Sayt üzrə axtarış

















Tabe prokurorluqlar





















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin:





Əsas səhifə / Dövlət Proqramı

Dövlət Proqramı



Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dövlət quruculuğu sahəsində davam etdirilən islahatlar və ölkəmizin cinayət hüquq sisteminin inkişafı demokratik cəmiyyətdə prokurorluğun rolunun artırılmasını və müasir dövrün tələblərinə uyğun işinin keyfiyyətcə yeni səviyyədə qurulmasını zəruri edir.

Prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorlarının formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. 2009-2011-ci illər üçün dövlət büdcələrinin layihələri hazırlanarkən bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının həyata keçirilməsi üçün zəruri vəsaitin ayrılmasını təmin etsin.

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 27 sentyabr 2008-ci il

â„– 3065

«Azərbaycan» qəzetində dərc edilmişdir (28 sentyabr 2008-ci il, â„– 218) («VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2008-ci il, â„– 9 (135), maddə 846) («VneshExpertService» LLC).

2 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmana əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).




Azərbaycan Respublikası Prezidentinin 2008-ci il

27 sentyabr tarixli, 3065 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin
müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün

Dövlət Proqramı

Sıra â„–-si Tədbirin adı Tədbirin məqsədi İcraçılar İcra müddəti Maliyyələşdirmə mənbəyi
1 2 3 4 5 6
1. Prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi sahəsində
1.1 Hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması Hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsi, qanunçuluğa dönmədən riayət edilməsi Baş Prokurorluq Mütəmadi
1.2 Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə müvafiq olaraq şəffaf prosedurlar əsasında gənc kadrların işə qəbulunun davam etdirilməsi, onların vəzifədə irəli çəkilməsi, prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi Yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, kadr potensialının müasirləşdirilməsi, onların peşəkarlığının artırılması, kadrların rotasiyası siyasətinin təkmilləşdirilməsi Baş Prokurorluq Mütəmadi
1.3 Cinayətkarlığa qarşı mübarizədə və cinayət işləri üzrə istintaqın aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı
fəaliyyətin təkmilləşdirilməsi
Əməliyyat-axtarış və istintaq orqanlarının hərəkətlərinin uzlaşdırılması, istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunvericiliyə ciddi
riayət olunmasının təmin edilməsi
Baş Prokurorluq Mütəmadi
1.4 Prokurorluğun kriminalistik tədqiqatlarla məşğul olan qurumlarında müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsi Kriminalistikanın müasir imkanlarından istifadə etməklə ibtidai araşdırmanın səmərəliliyinin artırılması, prosessual hərəkətlərin keçirilməsinin təkmilləşdirilməsi Baş Prokurorluq Mütəmadi
1.5 Ədalət mühakiməsində dövlət ittihamının yüksək peşəkarlıqla müdafiə olunması Cinayət təqibi zamanı insan hüquq və azadlıqlarına riayət olunmasının təmin edilməsi Baş Prokurorluq Mütəmadi
1.6 Prokurorluğun beynəlxalq əlaqələrinin genişləndirilməsi Xarici ölkələrin prokurorluq orqanları ilə təcrübə mübadiləsinin həyata keçirilməsi, hüquqi yardımın səmərəliliyinin artırılması, transmilli mütəşəkkil cinayətkarlığa, onun yeni növlərinə qarşı mübarizədə digər dövlətlərin hüquq mühafizə orqanları ilə əməkdaşlığının gücləndirilməsi Baş Prokurorluq Mütəmadi
1.7 Prokurorluğun kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyəti institutları ilə əlaqələrinin genişləndirilməsi Prokurorluğun fəaliyyəti ilə əlaqədar əhalinin məlumatlandırılması və cəmiyyətdə ictimai etimadın gücləndirilməsi Baş Prokurorluq Mütəmadi
1.8 Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi tədris mərkəzinin yaradılması Prokurorluq orqanlarının fəaliyyətinin elmi-nəzəri təminatının gücləndirilməsi, hüquq elminin inkişafı və Avropa hüquq təcrübəsinin tətbiqi ilə əlaqədar prokurorluq işçilərinin nəzəri biliklərinin, peşə hazırlığının artırılması Nazirlər Kabineti, Baş Prokurorluq 2009-cu il Dövlət büdcəsi
1.9 Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi, yeni qurum kimi Zaqatala hərbi prokurorluğunun yaradılması və digər struktur dəyişiklikləri ilə əlaqədar təkliflərin hazırlanması, hərbi prokurorluq orqanlarının ixtisaslaşdırılmış kadrlarla komplektləşdirilməsi Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə qanunçuluğun möhkəmləndirilməsinin təmin edilməsi, hərbi prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması Baş Prokurorluq 2009-cu il Dövlət büdcəsi
1.10 Prokurorluq orqanlarında mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması Cinayətkarlıqla mübarizənin səmərəliliyinin artırılması məqsədilə prokurorluğun struktur qurumları arasında və digər dövlət orqanları ilə operativ şəkildə təhlükəsiz məlumat mübadiləsinin təmin edilməsi Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Baş Prokurorluq 2009—2010-cu illər Dövlət büdcəsi
