Hüquqi təminat idarəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun elmi-praktiki, normayaradıcı təmayüllü müstəqil struktur qurumudur.
İdarə prokurorluq orqanlarının fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması işinin təşkili və həyata keçirilməsi, normativ hüquqi aktların və digər normativ xarakterli sənədlərin layihələrinə baxılıb rəy verilməsi, prokurorluq orqanlarında qanunvericiliyin sistemləşdirilməsi işinin aparılmasına nəzarətin təşkil edilməsi, prokurorluğun fəaliyyətində aşkarlığın təmin olunması məqsədilə yaradılmışdır.