Şəhər və rayon prokurorluqları

Azərbaycan Respublikası Baş Prokurorluğu mətbuat xidmətinin məlumatı

11.11.2009

Azərbaycan Prezidentinin "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 2009-cu il 22 iyun tarixli fərmanında prokurorluğa ünvanlanmış tövsiyələrdən irəli gələn vəzifələrin tam və dəqiq yerinə yetirilməsinin icrası ilə bağlı baş prokuror tərəfindən avqustun 18-də təsdiq olunmuş tədbirlər planına əsasən Kadrlar İdarəsinin Tədris Mərkəzində seminar-məşğələ keçirilmişdir.

Tədbirdə respublika Prokurorluğunun məsul vəzifəli şəxslərinin qeyd edilən fərmandan irəli gələn vəzifələrə, sənədin tələblərinin dərindən öyrənilməsi və düzgün tətbiqinin həyata keçirilməsi, onların icrası mexanizminə, bu sahədə prokurorluq orqanlarında həyata keçirilən tədbirlərə dair məruzələri dinlənilmişdir. Məruzələr ətrafında fikir mübadiləsi aparılmışdır. Seminar-məşğələnin iştirakçılarına fərmanın icrası ilə əlaqədar yaranan məsələlərin praktiki həlli yolları barədə ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır.