmin edilməsi üçün bütün zəruri tədbirlər görsünlər.

13. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.

Müraciətlərin baxılmaq üçün qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərilməsinə yol verilməsin.

Bu qadağaya görə müraciəti aidiyyəti üzrə göndərmək mümkün olmadıqda, müraciət müəllifinə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun.

15.Həlli prokurorluğun səlahiyyətlərinə aid olmayan müraciətlər 3 iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərilməklə onların müəlliflərinə bu barədə məlumat verilsin.

Zəruri hallarda bu növ müraciətlərin müəlliflərinə müvafiq qanunvericiliyin tələblərinin və müraciət etmə qaydasının izahını nəzərdə tutan yazılı cavabların göndərilməsi (şəxsi qəbul zamanı isə şifahi izahların verilməsi) təmin edilsin.

Həlli prokurorluğun səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti üzrə göndərilməsi və onların müəlliflərinə izahlı cavabların verilməsi Baş Prokurorluqda Müraciətlərə baxılması idarəsi, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Təşkilati və informasiya təminatı idarəsi, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarında isə Müraciətlərə baxılması şöbələri tərəfindən həyata keçirilsin. Müraciət müəlliflərinə göndərilən cavablar göstərilən struktur qurumların rəhbərləri (onların müavinləri) tərəfindən imzalansın.

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna daxil olmuş bu qəbildən olan müraciətlərə cavabların verilməsi həmin qurumun rəhbərinin müəyyən etdiyi qaydada onun müvafiq köməkçisi tərəfindən təmin olunsun.

Rayon (şəhər) və ərazi hərbi prokurorluqlarına daxil olmuş göstərilən növ müraciətlər müvafiq prokurorlar və ya onların müavinləri tərəfindən cavablandırılsın.

32.Müraciətlərə baxılmasının nəticələri və bununla bağlı qəbul olunmuş qərarlar haqqında müraciət müəlliflərinə qanunla müəyyən edilmiş müddətlərdə müfəssəl cavabların verilməsi, müraciət baxılmamış saxlanıldıqda, qismən təmin edildikdə və ya rədd edildikdə cavabda bunun səbəbləri göstərilməklə qanunvericiliyin müvafiq müddəalarına istinad və şikayət vermə qaydasının izah edilməsi təmin olunsun.

Müraciətdə göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə, müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilsin.

Prokurorluq orqanları rəhbərlərinin şəxsi qəbulu zamanı verilmiş müraciətlərə baxılmasının nəticələri və qəbul olunmuş qərarlar barədə cavablar həmin rəhbər vəzifəli şəxslər tərəfindən verilsin.

41. Baş Prokurorluqda, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər prokurorluqlarında müraciətlərə baxılmasının nəticələri və qəbul olunmuş qərarlar barədə ilkin cavabların verilməsi müvafiq idarə (şöbə) rəislərinin müavinləri (“rəis müaviniştat vahidi olmayan idarələrdə (şöbələrdə) isə birbaşa olaraq idarənin (şöbənin) rəisi), onların qərarlarından verilmiş şikayətlərə baxılması və bunun nəticələri barədə cavabların verilməsi idarə (şöbə) rəisləri, idarə (şöbə) rəislərinin qərarlarından verilmiş şikayətlərə baxılması və nəticəsinə dair cavabların verilməsi isə müvafiq prokurorların müavinləri tərəfindən həyata keçirilsin.

Prokuror müavinlərinin daxil olmuş müraciətlər üzrə qəbul etdikləri qərarlardan verilmiş şikayətlərə müvafiq prokurorlar tərəfindən baxılsın və şikayətçilərə cavab verilsin.

Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər prokurorları tərəfindən müraciətlər üzrə qəbul olunmuş qərarlara dair şikayətlərə Baş prokurorun müvafiq müavinləri tərəfindən baxılsın və müraciət müəlliflərinə cavablar onların imzaları ilə verilsin.

41-1. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müraciətlərə baxılmasının nəticələri və qəbul olunmuş qərarlar barədə ilkin cavabların verilməsi Baş İdarənin müvafiq idarə (şöbə) rəislərinin müavinləri (belə ştat vahidi olmayan idarələrdə (şöbələrdə) birbaşa olaraq idarənin (şöbənin) rəisləri), onların qərarlarından verilmiş şikayətlərə baxılması və bunun nəticələri barədə cavabların verilməsi idarə (şöbə) rəisləri, idarə (şöbə) rəislərinin qərarlarından verilmiş şikayətlərə baxılması və bunun nəticələri barədə cavabların verilməsi Baş İdarənin rəis müavinləri, onların qərarlarından verilmiş şikayətlərə baxılması və nəticəsinə dair cavabların verilməsi isə vəzifəsinə görə Baş prokurorun müavini hesab edilən Baş İdarənin rəisi tərəfindən həyata keçirilsin.

42.Baş prokurorun müavinləri, bilavasitə Baş prokurorun tabeliyində olan Baş Prokurorluğun idarələrinin rəisləri və Baş prokurorun köməkçiləri tərəfindən müraciətlər üzrə qəbul edilmiş qərarlara dair şikayətlərə Baş prokuror tərəfindən baxılır və müraciət müəlliflərinə cavab onun imzası ilə verilir. Prokurorluqda müraciət üzrə son qərar Baş prokuror tərəfindən qəbul edilir.

45.Baş Prokurorluğa, habelə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər prokurorluqlarına daxil olmuş müraciətlər üzrə qərarların qəbul edilməsi və müraciət müəlliflərinə cavab verilməsi zamanı bu əmrin 41, 41-1 və 42-ci bəndlərinin tələblərinə ciddi əməl olunsun, müraciət üzrə qərar qəbul edib cavab vermiş rəhbər işçi tərəfindən onun qərarından verilmiş şikayətə baxılmasına və cavablandırılmasına yol verilməsin.

51.Rayon (şəhər) və ərazi hərbi prokurorluqlarına daxil olmuş müraciətlər üzrə qəbul edilmiş qərarlar barədə müraciət müəlliflərinə məlumat vermək səlahiyyəti müvafiq prokurorlara və onların müavinlərinə verilsin.

Prokuror müavinlərinin qərarlarından edilmiş şikayətlərə müvafiq prokurorlar tərəfindən baxılsın.

Rayon (şəhər) və ərazi hərbi prokurorlarının daxil olmuş müraciətlərə dair qəbul etdikləri qərarlardan verilmiş şikayətlərə bu əmrdə müəyyən olunmuş qaydada müvafiq yuxarı prokurorluqlarda baxılsın.

53.Baş Prokurorluqda və bütün tabe prokurorluqlarda vətəndaşların müəyyən olunmuş qrafiklər üzrə qəbulu təmin edilsin. Qrafiklər hər təqvim ilinin əvvəlində prokurorluq orqanlarının rəhbərləri tərəfindən təsdiq olunsun.

Bir qayda olaraq, Baş prokuror tərəfindən ayda bir, Baş prokurorun müavinləri tərəfindən isə ayda iki dəfədən az olmayaraq vətəndaşların qəbulu keçirilsin.

Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər prokurorları həftədə bir, rayon (şəhər) və ərazi hərbi prokurorları isə həftədə iki dəfədən az olmayaraq vətəndaşları şəxsən qəbul etsinlər.

Vətəndaşların müraciətləri ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə, onların dərhal qəbul edilməsi təmin edilsin.

Prokurorluq orqanlarının rəhbərləri, onların müavinləri, müvafiq idarə (şöbə) rəisləri və idarə (şöbə) rəislərinin müavinləri şəxsi qəbuldan daxil olmuş müraciətləri nəzarətə götürməklə həmin müraciətlərin vaxtında qanuni həll olunmasını və bu barədə onların müəlliflərinə ətraflı cavabların verilməsini təmin etsinlər.

55.Rayon (şəhər) prokurorları tərəfindən vətəndaşların yaşayış yerləri üzrə, ərazi hərbi prokurorları tərəfindən isə hərbi qulluqçuların hərbi hissələrdə qəbulu müəyyən olunmuş qrafiklər üzrə ayda bir dəfədən az olmayaraq həyata keçirilsin.