1.11 «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası qanunlarının, habelə digər qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanması Məhkəmə hakimiyyəti orqanlarının müasirləşdirilməsinə yönəlmiş məhkəmə hüquq islahatlarının tərkib hissəsi kimi prokurorluq orqanlarının işinin səmərəliliyinin artırılması Baş Prokurorluq 2009—2011-ci illər Dövlət büdcəsi
2. Maddi-texniki təminatın yaxşılaşdırılması sahəsində
2.1 Azərbaycan Respublikası Baş Prokurorluğu, həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi üçün yeni inzibati binanın tikilməsi Müasir tələblərə cavab verən iş şəraitinin yaradılması üçün Baş Prokurorluğun bütün struktur qurumlarının bir inzibati binada yerləşdirilməsi Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Baş Prokurorluq 2009—2011-ci illər Dövlət büdcəsi
2.2 Gəncə şəhər, Xızı, Samux, Qusar, Quba, Bakı şəhərinin Yasamal, Sabunçu, Nərimanov və Səbail rayon prokurorluqları üçün yeni inzibati binaların tikilməsi Prokurorluq orqanlarında işin səmərəliliyinin artırılması, iş şəraitinin yaxşılaşdırılması Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Baş Prokurorluq 2009—2011-ci illər Dövlət büdcəsi
2.3 Mingəçevir və Şirvan şəhər, Ağdaş və Zaqatala rayon prokurorluqlarının inzibati binalarının əsaslı təmir edilməsi Prokurorluq orqanlarında işin səmərəliliyinin artırılması, iş şəraitinin yaxşılaşdırılması Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Baş Prokurorluq 2009—2010-cu illər Dövlət büdcəsi
2.4 Prokurorluq orqanlarının müasir standartlara cavab verən informasiya texnologiyaları və digər zəruri ləvazimatlarla təmin edilməsi, kriminalistik avadanlıq və təxirəsalınmaz kriminalistik tədqiqatlar həyata keçirilməsi üçün 10 avtomaşının alınması Müasir informasiya texnologiyalarının tətbiqini, kriminalistik tədqiqat metodlarından operativ istifadəni genişləndirməklə cinayət işləri üzrə istintaqın keyfiyyətinin artırılması Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Baş Prokurorluq 2009—2011-ci illər Dövlət büdcəsi
2.5 Prokurorluğun avtomaşın parkının yeniləşdirilməsi, istismar müddəti başa çatmış avtomaşınların yeniləri ilə əvəz olunması Prokurorluğun struktur qurumlarının nəqliyyat vasitələrinə olan ehtiyacının ödənilməsi Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Baş Prokurorluq 2009-2011-ci illər Dövlət büdcəsi
3. Prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində
3.1 «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə hakimiyyətinə daxil olan prokurorluq orqanları işçilərinin vəzifə maaşları sisteminin təkmilləşdirilməsi (o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi və döyüş əməliyyatları bölgəsində
fəaliyyət göstərən hərbi prokurorluq əməkdaşlarının vəzifə maaşlarına yenidən baxılması)
Prokurorluq işçilərinin maddi təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Baş Prokurorluq 2009-cu il Dövlət büdcəsi
3.2 Prokurorluq işçisi və ya pensiyaya çıxmış prokurorluq işçisi vəfat etdikdə
onun himayəsində olmuş ailə üzvlərinə pensiya təyin edilməsi ilə əlaqədar qanunvericiliyə dəyişikliklərin edilməsinə dair təkliflərin hazırlanması
Prokurorluq işçilərinin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi Nazirlər Kabineti, Dövlət Sosial Müdafiə Fondu, Baş Prokurorluq 2009-2010-cu illər Dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondu
3.3 Prokurorluqda işləyən xüsusi rütbəsi olmayan mülki işçilərə dövlət qulluqçusu statusu verilməsi barədə qanunvericilikdə dəyişikliklərin edilməsinə dair təkliflərin hazırlanması Prokurorluqda işləyən mülki işçilərin sosial müdafiəsinin gücləndirilməsi Nazirlər Kabineti, Baş Prokurorluq 2010—2011-ci illər Dövlət büdcəsi
3.4 Başqa qulluq yerinə keçirilməsi ilə bağlı yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq etdiyi müddət ərzində mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi ilə
əlaqədar təkliflərin hazırlanması
Prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi Nazirlər Kabineti, Baş Prokurorluq 2009—2010-cu illər Dövlət büdcəsi
3.5 Prokurorluq işçiləri üçün Bakı şəhərində 250 mənzillik yaşayış binalarının tikilməsi Prokurorluq işçilərinin mənzilə olan ehtiyaclarının ödənilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Baş Prokurorluq 2009—2010-cu illər Dövlət İnvestisiyaProqramı
3.6 Prokurorluq işçiləri üçün İsmayıllı rayonunda istirahət kompleksinin tikilməsi Prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Baş Prokurorluq 2009—2010-cu illər Dövlət İnvestisiya Proqramı
3.7 Prokurorluq işçiləri üçün müalicə müəssisəsinin yaradılması Prokurorluq işçilərinin sağlamlığının qorunması Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Baş Prokurorluq 2009—2011-ci illər Dövlət büdcəsi, Dövlət İnvestisiya Proqramı
 



«Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiya iclasının 28 noyabr 2008-ci il tarixli
 03  â„–-li qərarı ilə t