61.Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin, Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının Müraciətlərə baxılması şöbələrinin əməkdaşları və Naxçıvan Muxtar Respublikasının Hərbi prokurorunun müvafiq köməkçisi həlli prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan ilkin müraciətlərin, eləcə də prokurorluğun səlahiyyətləri ilə bağlı olmayan bütün müraciətlərin müəlliflərinin qəbulunu keçirməklə zəruri məlumat və izahların verilməsini, qəbul olunmuş (izah verilmişvətəndaşlara dair məlumatların müvafiq qeydiyyat kitablarına daxil edilməklə bir gün ərzində xüsusi elektron məlumat bazalarında yerləşdirilməsini, daxil olmuş müraciətlərin müvafiq qaydada qeydiyyata alınması və aidiyyəti üzrə təqdim edilməsini təmin etsinlər

62.Vətəndaş tərəfindən bu əmrin 61-ci bəndində göstərilmiş prokurorluq orqanlarına növbəti dəfə müraciət edildikdə və ya müraciət edənin şikayəti bundan əvvəl tabe prokurorluqda baxılıb təmin edilmədikdə, eləcə də müraciətin ilkin olmasına baxmayaraq, ağır və xüsusilə ağır cinayətlər, vəzifəli şəxslərin insan və vətəndaş hüquq və azadlıqlarını pozan qərar və hərəkətləri (hərəkətsizliyi), korrupsiya cinayətləri, işgəncə və ya digər qeyri-insani rəftar, prokurorluq əməkdaşlarının və ya digər hüquq mühafizə orqanları işçilərinin hərəkətləri, habelə məzmunu əhəmiyyət kəsb edən digər məsələlərlə bağlı olması müəyyən edildikdə, vətəndaşlar müvafiq idarələrin (şöbələrin) prokurorları tərəfindən qəbul edilsin.

İdarə (şöbə) prokurorları tərəfindən qəbul edildikdən sonra şikayətləri üzrə qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar müvafiq idarələrin (şöbələrin) rəis müavinləri (idarədə və ya şöbədə belə ştat vahidi olmadıqda, idarə (şöbə) rəisləri), bundan sonra qəbul olunmuş qərarlardan şikayət edən şəxslər isə idarə (şöbə) rəisləri tərəfindən qəbul olunsun.

Müraciətləri mühüm əhəmiyyət kəsb edən şikayətçilərin bilavasitə idarə (şöbə) rəisləri və ya onların müavinləri tərəfindən qəbul olunması təmin edilsin.

Müraciətləri xüsusilə mühüm əhəmiyyət kəsb edən şikayətçilərin, habelə idarə (şöbə) rəisləri tərəfindən qəbul edildikdən sonra şikayətləri təmin edilməmiş vətəndaşların müvafiq prokurorların müavinləri, bundan sonra müraciətləri üzrə qəbul olunmuş qərarlardan şikayət edən şəxslərin isə müvafiq prokurorlar tərəfindən qəbul edilməsi təmin olunsun.

62-1.Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vətəndaşlar ilkin müraciətləri ilə əlaqədar Baş İdarənin müvafiq idarələrinin (şöbələrinin) prokurorları tərəfindən qəbul edilsin. İdarə (şöbə) prokurorları tərəfindən qəbul edildikdən sonra müraciətləri üzrə qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar həmin idarələrin (şöbələrin) rəis müavinləri (belə ştat vahidi olmayan idarələrdə (şöbələrdə) birbaşa olaraq idarənin (şöbənin) rəisləri), idarə (şöbə) rəisi müavinləri tərəfindən qəbul edildikdən sonra müraciətləri üzrə qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar idarə (şöbə) rəisləri, idarə (şöbə) rəisləri tərəfindən qəbul edildikdən sonra müraciətləri üzrə qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar Baş İdarənin rəis müavinləri, bundan sonra qəbul olunmuş qərarlardan şikayət edən şəxslər isə vəzifəsinə görə Baş prokurorun müavini hesab edilən Baş İdarənin rəisi tərəfindən qəbul edilsin.

Müraciətləri mühüm əhəmiyyət kəsb edən şikayətçilərin bilavasitə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi tərəfindən qəbul olunması təmin edilsin.

63.Vətəndaşların Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən qəbuluAzərbaycan Respublikası Baş Prokurorluğunun Reqlamentinin 4.21-ci bəndində nəzərdə tutulmuş qaydada təşkil edilsin.

64.Rayon (şəhər) və ərazi hərbi prokurorları rəhbərlik etdikləri qurumlarda vətəndaşların qəbulu işinin düzgün təşkilinə görə şəxsən məsuliyyət daşıyır.

Rayon (şəhər) və ərazi hərbi prokurorluqlarında vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması məqsədilə, prokurorluğun əməkdaşları arasında aparılan vəzifə bölgüsü zamanı bu işin təşkilinə məsul olan müvafiq prokuror köməkçisinin müəyyən edilməsi təmin olunsun.